Cümə günü, 16 oktyabr 2026
     

Çayı həm ixrac edirik, həm də idxal – yerli istehsal tələbatı niyə ödəmir…

Image


Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycan 2,658 mln. ABŞ dolları dəyərində 419 ton çay ixrac edib. Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 556 min dollar (17,3%), həcm baxımından isə 58 ton (12,1%) azdır.

Eyni zamanda, bu ilin ilk dörd ayında Azərbaycan 16,688 mln. dollar dəyərində 4 377 ton çay idxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 817 min dollar (5,1%), həcm baxımından isə 242 ton (5,85%) çoxdur.

Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,04%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,37%-ni təşkil edib. Bununla da yanvar-aprel aylarında Azərbaycanın çay idxalı ixracını 10,4 dəfə üstələyib.

Statistik rəqəmlər onu göstərir ki, Azərbaycan çay istehsal edən ölkə olsa da, hələlik bu sahə idxaldan asılı vəziyyətdədir. Çayçılıq sektoru üzrə özünəməxsus ənənəsi olan ölkəmizin nə səbəbdən idxaldan asılı olmasını öyrənmək üçün mütəxəssislərə müraciət etdik.

  • Nicat Nəsirli: “2027-ci ilə kimi ölkədə çay sahələri artırılaraq 3000 hektara çatdırılmalı, yaşıl çay yarpağının yığımı 800-900 ton civarında olmalıdır”

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli qeyd etdi ki, ötən əsrin 90-cı illərində Sovet İttifaqı dağıldıqdan sonra qida sənayesinin bir sıra sahələri tənəzzülə uğradı. Bu mənada, ən böyük zərbə çayçılıq sahəsinə dəydi: "Çayçılıq Azərbaycanda ötən əsrin 30-cu illərində inkişaf etdirilməyə başlayıb. 90-cı illərə qədər bu sahə müəyyən bir səviyyəyə gəlib çatdı. Sonradan çay sahələrinin bioloji olaraq qocalması, bu sahənin rentabelliyini itirməsi və eləcə də xaricdən gələn məhsulun daxili bazarı tutması nəticəsində 2010-cu ilə qədər bu sahə sürətlə tənəzzülə uğradı. Nəticədə çay sahələri azalaraq cəmi 587 hektara çatdı. Məhsul istehsalı da təqribən 540 ton civarında idi. Bu sahənin geriləməsinin müxtəlif səbəbləri var. Bildiyimiz kimi, çay emal tələb edən bitkidir. Yəni çayı emaldan keçirmədən istehlak etmək mümkün deyil. Onun texnologiyasının sıradan çıxması çay sahələrinin əkininə və becərilməsinə təsir etdi. 2010-cu ildən digər kənd təsərrüfatı sahələrinə olduğu kimi, çayçılığa da diqqət artırıldı. Bu sahəyə dövlət tərəfindən müəyyən dəstək göstərilir, yəni artıq bu proses başlayıb. Çayçılıqla bağlı dövlət proqramı qəbul olunub. Qəbul edilən proqrama əsasən, 2027-ci ilə kimi ölkədə çay sahələri artırılaraq 3000 hektara çatdırılmalıdır. Yaşıl çay yarpağının yığımı 800-900 ton civarında olmalıdır. Bu, qarşıya qoyulan hədəfdir. Amma reallıq hələ ki, bunu əks etdirmir".

Həmsöhbətimiz onu da əlavə etdi ki, bu sahədə olan ciddi problemlərdən biri də çayın texniki bitki olması və əkindən 7 il sonra məhsula düşməsidir: "Bu sahəyə investisiya yatırılıb uzun müddət gözləmə məsələsi sahibkarları çəkindirir. Çayçılıq böyük investisiya tələb edən sahədir və yalnız böyük şirkətlər, investorlar bu xərci qarşılaya bilər. Çayın əsas xüsusiyyətlərindən biri də odur ki, il ərzində çoxsaylı aqrotexniki qulluq tələb edir. Bütün bunlar üçün isə böyük maliyyə lazımdır. 7-8 il becərilən çay yüklü miqdarda vəsait tələb edir. Digər tərəfdən, dünyanın çay bazarında böyük çay istehsalçıları var. Onlardan ən birinci olaraq Çinin adını çəkə bilərik. Çin hər il 400 min tona yaxın çay ixrac edir. Keniya Afrika qitəsinin ən böyük çay istehsalçısıdır. Bu ölkə hər il 370 min tondan çox məhsul istehsal edərək dünya bazarına çıxarır. Azərbaycanın idxal etdiyi çay əsasən Şri-Lankadan gəlir. Şri-Lanka həm təbii şəraitinə, həm də çayçılıq təcrübəsinə görə çox böyük potensiala malik bir ölkədir. Yəni dünya bazarında bu sahə üzrə böyük rəqabət var. Belə bir rəqabətin olduğu mühitdə çayçılığa böyük həcmdə investisiya yatırmaq sahibkarlar üçün kifayət qədər risqli məsələdir. Eyni zamanda, qonşu ölkə Türkiyə də çayçılıq sənayesində xeyli irəliyə gedib. Azərbaycan Türkiyədən bəlli miqdarda çay idxal edir. Amma bu o demək deyil ki, biz bu sahədən imtina etməliyik. Çünki çayçılıq əməktutumlu bir sahədir. Bir hektar çay bağının becərilməsində orta hesabla 150-160 insan il ərzində daimi çalışır. Ona görə də 2018-2027-ci illəri əhatə edən dövlət proqramı tərtib olunub. Proqramın çox ciddi hədəfləri var. Amma istədiyimiz nəticəni əldə etmək üçün bir qədər gözləməliyik”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ