Cümə günü, 16 oktyabr 2026
     

Türkdilli ölkələrin yaxınlaşmasında İpək Yolunun rolu - Bakıda ümumdünya müzakirələrinin maraqlı mövzuları var

Image


Məlum olduğu kimi, hazırda Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 3-də başa çatacaq forumun təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-dur.

Dünyanın bir sıra ölkələrindən rəsmi qurumların rəhbərlərinin qatıldığı forumun budəfəki mövzusu “Ayrıseçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” adlanır.

Sözügedən forum çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrıseçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətlərarası dialoqun rolu öyrəniləcək.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda müzakirə edilən mövzulardan biri türkdilli dövlətlərin əlaqələrinin inkişafında İpək Yolunun rolu ilə bağlıdır.

  • Əkbər Qoşalı: “Yaxın gələcəkdə İpək Yolunun türkdilli dövlətlər arasındakı əlaqələrin inkişafına verdiyi töhfələr beynəlxalq qurumlarda faydalı bir istiqamət kimi geniş müzakirə olunacaq və təqdir ediləcək”

Bakı Atatürk Mərkəzinin şöbə müdiri, tanınmış şair-publisist Əkbər Qoşalı “Bakı-Xəbər”ə bildirdi ki, tarixi İpək Yolu türkdilli xalqların, dövlətlərin bir-birilə daha da yaxından təmas qurması, qaynayıb-qarışması baxımından böyük tarixi əhəmiyyətə malikdir. “Tarixi İpək Yolunun bərpası ilə bağlı Azərbycanın və digər qardaş türk dövlətlərinin müstəqillik qazandıqdan sonra tarixlərində atılan addımların böyük önəmi danılmazdır. Xüsusilə də Azərbaycanın İpək Yolunun müasir dövrün tələblərinə və çağırışlarına uyğun şəkildə bərpasında iştirakı və verdiyi töhfələr elə bir hadisədir ki, bunun işığı yalnız iştirakçı dövlətlərə, yalnız qardaş ölkələrə, qardaş türk toplumlarına deyil, bütün regiona və dünyaya təsir edir. Tarixi İpək Yolunun başlanğıcı bir türk ölkəsindən deyil, Çindən idi və bu yol vasitəsilə daşınmalar Avropa ölkələrinə gedib çıxırdı. Amma adından da göründüyü kimi, bir ölkədən başqa ölkəyə yükdaşımalar torpaq yol üzərindən keçirdi. Çindən İtaliyaya qərər yollara nəzarət əsasən türklərin, onların qurduqları dövlətlərin əlində idi. İpək Yolundan danışarkən başlanğıc və son ölkədən daha artıq məhz həmin yollara nəzarət edən, orada təhlükəsizliyi təmin edən babalarımız və onların qurduqları dövlətlər yada düşür. Bu gün də həmin coğrafiyada yerləşən Orta Asiyada Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və sair ölkələr, Qafqazda Azərbaycan, Anadoluda qardaş Türkiyə yerləşir. Çindən İtaliyaya, yaxud Avropanın başqa ölkəsinə və ayrı-ayrı inkişaf etmiş şəhərlərə, Çindən də Yaponiyaya, Koreyaya, Vyetnama, Rusiyaya qədər uzanan tarixi İpək Yolunun bugünkü faydaları bəlkə də tarixdəki faydasından daha çoxdur. Bu gün su və hava yolları vasitəsilə yükdaşımalar nə qədər yüksək səviyyədə inkişaf etsə də, ancaq tarixi İpək Yolu üzrə daşımaların müasir dövrdə dəmir yolu vasitəsilə həyata keçirilməsinin istər daşınmanın təhlükəsizliyi, istər həcmi, istərsə də onun maya dəyəri baxımından əhəmiyyəti var. İqtisadçıların da dəfələrlə vurğuladığı kimi, bu yolun, demək olar ki, alternativi yoxdur. Saydıqlarımız bu məziyyətlər bugünkü türkdilli dövlətlərin və toplumların həyatında, ilk növbədə iqtisadiyyatında, sosial rifahında, büdcəyə daxilolmalarda özünü ifadə edir” - deyə bildirən Ə.Qoşalınının sözlərinə görə, qeyd edilən məqamlar özündə yalnız iqtisadi, sosial məsələləri ehtiva etmir. Bunun, eyni zamanda, türk ölkələri arasında qarşılıqlı gediş-gəlişin, əlaqələrin, mədəniyyətlərin mübadiləsi, turizmin inkişafı baxımından da böyük əhəmiyyəti var. “Bu gün İpək Yolunun bərpası türkdilli dövlətlərin, qardaş ölkələrin bir-birilə daha yaxından əlaqələr, təmaslar qurmasına böyük töhfələr verib. Biz artıq bir-birimizə daha sürətlə yaxınlaşırıq. Ana dilimizdə olan sözlərimizi, mədəniyyətimizi, adət-ənənələrimizi, tariximizi, mətbəximizi bir-birimizlə yenidən paylaşmağımız baxımından İpək Yolunun çox böyük əhəmiyyəti var. Bu həm xoşməramlı münasibətləri artırır, həm yeni müsbət tendensiyalar yaradır, həm də qanunauyğunluqlara xidmət edir. Sıx gediş-gəliş, iqtisadi mübadilələr nəticəsində yalnız dövlətlər, elm adamları, təşkilatlar  deyil, həm də insanlar bir-birilə əlaqələr formalaşdırır, cəmiyyətlər bir-birinə qaynayıb-qarışır. Bu tarixi yol, nəticə etibarilə, qardaş türkdilli dövlətlər və toplumlar arasında münasibətləri həm dərinləşdirir, həm də genişləndirir. Fürsətdən istifadə edib tarixi İpək Yolunun yenidən günümüzdə daha çağdaş formada bərpasında, canlanmasında xidməti olan və hazırda haqq dünyasında olan, türkdilli dövlətlərə rəhbərlik etmiş şəxsiyyətlərə Tanrıdan rəhmət diləyirəm. Bu gün türk toplumlarına rəhbərlik edən, İpək Yolu ilə bağlı siyasəti yüksək səviyyədə davam etdirən dövlət xadimlərimizə təşəkkürümü çatdırmaq istəyirəm. Elə başa düşürəm ki, bu deyilənlər və deyilənlərdən çıxan nəticələr yalnız mədəniyyətlərarası dialoq forumlarında deyil, gələcəkdə bir sıra başqa platformalarda da müzakirə mövzusuna çevriləcək. Hesab edirəm ki, yaxın gələcəkdə İpək Yolunun türkdilli dövlətlər arasındakı əlaqələrin inkişafına verdiyi töhfələr beynəlxalq qurumlarda, BMT-də, UNESCO-da faydalı bir istiqamət kimi geniş müzakirə olunacaq və təqdir ediləcək”.

Ə.Qoşalı qeyd etdi ki, hazırda həm Azərbaycanda, həm də digər türkdilli ölkələrdə, qeyri-türk dövlətlərində tarixi İpək Yolu mövzusu tədqiqat obyektinə çevrilib və bu istiqamətdə elmi işlər yazılır. Onun sözlərinə görə, İpək Yolu siyasətinə elmin daha geniş miqyasda sirayət etməsi çox mühümdür.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ