Cümə günü, 16 oktyabr 2026
     

Ölkədə taxıl idxalında artımın neqativ və pozitiv nəticələri…

Image


Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycan 117 milyon ABŞ dolları dəyərində 518 min 704 ton buğda idxal edib. Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 46 milyon 109 min dollar (65 faiz), həcm baxımından isə 111 min 862 ton (27,5 faiz) çoxdur. Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,6 faizini təşkil edib.

Qeyd edək ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci ilədək vergidən azad olunub. Bununla bağlı Azərbaycan Prezidenti Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu mart ayında imzalayıb. Bu güzəşt 2017-ci ildən tətbiq edilir.

  • Fuad İbrahimli: “Ölkənin ərzaq buğdasına tələbatı tam olaraq yerli istehsal hesabına ödənməlidir”

Buğda idxalında artım səbəbləri barədə məlumat verən iqtisadçı-ekspert Fuad İbrahimli qeyd etdi ki, taxıl idxalında ildən-ilə artım müşahidə olunur. Azərbaycan əhalisinin illik ərzaq buğdasına tələbatı təxminən 1,7 milyon tondur: “Hesab edirəm ki, istehlakın artmasından söhbət gedə bilməz. Əsas məsələ buğdanın keyfiyyətindədir. Azərbaycanda becərilən taxıl çörək istehsalı üçün nə dərəcədə yararlıdır? Məlumdur ki, ölkənin iri un istehsalçıları, dəyirmanlar daha çox idxal taxılına üstünlük verirlər. Dövlət Taxıl Fondu da əsasən idxal məhsuluna üstünlük verir. Belə ki, “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsinə görə, Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş keyfiyyət göstəricilərinə cavab verən buğda alınır. Bu da dolayısı ilə yerli istehsalın keyfiyyət göstəricilərinin aşağı olmasından xəbər verir. Görünən o ki, fermerlərimizin əkdiyi taxıl yalnız heyvan yeminə yararlıdır. Əsasən də şoranlaşmış ərazilərdə yetişdirilən buğdanın keyfiyyət göstəriciləri normativlərə uyğun gəlmir. Bundan əlavə, xəstəlik və zərərvericilər, toxumluq buğdanın keyfiyyətinin aşağı olması, gübrə, texnika və anbar çatışmazlığı, suvarma suyu təminatında yaranan problemlər istehsalın aşağı düşməsinə səbəb olur. Primitiv istehsal forması ilə isə uzağa getmək mümkün deyil. Ölkəmizin taxıl istehsalını iqtisadi cəhətdən də effektli hesab etmək olmaz. Üzvi gübrə çatışmazlığı səbəbindən torpaqlar ilbəil öz münbitliyini itirir. Buna görə də ölkədə istehsal olunan məhsulun maya dəyəri yüksək, rentabelliyi isə aşağı olur. O cümlədən, dünya bazarlarında taxılın qiyməti ucuzlaşdıqda da bəzi un istehsalçıları idxal taxılı ilə işləməyi kommersiya baxımından daha sərfəli hesab edirlər”.

Ekspert onu da vurğuladı ki, ərzaq təhlükəsizliyi baxımından taxılçılıq ən strateji sahə hesab olunur: “The Economist Intelligence Unit” beynəlxalq təşkilatının ərzaq təhlükəsizliyinə dair illik hesabatında Azərbaycan dünyanın 109 ölkəsi arasında 62-ci yeri tutur. Ölkənin ərzaq buğdasına tələbatı tam olaraq yerli istehsal hesabına ödənməlidir. Amma ölkəmiz ərzaq buğdasına olan tələbatı Qazaxıstan və Rusiya hesabına ödəyir. 2015-ci ilin dünya üzrə taxıl ixrac rəqəmlərinə nəzər salsaq, Türkiyənin dünya rekorduna imza atdığını görərik. Əlavə dəyəri yüksək olduğu üçün 2003-cü ildən etibarən bu ölkənin un ixracatının da inanılmaz şəkildə yüksəldiyini görmək olar. Tədqiqatlar nəticəsində istehsalına başlanan diabetik unun ixracında da ölkə böyük irəliləyiş əldə edib. Düşünürəm ki, yeni buğda növləri təkmilləşdirilməli, yetişdirmə metodlarındakı yeniliklər tətbiq olunmalı, əkin zamanı rotasiya prinsiplərinə əməl edilməli, istehsalçılara güzəştli qiymətlərlə gübrə və mazut verilməli, buğda keyfiyyət parametrlərinə görə alınaraq qaydalara müvafiq saxlanmalı, istehsalçı kooperativləri yaradılmalı, idxala yönəlmək əvəzinə, istehsalla məşğul olan kiçikmiqyaslı ailə müəssisələri dəstəklənməlidir”.

Onun sözlərinə görə, buğda idxalında artımın qiymətlərə müəyyən təsiri olub: "Bir müddət öncə un məmulatlarının qiymətində artım müşahidə olunurdu. İdxaldan asılılıq olduğu üçün, xaricdə qiymət dəyişikliyi baş verən zaman bu, Azərbaycanda qiymətlərə təsir edir. Azərbaycanda əsasən də çörəkdə kəskin və nəzərəçarpacaq qiymət artımı müşahidə olunmayıb. Çünki istehsalçılar çörəyə bir az spesifik yanaşırlar. Əhalinin qiymətlərə həssas olduğunu nəzərə alan istehsalçılar qiyməti artırmır, çörəyin çəkisini azaldırlar. İdxaldan asılılıq yüksək olduqca xaricdə qiymət dəyişkənliyi, istər-istəməz, bir müddət sonra Azərbaycanda da qiymətlərə təsir edir".

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ