Cümə günü, 16 oktyabr 2026
     

Dünyada daha bir bank manatla istiqraz buraxmaq niyyətini açıqlayıb

Image


Manatın uzun müddət sabit qalan məzənnəsi ona beynəlxalq miqyasda da diqqəti getdikcə artırır. Elə bundan irəli gəlir ki, artıq müəyyən müddətdir bir sıra nüfuzlu beynəlxalq maliyyə qurumları manatla da istiqraz buraxılmasını müzakirə edir. İstisna deyil ki, yaxın perspektivdə artıq bu istiqamətdə müvafiq addımlar atılacaq.

Xatırladaq ki, artıq bundan əvvəl Asiya İnkişaf Bankı Azərbaycan manatında istiqraz buraxmaq planını potensial sərmayəçilərlə müzakirə edib. Bankın maliyyə və risqləri idarəetmə üzrə vitse-prezidenti İnqrid van Vees bildirib ki, hökumət üzvləri ilə Maliyyə Bazarlarına Nəzarət Palatası, Bakı Fond Birjası potensial sərmayəçilərlə yaxından əməkdaşlıq edir və burada diqqət mərkəzində yer alan başlıca məqamlardan biri məhz manat istiqrazlarının buraxılmasıdır. Bankın vitse-prezidenti inkişafda olan ölkələrdə yerli valyutada istiqrazlar bazarının inkişafını iqtisadi artım üçün dönüş nöqtəsi kimi dəyərləndirərək, bununla borcalanların valyuta risqlərindən qoruna bildiyini dilə gətirib: “İndi İndoneziya rupiyahları, Qazaxıstan təngələri, Filippin pesosu kimi yerli valyutalarda istiqrazlar buraxmış Asiya İnkişaf Bankı vaxtı gələndə Azərbaycan manatı nominasiyalı da istiqraz buraxacağına ümidvardır”.

Qeyd edək ki, Asiya İnkişaf Bankı postsovet məkanında ilk istiqrazlarını bu ilin yanvar ayında Qazaxıstan təngəsində 80 milyon dollar məbləğində, Asiya – Sakit okean regionunda isə ilk istiqrazlarını Filippin pesosunda 225milyon dollar məbləğində 2016-cı ildə buraxıb. Belə görünür ki, yaxın tezlikdə bank tərəfindən manatla da istiqraz buraxılışı həyata keçiriləcək. Amma bu məsələdə tək maraqlı tərəf Asiya İnkişaf Bankı deyil. Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) da Azərbaycanda milli valyutada istiqraz emissiya etməyə hazırlaşır. Rusiyanın "İzvestiya.iz" portalına müsahibəsində QDTİB-in prezidenti Dmitri Pankin bildirib ki, milli valyutada kreditləşmə 2007-2008-ci illərdə yaşanan maliyyə böhranının nəticəsidir. Belə ki, həmin dövrdə inkişafda olan ölkələrin milli valyutaları kəskin ucuzlaşmışdı: "Sahibkarlar anladı ki, krediti dollarla, mənfəəti isə milli valyutada əldə etmək olduqca risqlidir. Buna görə də, kreditləşmənin yerli valyutada aparılması ABŞ hökumətinin hesabların bağlanmasına dair tətbiq edə biləcəyi sanksiyaları nəticəsi olaraq dollardan imtina ilə bağlı deyil, bu sadəcə, likvidliyin düzgün idarə olunmasıdır". Pankin əlavə edib ki, QDTİB müəyyən bir ölkədə milli valyutada istiqrazlar emissiya edir və milli banklar və yerli kredit təşkilatlarının köməyilə onları yerləşdirir. Sözügedən qiymətli kağızların yerləşdirilməsindən milli valyutada əldə olunan vəsait böyük yerli layihələrin və yaxud xüsusi proqram çərçivəsində banklar vasitəsilə kiçik və orta biznesin kreditləşməsində istifadə olunur: "Artıq belə bir sxem Gürcüstanda, Rumıniyada işlənib. Hazırda isə biz Azərbaycanda yerli valyutada istiqraz emissiya etməyə hazırlaşırıq".

Qeyd edək ki, QDTİB-in nizamnamə kapitalı 3,45 milyard, səhm kapitalı isə 2,3 milyard avro təşkil edir. Səhm kapitalında Azərbaycan 5 faiz paya malikdir. Bank fəaliyyətə başlayandan bu günədək Azərbaycanda özəl sektora 34 layihə üzrə 339 milyon avro məbləğində kredit ayırıb. Amma belə görünür ki, yaxın tezlikdə bank tərəfindən manatla da borc ayrılacaq. Eyni zamanda manat istiqrazlarının buraxılışı beynəlxalq miqyasda Azərbaycan milli valyutasına diqqəti də əhəmiyyətli dərəcədə artırır. Ekspertlər isə bildirir ki, Asiya İnkişaf Bankının, eləcə də Qara Dəniz Ticarət və İnkişaf Bankının manatla istiqrazların buraxılması qərarına təsir göstərən əsas faktorlardan biri 2017-ci ilin əvvəllərindən etibarən manatın məzənnəsinin stabil qalmasıdır. Təbii ki, burada Mərkəzi Bankın, ümumilikdə hökumətin mövqeyi və proseslərə təsiri həlledicidir. Elə beynəlxalq maliyyə qurumları da  milli valyutanın məzənnəsinin stabilliyini nəzərə alaraq, istiqrazların buraxılmasına dair qərar qəbul edir. Gözlənir ki, hələlik manatla istiqrazlara marağın artması fonunda yeni emissiyaların buraxılması həyata keçsin. Bütün hallarda, aparıcı maliyyə qurumları tərəfindən manatla istiqrazların buraxılması ölkədaxili qiymətli kağızlar bazarı üçün vacib şərtlərdən biridir. Çünki  bu fonda investorlarda manat istiqrazlarına maraq artacaq. Manatın məzənnəsinin stabilliyi davam edəcəyi halda digər ölkədaxili qurumlar tərəfindən buraxılan istiqrazlara marağın artması da mümkündür.

İndilikdə də müvafiq qurumlar tərəfindən atılan addımlar manat istiqarzalırna cəmiyyətdə marağı getdikcə artırır. Məsələn, hazırda Maliyyə Nazirliyi tərəfindən milli valyutada buraxılan 1-3 illik dövlət istiqrazları təqribən 7-9 faiz gəlirliliklə yerləşdirilir. Eyni zamanda, kommersiya banklarının manatla qəbul etdiyi əmanətlərin gəlirlilik dərəcəsi 7-9 faiz, xarici valyutada isə təqribən 1-3 faiz civarındadır. Elə bu səbəbdən manat istiqazları indi xarici valyutalara nisbətdə daha çox diqqət cəlb edir. Manatın məzənnəsinin sabit qalması fonunda da Maliyyə Nazirliyinin addımları dövlət qiymətli kağızlarını alan investorlara banklarda xarici valyuta ilə müqayisədə manat istiqazlarından daha çox gəlir əldə etmə şəraiti yaradır. 

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ