Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanda dayanıqlı inkişafın əsas hərəkətverici qüvvələrindən biri - Dövlət Neft Fondu...

Image


Dünya dövlətlərinin müasir inkişaf mərhələsi iqtisadi müstəvidə tərəqqiyə, münasibətlərin qurulmasına artıq tam yeni bir yanaşma tərzi sərgilənməsi ilə müşayiət edilməkdədir. İlk növbədə o baxımdan ki, indiki dövrdə iqtisadiiyat özü konkret dövlətlərin əlində ən böyük güc vasitələrindən birinə çevrilib. Klassik deyimlə yanaşılsa, iqtisadiyyat artıq bazis yox, üstqurum səviyyəsinə yüksəlib. Elə bundan irəli gəlir ki, indi bir sıra dünya dövlətləri məhz iqtisadi metodlar vasitəsilə təzyiq alətlərini işə salıb istəklərinə nail olmağa çalışır. Müasir dünya qeyd olunan xüsusda modern nümunələrlə kifayət qədər zəngindir.

Məhz belə bir şəraitdə müstəqil, seçdiyi kursa uyğun inkişaf yolunda uğurla irəliləmək istəyən ölkələr qarşısında duran başlıca vəzifələrdən biri istənilən kənar iqtisadi təzyiqə sinə gərə bilmək, makroiqtisadi tarazlıq mühitini qorumaqdır. Bu kateqoriyaya daxil olan ölkələr uğurlu inkişafları ilə beynəlxalq miqyasda güclü müstəqil subyekt qismində çıxış etməyi layiqincə bacarır. Buna konkret misal qismində isə sürətli inkişafı ilə özünəməxsus model yarada bilən Azərbaycanı göstərmək mümkündür. Birmənalı həqiqətdir ki, Azərbaycanda mərhum prezident Heydər Əliyevin yaratmış olduğu mükəmməl inkişaf doktrinasının uğurlu tətbiqi nəticəsində  ölkə iqtisadiyyatının yüksəlişi dönməz xarakter alıb. Bu əsasda Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma isə Azərbaycanın daha dinamik tərəqqisinə rəvac verib. Məsələnin bu tərəfinə nəzər salan ekspertlərin fikri bir məqamda uzlaşır ki, bu gün ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində indi Azərbaycan Cənubi Qafqazın lideri olmaqla yanaşı, həm də dünyanın ən sürətli inkişaf tempinə malik ölkələrindən biridir. Belə bir nəticənin əldə olunması isə heç də asan olmayıb, uzaqgörən siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.

Məhz bu siyasət ölkənin təbii sərvətlərindən məharətlə faydalanmaqla müasir iqtisadi inkişafın əsaslarını yaradıb. Dünyanın bir çox ölkələri təbii sərvətlər baxımından Azərbaycandan xeyli zəngin olsalar da, onlarda ölkəmizdə qeydə alınan dinamik tərəqqi müşahidə olunmur. Bu da təbii sərvətlərdən istifadənin özünün nə dərəcədə böyük iqtisadi, siyasi peşəkarlıq tələb etdiyini aydın surətdə nümayiş etdirir. Azərbaycanda məhz təbii sərvətləri ölkənin inkişafına yönəldən strategiya sayəsində ölkənin təbii sərvətlərindən səmərəli istifadə mümkün oldu, bunun həyata keçirilməsi üçün ilkin mərhələdə Milli Neft Strategiyası hazırlandı. Sözügedən strategiyanın əsas məqsədi ölkənin malik olduğu təbii sərvətlərdən, ilk növbədə isə neft və qaz ehtiyatlarından xalqın rifahı naminə səmərəli istifadənin təmin edilməsindən ibarət idi. Fundamental əsaslara malik Milli Neft Strategiyasının özülündə duran başlıca məqamlar Azərbaycana xarici investisyanın cəlb olunması, müasir texnologiyanın ölkəyə gətirilməsi, şaxələndirilmiş  ixrac sisteminin yaradılması idi. Bütün bunlardan sonra neft və qaz satışından əldə edilən gəlirlərin effektiv idarə edilməsi və istifadə olunması ən başlıca məqsədlər sırasında yer alırdı. Məhz bu hədəfə nail olmaq məqsədilə mərhum prezidentin müvafiq Fərmanı əsasında 1999-cu ildə ölkənin suveren fondu olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) əsası qoyuldu. Bu zaman həm ən qabaqcıl dünya təcrübəsi, həm də Azərbaycan şəraitinə uyğun reallıqlar nəzərə alındı. Ötən iyirmi il ərzində ARDNF-in ölkə iqtisadiyyatında, makroiqtisadi stabilliyin təminatında rolu onun yaradılmasının nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini aydın surətdə təsdiqlədi. Danılmaz həqiqətdir ki, ARDNF yaradıldığı vaxtdan indiyə qədər olan müddətdə Azərbaycan iqtisadiyyatının məhək daşlarından birini təşkil edir. Fəaliyyəti dövründə çoxməqsədli suveren fond kimi özünü təsdiq etməyi bacaran ARDNF bu gün də ölkədə makroiqtisadi sabitliyin təmin edilməsində mühüm rol oynayır, eyni zamanda Azərbaycan xalqının sərvətinin yığılmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanılmasını təmin edir. Qurum, həmçinin, ölkənin iqtisadi inkişafını təmin etmək məqsədilə müxtəlif mühüm sosial iqtisadi layihələrin maliyyələşdirilməsini həyata keçirir. İlk mərhələdə ARDNF-in əsas gəlir mənbəyi neft və qazın satışından əldə olunurdusa, artıq bura digər gəlir mənbələri də əlavə edilib. Qurum  uzunmüddətli investor kimi müxtəlif investisiya alətlərini özündə birləşdirən investisiya portfelinə malikdir. Ötən dövr ərzində müxtəlif istifqamətlərdə yatırılan sərmayələr, həmçinin valyuta ehtiyatlarının uğurla idarə edilməsi artıq ARDNF-in digər mənbələrdən də böyük həcmdə vəsait əldə etməsinə gətirib çıxarır. Elə bunun nəticəsidir ki, dünyada qlobal maliyyə böhranının təsirlərinin hələ də səngiməməsinə baxmayaraq, Azərbaycanın valyuta ehtiyatları artır.

Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun bu xüsusda aşağıdakı fikirləri xüsusi diqqət cəlb edir: “2019-cu ilin ilk rübündə ARDNF-in aktivləri Fondun tarixində ilk dəfə olaraq 40 milyard ABŞ dollarını keçib. Belə ki, 2019-cu ilin 31 mart tarixinə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 milyon ABŞ dolları) nisbətən 4,56% artaraq 40 273,3 milyon ABŞ dollarına bərabər olub. Fondun aktivlərində artım əsasən Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlərin artması ilə bağlı olub. Neft Fondunun aktivlərinin artımı ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi və sosial-iqtisadi islahatların aparılması yolu ilə uzunmüddətli dayanıqlı iqtisadi artıma yönəldilmiş siyasətin tətbiqinin effektivliyini bir daha sübut edir”. Onun sözlərinə görə, ARDNF neft və qaz satışından gəlir əldə etməklə yanaşı, uzunmüddətli investor kimi öz investisiya portfelinə yüksək gəlirliliyə malik aktivlər daxil etməyə başlayıb. Bununla bərabər, qurum daim qlobal bazarlarda baş verən prosesləri izləyir və eyni zamanda investisiya portfelinin şaxələndirilməsi və qiymət dəyişkənliyi risqinin azaldılması prinsiplərini öz fəaliyyətində rəhbər tutur: “2012-ci ildən etibarən qüvvəyə minmiş yeni investisiya siyasətinə əsasən isə ARDNF-in investisiya portfelinə daşınmaz əmlak və digər yeni investisiya alətləri daxil edilib. Sözügedən strategiyanın həyata keçirilməsində əsas hədəf ARDNF-in investisiya portfelinin müxtəlif maliyyə alətləri üzrə diversifikasiyası və gəlirliliyinin artırılması olub. Daşınmaz əmlak bazarının ümumi vəziyyətinin, eyni zamanda bu sahədə son trend və yeniliklərin araşdırılmasından sonra ARDNF-nin daşınmaz əmlak üzrə investisiya strategiyası illik əsasda yenilənir. 2019-cu il üzrə daşınmaz əmlak strategiyasına əsasən Fond Şimali Amerika, Avropa, Asiya və Sakit Okean hövzəsi regionlarında yerləşən bir sıra inkişaf etmiş ölkələrin müxtəlif tipli daşınmaz əmlak obyektlərinə birbaşa, müştərək və yaxud daşınmaz əmlak fondları vasitəsilə investisiyaları nəzərdə tutur”.

Qeyd edək ki, daşınmaz əmlak obyektlərinə sərmayə qoyuluşu təcrübədə özünü kifayət qədər yüksək səviyyədə doğruldub. Məsələn, 2018-ci ilin nəticələrinə əsasən, ARDNF-in investisiya portfelinin gəlirliliyinə ən çox müsbət töhfə vermiş investisiyalar daşınmaz əmlak investisiyaları olub. 2018-ci ilin sonuna bu istiqamət üzrə müvafiq gəlirlilik 9,9% təşkil edib ki, bu da 2017-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 5,2% çoxdur. Neft və qaz satışından, yatırılan investisyalardan, vəsaitlərin əldə olunmasından gələn gəlirlər isə Azərbaycanın inkişafı məqsədilə uğurla istifadə olunur. Məsələn, faktdır ki, ölkədə genişmiqyaslı infrastruktur layihələrinin reallaşmasında, eləcə də qeyri-neft sektorunun inkişaf etdirilməsinə xidmət edən digər işlərin görülməsində ARDNF-dən büdcəyə ayrılan vəsaitlər xüsusi əhəmiyyətə malikdir. Aparılan hesablamalar göstərir ki, 2001-ci ildən cari il martın 31-dək ARDNF 100 milyard dollardan çox vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm məsələlərin həllinə, strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşası və yenidən qurulması üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib, dövlət büdcəsinə böyük həcmdə vəsait transfert edilib. Bu dövr ərzində ən ağır şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərin sosial-məskunlaşma məsələlərinin həlli ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə ARDNF 2,32 milyard manat sərf edib. Məhz həmin vəsaitlər hesabına qaçqın və məcburi köçkünlər üçün 100-dən çox yaşayış qəsəbəsi tikilib, onların sosial-məişət vəziyyəti yaxşılaşdırılıb. Fondun maliyyələşdirdiyi layihələr sırasında Bakının su təchizatı ilə bağlı problemlərinin əsaslı şəkildə həllini təmin edən Oğuz-Qəbələ zonasından paytaxta su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutub. ARDNF Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə 212,7 milyon manat sərf edib ki, bununla da Azərbaycana minlərlə ən müasir tələblərə cavab verən mütəxəssis qazandırıb. Bütün bunlar qurum tərfindən ayrılan vəsaitlərin Azərbaycanın sosial-iqtisadi inkiaşfında hansı mühüm əhəmiyyət kəsb etdiyini aydın surətdə nümayiş etdirir.

ARDNF-in maliyyələşdirdiyi digər layihələr isə qarşıdakı dövr ərzində Azərbaycanın sosial-iqtisadi tərəqqisinə daha böyük töhfələr verməkdə davam edəcək. Qurumun sərmayə yatırdığı belə layihələrə misal olaraq Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərini, Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizini, Türkiyədə “Star” neft emalı kompleksinin tikintisini, Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsini göstərmək olar ki, bu layihələrin ərsəyə gəlməsinin Azərbaycana uzun illər ərzində böyük dividendlər qazandıracağı şübhə doğurmur. Ölkədə maliyyə sabitlyinin təmin edilməsində də ARDNF vacib rol oynayır. Onun valyuta hərraclarında uğurlu əməliyyatları bu gün manatın sabitlyində heç də az rol oynamır. Bütün bu qeyd edilənlər ARDNF-in suveren fond kimi ölkənin iqtisadi inkişafında, makroiqtisadi stabilliyin təminatında hansı mühüm missiyalar həyata keçirdyini aydın surətdə nümayiş etdirir.

Samirə SƏFƏROVA

ARDNF-in yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ