Cümə günü, 16 oktyabr 2026
     

Dünya “valyuta müharibəsi” manatı bahalaşdırır (?)

Image


Çin və ABŞ-ın yenidən başlatdığı ticarət və buna paralel olaraq “valyuta müharibəsi”nin təsirləri artıq indidən özünü dünya miqyasında hiss etdirməkdədir. Belə ki, artıq bir sıra digər ölkələr də ixraclarını qorumaq üçün milli valyutlarının kursuna yenidən nəzər salmağa hazırlaşır. Bu şəraitdə manatı hansı perspektiv gözləməsi də xüsusi maraq doğurur.

Qeyd edək ki, əslində, manatın güclənməsi istiqamətində xeyli müddətdir təzyiqlər mövcuddur. Sadəcə, qeyri-neft sektorunda qeydə alınan dinamik yüksəlişi saxlamaq məqsədilə Mərkəzi Bank manatın güclənməsinin qarşısını alır. Bunu elə bu günlərdə Mərkəzi Bankın sədri Elman Rüstəmov da xüsusi olaraq qeyd etmişdi: "Hazırda manat davamlı möhkəmlənmə təzyiqi altındadır. İlin əvvəlindən Neft Fondunun satılmayan 800 milyon dollar vəsaiti var və bu vəsait bazara çıxmayıb. Əgər bazara çıxsaydı, bu gün manatın məzənnəsi çox əhəmiyyətli möhkəmlənmiş olardı". Dünya miqyasında hadisələrin inkişaf axarı göstərir ki, qarşıdakı dövr ərzində manatın möhkəmlənməsi istiqamətində təzyiqlər daha da artacaq. İlk növbədə o baxımdan ki, artıq dünyada yeni “valyuta müharibəsi” başlanıb. Buna öncüllük edənlər isə Çin və ABŞ kimi dünyanın iqtisadi nəhəngləridir. Məhz belə bir vaxtda bəlli olub ki, Çin Xalq Bankı ölkənin milli valyutası yuanın dollar qarşısında məzənnəsini daha 0,47% azaldıb. 1 dollar üçün artıq 7,1 yuan ödəmək lazım gəlir. Bu fonda ABŞ Maliyyə Nazirliyi Çini “valyuta ilə manipulyasiya edən ölkə” adlandırıb və bildirib ki, qurum Çinin “ədalətsiz üstünlükləri”ni aradan qaldırmaq üçün Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlıq edir. ABŞ-da hesab edilir ki, yuanın məzənnəsinin azalması çinli ixracatçılara dünya bazarlarında qiymət üstünlüyü yaradır və ABŞ-da Çin mallarına qoyulmuş tarif hesabına yaranan ziyanı qismən yumşaldır. ABŞ prezidenti Donald Tramp bununla əlaqədar hiddətləndiyini bildirərək “Twitter” səhifəsində bunu “valyuta manipulyasiyası” adlandırıb və deyib ki, bu cür hərəkətlər Çini zəiflədəcək. Çinlə Birləşmiş Ştatlar arasında ticarət müharibəsi 2018-ci ilin baharında başlanıb. O vaxt Vaşinqton bir sıra ölkələrdən, o cümlədən Çindən alüminium və polad idxalına rüsumların artırılması barədə qərar qəbul edib. “Böyük iyirmilik” ölkələrinin Buenos-Ayresdə keçirilmiş zirvə görüşündə Donald Tramp və Si Cinpin ticarət müharibəsində barışıq barədə razılığa gəlib və yeni ticarət rüsumları tətbiq edilməsini 2019-cu ilin martına qədər təxirə salmağı qərara alıblar, lakin sonrakı danışıqlar uğursuz olub. İndi tərəflər arasında iqtisadi münasibətlər şiddətlənməkdədir. Çinin addımına cavab olaraq ABŞ dolların uçot dərəcəsini yenidən aşağı salmağa, bununla onu ucuzlaşdırmağa hazırlaşır. Belə bir vaxtda Avropa Mərkəzi Bankının yeni uçot stavkası azalmaların olacağı ilə bağlı bəyanatı avronun da ucuzlaşacağını deməyə əsas verir. Məhz bu şəraitdə yaranmış vəziyyət onu göstərir ki, qarşıdakı dövr ərzində manat həm dollar, həm də avro qarşısında möhkəmlənəcək. Mərkəzi Bankın müdaxiləsi olmasa, ekspertlər bunun qaçılmaz olduğunu bəyan edir.
Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da “Sputnik” portalına bildirib ki, Mərkəzi Bank və Neft Fondu istəsə manatı bahalaşdıra bilər: "Bunun üçün Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var. Neft Fondunun valyuta ehtiyatı 40 milyard dolları keçib. Bu gün Azərbaycanın təxminən 50 milyard dollar valyuta ehtiyatı var. Azərbaycanda pul bazası təxminən 10 milyard manatdır. Bu gün dövlət istəsə manatı bahalaşdıra bilər, amma bunu etmək olmaz. Məsələn, Azərbaycan bütün valyuta ehtiyatlarını bazarda satsa, bu zaman 1 dollar təxminən 22 qəpik olacaq. Amma milli valyutamızı qorumaq üçün bütün valyuta ehtiyatlarını götürüb xərcləmək düzgün olmaz və bunun effekti də yoxdur. Mən deyə bilmərəm ki, manat ucuzlaşmalıdır, yoxsa bahalaşmalıdır. Ancaq deyirəm ki, manatın məzənnəsini də bazar müəyyən etməlidir".
Onu da qeyd edək ki, iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, bütövlükdə manatın məzənnəsi sabitdir və sabit olaraq qalır: "Xarici balansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər və valyuta təklifinin genişlənməsi və bazarda müsbət gözləntilər daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb. Bütövlükdə bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur. Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir. Baxmayaraq ki, məzənnəmiz sabitdir, biz tərəfdaş olan ölkələrlə, ticarət tərəfdaşlarımızla xarici rəqabət qabiliyyətimizi izləyirik". Ekspertlər isə bildirir ki, “valyuta müharibəsi” qızışacağı təqdirdə Mərkəzi Bank üçün manatın məzənnəsini sabit saxlamaq çətin olacaq. Əksinə, belə olan haldı Mərkəzi Bank manatın tədricən güclənməsinə imkan vermək məcburiyyətində də qala bilər. İndilikdə manatın mövcud məzənnəsinin qorunub saxlanmasında Mərkəzi Bankın müdaxiləsi yenə də həlledici olaraq qalır. Bununla belə, Mərkəzi Bank ilin sonuna doğru yeni ssenarilərə hazır olmalıdır. İlin sonunda dollar, avro, eləcə də bir sıra digər valyutaların manat qarşısında dəyər itirməsi qaçılmaz sayılır. Belə vəziyyətdə digər məqam da dolların dəyər itirməsi fonunda neftin dünya bazar qiymətində artımlar yaşanması ilə bağıldır. Bu hal Azərbaycana daxil olan valyutanın miqdarını artırmaqda manat üzərində əlavə təzyiq yaradır. Xatırladaq ki, gələn ildən Azərbaycan həm də qaz ixracından xeyli valyuta əldə edəcək. Qeyri-neft ixracının artımı da ölkəyə valyuta gəlişini çoxaldır. Bütün bunlar manatı daha da bahalaşdıran amillər sırasında yer alır.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ