Cümə günü, 16 oktyabr 2026
     

Dolların mövqeyi sarsılır – manat yeni şəraitlə üz-üzə…

Image


Dünya maliyyə sahəsində baş verənlər yaxın tezlikdə ABŞ dolları ilə bağlı tamamilə yeni vəziyyətin yaranacağını göstərir. Məsələ burasındadır ki, ABŞ-ın dollardan iqtisadi təzyiq aləti kimi istifadə etməsindən sonra Amerika valyutasına alternativlərin tapılması üzərində fəaliyyət genişlənir. Bu hal özünü iki məqam üzrə daha aydın surətdə göstərir. Belə ki, müxtəlif ölkələr artıq qarşılıqlı ticarətdə tədricən dollardan imtina edir. Avropa İttifaqına daxil olan ölkələr, eləcə də Çin, Rusiya, Türkiyə, İran, Hindistan, Venesuela və digərləri artıq tiacarətin müəyyən hissəsini milli valytalarda, yaxud da avro və yuanda həyata keçirir. Eyni zamanda bir çox ölkələr, xüsusən də Çin və Rusiya dollar ehtiyatını tədricən qızıla çevirir. Rusiya bu istiqamətdə daha genişmiqyaslı fəaliyyət göstərir.

Rəsmi Pekin də qlobal iqtisadiyyatdakı risqlərdən qaçmaq üçün maliyyə bazasını dollardan qızıla çevirir. Çin bu istiqamətdə təkcə cari ilin ötən dövründə 500 milyon dollarlıq qızıl alıb. Çin Dövlət Valyuta İdarəsi bildirib ki, ölkənin Mərkəzi Bankı 79 milyard dollar olan qızıl aktivlərini artıq 79 milyard 498 milyon dollara çatdırıb. Mütəxəssislər Çinin bu addımı ABŞ-la yaşanan ticari gərginliyə görə atdığını deyir. Vuhan Universiteti Maliyyə və Qiymətli kağızlar İnstitutunun müdiri Donq Denqksin qeyd edir ki, qlobal sistemdə hegemoniya qurmağa çalışan ABŞ-ın etibarlılığı azalır. Bunun nəticəsində bir çox dünya ölkələri maliyyə bazasını dollarla saxlamağa çəkinir. Buraya Yaponiya, Hindistan və Almaniya kimi ölkələr də daxildir. Bu arada isə Rusiya və Çin dollara qarşı daha bir addım atıb. Belə ki, Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Szinpin ticarətdə milli valyutadan istifadəni daha da genişləndirmək məqsədi ilə müqavilə imzalayıblar. Vladimir Putin bu xüsusda bildirib: "Çinlə ikili ticarətdə rubl və yuandan istifadəni daha da genişləndirmək və dünya bazarında qeyri-sabitlik kontekstində bank xidmətlərinin davamlılığını təmin etmək məqsədilə hökumətlərarası müqavilə imzalamışıq". Digər tərəfdən, Rusiya neft və qazını dollarla yox, avro və yuanla satmağa hazır olduğunu bildirib. Artıq bu xüsusda Avropa ölkələri ilə danışıqlar gedir. Eyni zamanda, Rusiya enerji məhsullarının ödənişini rublla qəbul etməyə də hazır olduğunu bildirir. Yeri gəlmişkən qeyd edək ki, “Qazprom neft” Ermənistana neft məhsullarının rublla tədarükünə başlayıb. “Qazprom neft”in rəhbəri Aleksandr Dyukov bununla bağlı qeyd edib: “Bizim müqavilələr imkan verir ki, istənilən an yuan və ya avro ilə hesablaşmalara keçək. Biz bu ildən etibarən Ermənistana rublla neft məhsullarının tədarükünü başlatmışıq. Bizim planımız yaxın zamanlarda Avrasiya İttifaqı çərçivəsində rublla tədarükə keçməkdir”. Xatırladaq ki, Rusiya Azərbaycanla da ticarətdə milli valyutadan istifadədə maraqlı olduğunu bəyan edib.  

Ekspertlər hesab edir ki, Avropa İttifaqı, Çin, Rusiya, Hindistan, Türkiyə  kimi böyük ölkələr və iqtisadi güc sahiblərinin dollara qarşı indiki fəaliyyəti davam edərsə, ABŞ valyutasının hegemonluğuna son qoyulması qaçılmaz olacaq. Əslində, dünya ticarətində dolların payının getdikcə azalması artıq bu prosesin başlandığını göstərir. Belə vəziyyətdə hesab edilir ki, Azərbaycan da, digər ölkələr kimi, bu gedişlə valyuta ehtiyatlarında dolların payını azaltmalı olacaq. Xatırladaq ki, ölkəmiz son dövrlərdə dollar ehtiyatının bir hissəsini qızıla çevirib və bu prosesin daha da genişlənməsi gözlənir. Digər tərəfdən, ABŞ iqtisadiyyatında baş verənlər, xüsusən də dolların kursundan istifadə edilməsi ilə başlanan valyuta savaşı da Amerika pulu üçün təhdidlərin artdığını göstərir. Bu hal artıq ABŞ-ın özündə də ciddi narahatlığa səbəb olub. ABŞ-ın ticarət naziri Uilbur Ross bu xüsusda deyib: "ABŞ dollara nisbətdə milli valyutasının dəyərini qəsdən aşağı salan ölkələrə əlavə rüsumlar tətbiq edə bilər. Xarici dövlətlər artıq pul siyasəti ilə amerikalı işçilərə və müəssisələrə zərər vura bilməyəcək". O əlavə edib ki, milli valyutanın məzənnəsi ilə manipulyasiya edən ölkələrin müəyyənləşdirilməsi üzrə meyarlar hazırlayacaqlar. Manat-dollar nisbətində son iki ildə yaranan vəziyyət fonunda bu hal ölkəmiz üçün də maraq doğurur. İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, burada söhbət valyuta səbətinə daxil olan valyutaların ABŞ dollarına nisbətən məzənnəsinin dəyişdirilməsindən gedir: "Azərbaycan manatı valyuta səbətinə daxil deyil. Manatın məzənnəsinin dəyişməsi ABŞ dollarının qlobal mövqeyinə təsir göstərmir. Azərbaycanla ABŞ arasındakı ticarət dövriyyəsi də böyük deyil. Bu baxımdan güman etmirəm ki, söhbət manata aid ola bilər. Daha çox aparıcı ölkələrin, xüsusən də avronun, yuanın, yenin məzənnəsinin ABŞ dollarına nisbətən dəyişməsindən söhbət gedir. Burada yanaşma ondan ibarətdir ki, məhz həmin valyutaların dollara nisbətən məzənnəsinin yumşalması ABŞ-ın həmin ölkələrə ixrac imkanlarının azalmasına və bu ölkələrdən ABŞ-a daha çox məhsulların ixrac edilməsinə gətirib çıxarır. Ona görə də ABŞ xarici ticarətdə mövqelərini qorumaq üçün bu addımı atır". Onun sözlərinə görə, bu baxımdan həmin qaydaların manata tətbiq edilməsi gözlənilmir: "Çünki nəticə etibarı ilə söhbət qlobal ticarətdə payı olan ölkələrlə münasibətlərdə valyuta məzənnəsinin dəyişməsindən gedir. Düşünürəm ki, bu, inkişaf etməkdə olan ölkələrə tətbiq edilən bir prosedur deyil. Əsas məqsəd ABŞ-ın qlobal bazarda rəqibi olan ölkələrlə münasibətdə bu qaydaların tətbiq edilməsidir. Bu addımlar atılarsa, ABŞ, xüsusən də qlobal rəqiblərinə qarşı, yeni sərt tədbirlər həyata keçirə bilər. Söhbət qlobal ticarətdə daha çox payı olan ölkələrdən gedir. O baxımdan Azərbaycana qarşı sərtləşdirici addımların atılması və manatın məzənnəsinin bu aspektdən qiymətləndiriləcəyi gözlənilmir".

Ekspertin fikrincə, milli valyutanın sabit yox, bazar dəyərinin olması vacibdir: "Stabil valyutanın müsbət hal olması birmənalı qəbul olunmur. Çünki süni şəkildə milli valyuta stabil ola bilər, amma bu, iqtisadiyyat üçün müsbət hal kimi qiymətləndirilməyə bilər. Digər ölkələr ona görə milli valyutanın məzənnəsinin aşağı salınmasında maraqlıdır ki, bu onların ixrac imkanlarını artırır. Milli valyuta dollara nisbətən ucuz olursa, bu, həmin ölkənin ixrac imkanlarının artırılması və idxalın azalması anlamına gəlir. Həmin ölkələr milli valyutanı ucuzlaşdırmaqda ona görə maraqlı olur ki, ABŞ bazarına daha çox məhsul ixrac edə bilsin". İstənilən halda, baş verənlər valyuta savaşlarının artıq getdikcə qızışmaqda olduğunu göstərir və burada, bir çox valyutalardan fərqli olaraq, manatın sabit mövqedə qalması proqnozlaşdırılır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ