Cümə günü, 16 oktyabr 2026
     

ABŞ-dan başlanan yeni qlobal iqtisadi böhran təhlükəsi Azərbaycandan yan keçir

Image


Dünya iqtisadiyyatında ciddi təhdid mənbəyinə çevrilən məqamlardan biri dəölkələrin xarici borcudur. Beynəlxalq maliyyə qurumlar artıq həyəcan təbili çalaraq bu gedişlə xarici borcun dünya iqtisadiyyatını yeni böhran mərhələsinə daxil edə biləcəyini bəyan edir.

azırda dünyada ən böyük xarici borca malik ölkə qismində ABŞ dəyərləndirilir. Hətta İkipartiyalı Siyasət Mərkəzinin son hesabatna əsasən, bu gedişlə ABŞ sentyabrın əvvəlində defoltla üzləşə bilər. Hesabatda defoltun - yəni dövlət borcu üzrə faiz və ya əsas məbləğin ödənilə bilinməməsinin əsas səbəbi kimi həddindən artıq aşağı vergi gəlirləri göstərilir. Qeyd olunur ki, bu il vergi gəlirlərinin artımı keçən illə müqayisədə 3 faizdən az olub. Bu rəqəmin 6 faiz olacağı gözlənilirdi. Analitiklər deyib ki, əgər Konqres təyin olunmuş dövlət borcu həddini qaldırmasa, ABŞ artıq sentyabrın əvvəlində bu həddi keçəcək.

Hesabatda, həmçinin qeyd olunur ki, Konqresin aşağı palatası iyulun 26-sı məzuniyyətə gedir və hələ də dövlət borcu həddinin qaldırılması məsələsi müzakirəyə çıxarılmayıb. İkipartiyalı Siyasət Mərkəzinin iqtisadi siyasət şöbəsinin rəhbəri Şay Akabas isə hesab edir ki, hökumətin dövlət borcuna dair müvafiq qərar vermədən məzuniyyətə getməsi düzgün deyil. Onun fikrincə, tezliklə dövlət borcuna dair müvafiq qərar qəbul edilməsə, Vaşinqton borc öhdəliklərini yerinə yetirə bilməyəcək. 2019-cu ilin əvvəlində ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 22 trilyon dollar həddini aşıb. Bundan başqa, 2018-ci maliyyə ili ərzində Birləşmiş Ştatların büdcə defisiti 17 faiz artaraq 779 milyard dollara çatıb. Defisitin 2020-ci ildə 1 trilyon dolları keçəcəyi gözlənilir. Bununla yanaşı, dövlət borcu artım templərini saxlayacaq. Belə vəziyyətdə yeni qlobal maliyyə böhranının yenə ABŞ-dan başlanılması istisna olunmur. Amma problem təkcə ABŞ-dan qaynaqlanımr. Dünyanın bir çox inkişaf etmiş ölkələrinin də xarici borcu təhlükəli həddədir. Məsələn, Yaponiyanın borcu artıq 3 trilyon dollara çatır. Hollandiyada bu göstərici 2,5 trilyon dollar, Çində 2 trilyon dollar, İngiltərədə 8 trilyon dollar, Fransada bir o qədər, Rusiyada 500 milyard dollardır. Bir çox ölkələrdə borcun ümumi daxili məhsula nisbəti olduqca yüksəkdir və 100 faizlik həddi çoxdan keçib. Məhzz bu vəziyyət dünya iqtisadiyyatında ciddi təhdid mənbəyi qismində çıxış edir.

Ölkəmiz isə bu sahədə ən yaxşı mövqeyə sahib olanlar sırasında çıxış edir. Maliyyə Nazirliyinin məlumatına əsasən, cari il yanvarın 1-də Azərbaycanın xarici dövlət borcu 8 milyard 927.1 milyon ABŞ dollarına və ya 15 milyard 176.0 milyon manata bərabər olub. Nazirlik bildirir ki, xarici dövlət borcunun Ümumi Daxili Məhsulda (ÜDM) olan nisbəti 19 faiz təşkil edib. Cari ilin ilk yarısında isə xarici borc azalmağa doğru gedib. Onu da xatırladaq ki, bu il üçün nəzərdə tutulan büdcəyə görə, dövlət borclarının qaytarılması üçün 2 milyard 334,8 milyon manat ayrılıb. Bu, 2018-ci illə müqayisədə 72 milyon manat, yaxud 3,2% çoxdur. Görülən tədbirlər nəticəsində qarşıdakı dövrdə xarici dövlət borcunun səviyyəsinin ümumdaxili məhsula olan nisbəti daha da endiriləcək. Xatırladaq ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir. Azərbaycanın xalis maliyyə aktivlərinin yüksək olması isə ölkəyə borcu birdəfəyə bağlamaq imkanı da verir. Burada ən önəmli faktorlardan biri də budur ki, Azərbaycan xaricdən kredit alışını, demək olar ki, dayandırıb. Belə vəziyyətdə xarici borc məsələsində Azərbaycan daha uğurlu manevr etmək imkanı qazanır. Digər tərəfdən xatırladaq ki, bir müddət əvvəl dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” təsdiq edilib. Burada da əsas məqsədlərdən biri xarici borcun tədricən azaldılmasıdır. Belə ki, 2025-ci ildə Azərbaycanda xarici dövlət borcunun məbləğinin 2018-ci illə müqayisədə 9,7 milyard dollardan 6,5 milyard dollaradək azalması nəzərdə tutulur. Bu, ÜDM-də borc səviyyəsinin indiki 19 faizdən 12 faizədək azalması deməkdir. Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Nataliya Tamirisa da ölkəmizdə borcla bağlı görülən işləri yüksək qiymətləndirir: “Azərbaycan hökumətin dövlət borcu idarəçiliyi strategiyasını alqışlayırıq və onun xarici valyuta ilə ifadə edilmiş borc öhdəliklərini azaltmaq niyyətini dəstəkləyirik”. 

N.Tamirisanın sözlərinə görə, Azərbaycan hökuməti ilə borclanma ilə bağlı Valyuta Fondu hər hansı bir danışıqlar aparmır: “BVF 2005-ci ildən bəri Azərbaycana kredit verməyib. Azərbaycan BVF-dən maddi yardım istəməyib və bu tip yardımlara ehtiyacı yoxdur. Hazırda Beynəlxalq Valyuta Fondundan borc almaqla bağlı hər hansı bir danışıqlar aparılmayır. Ötən ay Azərbaycana baş tutmuş səfərimizin əsas məqsədi BVF-nin Əsasnaməsinin dördüncü maddəsi üzrə məsləhətləşmələr aparmaqdır. Belə məsləhətləşmələr Fondun üzv ölkələrlə apardığı dialoq siyasətinin bir hissəsidir. Əsasnamənin bu maddəsi üzrə məsləhətləşmələr çərçivəsində Fondun missiyası iqtisadiyyatda baş verən inkişafını qiymətləndirib və ölkənin iqtisadi və maliyyə vəziyyətini müzakirə edib iqtisadiyyatın icmalını hazırlayırıq. Biz geniş tərəfdaşlarla görüşürük, onlar arasında ölkə rəhbərliyi, biznes və maliyyə ictimaiyyəti və digər maraqlı tərəflər var. Müzakirə etdiyimiz əsas mövzular isə iqtisadi icmal və risklər, fiskal və monetar siyasət, maliyyə sektorunda problemlər və struktur islahatlarıdır. Dediyim kimi Azərbaycan BVF-dən maddi yardım istəməyib və ona ehtiyacı yoxdur. Beynəlxalq Valyuta Fondunun qaydalarına əsasən BVF-dən götürülmüş hər hansı borc “Xüsusi Borcalma Hüquqları”na əsasən hesablanır. Bu hesab vahidinin dəyəri sərbəst istifadə edilən valyutalar səbətinə əsaslanır. Bizim fikrimizcə, yaxşı fəaliyyət göstərən yerli borc bazarının inkişafı vacibdir. Belə bir bazar hökumət üçün sabit bir maliyyə mənbəyi təmin edə və digər kapital bazarlarının inkişafına təkan verə bilər. Bu baxımdan, hökumətin kapital bazarının inkişaf strategiyasını hazırlamaqda əsas tərəfdaşlarla məsləhətləşmələrini önəmli hesab edirik”. Hazırda Azərbaycan hökuməti xaricdən yox, daxili mənbələrdən borc alınması strategiyasını həyata keçirir və bu da xarici borc miqdarını sürətlə azaldır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ