Cümə günü, 16 oktyabr 2026
     

Lombardların özbaşınalıqlarına son qoyulur

Image


Uzun müddətdən bəri ölkədə həlli uzanan əsas məsələlərdən biri də lombardlarla bağlı olub. Bu sahədə qanunvericilikdə olan boşluqlar lombardların bir sıra hallarda vətəndaşlara böyük ziyan vurması ilə müşayiət olunub.

Məsələn, müəyyən hallarda lombardlar girov qoyulmuş əşyalarla birlikdə yoxa çıxıb. Eləcə də, əmanət qoyan şəxslərin aldadılmasına, mallarının geri qaytarılmamasına kimi bir çox digər neqativ halları da bura daxil etmək olar. İndinin özündə də lombardların əksəriyyəti girov qoyulmuş əşyaların qiymətləndirilməsində pozuntulara yol verib, onları bazar dəyərindən çox aşağı həddə qiymətləndirir. Eyni zamanda, lombardlarda faiz göstəricilərinin yüksək olması da heç kimə sirr deyil. Bütün bunlara isə "Lombardlar haqqında" qanunla son qoyulması gözlənir.

Qeyd edək ki, lombard sektorunda olan neqativ halların çoxluğunu nəzərə alaraq, sui-istifadə hallarının qarşısını almaq və səmərəliliyin artırılması, eyni zamanda lombard istehlakçılarının hüquqlarının qorunması üçün "Lombardlar haqqında" qanun layihəsi hazırlanıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məsələyə belə münasibət bildirir: "Ölkədə qeydiyyatdan keçmiş 700-dən artıq lombard fəaliyyəti ilə məşğul olan təsərrüfat subyekti müəyyən edilsə də, onların təxminən yarısı aktiv fəaliyyətini davam etdirir. Fəal lombard fəaliyyəti ilə məşğul olan subyektlərin 250-yə yaxını fiziki şəxsdir. 2018-ci ildə fəaliyyət göstərən lombardlardan büdcəyə daxil olan vergilərin ümumi məbləği cəmi 938 min manat olub. Bu isə lombardların fəaliyyətinin tənzimlənməsinin təmin edilməsi halında ödənişlərin artacağını deməyə əsas verir. Lombard fəaliyyəti subyektlərinin hüquq və vəzifələri, habelə bu sahədə mexanizmləri tənzimləyən normaların olmaması vətəndaşların hüquqlarının pozulmasına, əmlaklarının satılması zamanı pozuntulara və digər neqativ hallara yol verilməsinə səbəb olub".

Qeyd edək ki, "Lombardlar haqqında" qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Qanun lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlanmaya qəbul edilməsi, lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarətlə bağlı münasibətləri tənzimləyir.

Bundan əlavə, lombard fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi, filial açmaq üçün lombardlara icazə verilməsi və verilmiş icazələrin ləğv edilməsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçiriləcək. Əslində, bu qanunun qəbul edilməsi çoxdan gözlənirdi. Çünki yuxarıda qeyd olunduğu kimi, lombardların fəaliyyəti ilə bağlı ciddi çatışmazlıqlar hökm sürürdü. Lakin indi bunlara son qoyulması gözlənir. Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da yeni qanunu vacib sayır: "Lombardlar özbaşınalıq edir. Azərbaycanda, demək olar ki, bütün lombardların fəaliyyəti qanunsuzdur. Faktiki olaraq, lombardlar qanunsuz bank fəaliyyəti ilə məşğuldur. Çünki lombardlar öz vəsaitləri ilə deyil, cəlb etdiyi vəsaitlər hesabına, yəni borc alaraq fəaliyyət göstərir. Bu isə artıq bank fəaliyyətidir. Lombardlar bu gün faktiki olaraq banklar və bank olmayan kredit təşkilatları ilə qeyri-sağlam rəqabət aparır. Bundan başqa, lombardlar çox yüksək faizlə kreditlər verir. Lombardlar müqavilə bağlayarkən vətəndaşların girov kimi qoyduqları qızıl əşyaları tam eyniləşdirmir. Bəzən vətəndaşa tamamilə başqa qızıl qaytarılır, vətəndaş da hansı qızıl qoyduğunu sübut edə bilmir. Bu sahədə xeyli problem mövcuddur". Onun sözlərinə görə, vətəndaş lombardın pulunu vaxtında qaytara bilməyəndə dərhal lombard girovu özünə götürür və vətəndaşa əmlakının batdığını deyir: "Halbuki, qanuna görə, lombard bunu hərracda satmalıdır. Burada da vətəndaşların hüquqları pozulur. Lombardların lisenziyasının olmaması, onlara nəzarətin olmaması problemlər yaradır. Bəzən vətəndaşlar lombarddan kredit götürür, girov qoyurlar, sonra isə həmin lombardın bağlandığını görürlər. Çünki nəzarət yoxdur. O baxımdan həmin sahədə özbaşınalıq var".

Ekspert dünya təcrübəsində lombardların fəaliyyətinin müxtəlif olduğunu deyir: "Bəzi hallarda onların fəaliyyəti lisenziyalaşdırılır və bu zaman bank nəzarəti orqanı lombardın fəaliyyətinə nəzarət edir. Bəzi hallarda isə onların fəaliyyəti lisenziyalaşdırılmır, amma bu zaman lombard öz vəsaiti hesabına kreditlər verir, yəni başqalarından borc ala bilməz. Bu gün bizim lombardların nizamnamə kapitalı 5-20 manat təşkil edir və aydındır ki, onlar borc alırlar. Bizim lombardlar bank kimi fəaliyyət göstərir, borc pul götürüb digərinə verir. Ümid edirəm ki, "Lombardlar haqqında" yeni qanun layihəsi onların fəaliyyətini tam tənzimləyəcək, bu sahədə nəzarət olacaq və özbaşınalığa son qoyulacaq".

Digər ekspertlər də bu mövqedədir ki, lombardların fəaliyyətinin hüquqi tənzimlənməsinə çoxdan ciddi ehtiyac var idi. Çünki bu olmadığı halda lombardlar tərəfindən vətəndaşların aldadılması risqi çox yüksəkdir. Hesab edilir ki, artıq yeni şəraitdə girovlar düzgün qiymətləndirilməli, girovların geri qaytarılması ilə bağlı zəmanət mexanizmi olmalıdır. Eyni zamanda lombardlar qeydiyyata alınmalı və daimi olaraq hesabatlarını açıqlamalıdır. İndilikdə bütün bunlar qanunla nəzərdə tutulur. Qanunda istehlakçıların xeyrinə olan maddələrin sayı da kifayət qədərdir. Məsələn, qanuna əsasən, müştəri götürdüyü kredit məbləğinin maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş hissəsini kreditin qaytarılmalı olduğu tarixdən tez qaytardığı təqdirdə müştərinin girov bileti yenilənir və kredit faizləri yeni azaldılmış məbləğdən hesablanır. Halbuki, indiyə qədər tamam fərqli mənzərə hökm sürür və lombardlar əvvəldən müəyyən etdikləri həcmdə faizləri tuturdular. O da qanunda qeyd olunur ki, müştəri lombardla bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etdikdə, lombard girov  qoyulmuş əşyanı iki iş günündən gec olmayaraq müştəriyə qaytarmalıdır. Bu da müştərilərin lehinə olan mühüm dəyişikliylərdən biridir. Çünki bununla lombardlar girovların qaytarlıma müddətini artıq uzada bilməyəcək.

Tahir TAĞIYEV 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ