Cümə günü, 16 oktyabr 2026
     

Problemli kreditlərlə bağlı qərarın daha bir böyük nəticəsi – ölkədən çıxış məhdudiyyətləri də ləğv olunur

Image


Əhalinin sosial müdafiəsi istiqamətində son günlərdə ardıcıl olaraq atılan addımlar cəmiyyətdə böyük məmnunluq yaratmaqla bərabər, bir çox problemlərin də həllinə rəvac verdi. Söhbət burada təkcə problemli kreditləri olan vətəndaşlardan getmir. Artıq bilindiyi kimi, atılan addımlarla zamin problemi kimi vacib bir məsələ  də həllini tapıb.

Həllini tapan daha bir maraqlı cəhət vətəndaşların ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılmasıdır. Belə ki, borc problemi üzündən ölkədən çıxışına qadağa qoyulan şəxslərin üzləşdiyi bu məsələ də artıq həllini tapıb. Artıq prezident bu xüsusda mexanizmlərin müəyyənləşdirilməsi ilə bağlı müvafiq qurumlara göstəriş verib. Bu mexanizmlərlə bağlı meydana çıxan bütün məsələlər məhz fərmana uyğun olaraq həll olunacaq. Hər bir məsələyə isə fərdi qaydada baxılacaq. Beləliklə, fərmandan irəli gələn məsələlərlə bağlı hər kəsin hüququ tam bərpa olunacaq. Fərmanda müvafiq məbləğədək kredit borcuna görə məhkəmə qərarları əsasında ölkədən çıxışına icazə verilməyən şəxslər üzərindən bu qadağa götürüləcək.

Bütün bunlar fonunda atılan addımlar olduqca yüksək dəyərləndirilir.  Ekspertlər də vurğulayır ki, dövlət başçısının son fərmanları əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqaməti olduğunu aydın nümayiş etdirir.  Elə ölkə başçısının müvafiq fərman və sərəncamları ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sosial müavinətlərin artırılması  da bunun təsdiqidir.  Məhz bu tədbirlərin davamı olaraq, xarici valyutada kredit götürən vətəndaşları, onların ailə üzvlərini ciddi narahat edən problemli kreditlərlə bağlı dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı da əhaliyə yüksək qayğının daha bir təzahürüdür.

Xatğırladaq ki, bununla  800 min nəfərin kredit problemi birdəfəlik həll edilib. Bunun üçün banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit veriləcək. Özü də burada bank sektorunun maraqları da nəzərə alınıb. Bundan irəli gəlir ki, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara onların müraciəti əsasında 215 milyon dollar dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin ediləcək.
AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisadçı-ekspert Aqil Eyvazov isə məsələ ilə bağlı bildirib ki, ölkə başçısı atdığı bu humanist addımla son iki ildə vətəndaşları ciddi şəkildə narahat edən problemli kreditlər məsələsinə birdəfəlik aydınlıq gətirdi: “Son iki ildə manatın məzənnəsinin ABŞ dolları və avro qarşısında zəifləməsi fonunda banklardan xarici valyutada kredit götürən vətəndaşlarımız kreditlərin ödənilməsi ilə bağlı kifayət qədər ciddi problemlərlə üzləşmişdi. Bütün bunlar əhalinin yaşayış səviyyəsinə, eləcə də, bank sektorunun, işgüzar münasibətlərin inkişafına öz mənfi təsirini göstərmişdi. Fərmanda böyük məbləğdə dövlət vəsaiti hesabına, əsasən vətəndaşlarımızın, eyni zamanda, kredit təşkilatlarının da maraqlarının, hər iki tərəfin qarşılaşdıqları problemlərin həllinin təmin olunması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Onu da vurğulamaq lazımdır ki, vətəndaşların devalvasiya nəticəsində əlavə ödəmiş olduğu vəsaitlərin geri qaytarılması sayəsində (700 milyon manat) onların əlində müəyyən məbləğdə vəsait formalaşacaq ki, bu pul kütləsinin istehlak ehtiyaclarının ödənilməsi və ya sərmayə şəklində dövriyyəyə daxil olması mal dövriyyəsinin, iqtisadi aktivliyin artmasına səbəb olacaq. Ölkədə sistemli şəkildə aparılan islahatların davamı olan bu mühüm əhəmiyyətli tədbirin icrası həm vətəndaşlarımızın sosial rifah halının yaxşılaşmasına, dövlətə inamının artmasına mühüm təsir göstərəcək, eyni zamanda, dövlət-özəl sektor münasibətlərinin və biznes mühitinin inkişafında əhəmiyyətli rol oynayacaq”.

Burada məsələnin maraqlı tərəflərindən biri Azərbaycanın qeyd olunan xüsusda atdığı addımların həm də nümunəvi xarakter daşımasıdır. Bununla bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov da bir sıra maraqlı nüanslara toxunub. O, konkret nümunə kimi bildirib ki, hələ 2008-ci il ABŞ ipoteka böhranı qlobal böhrana çevrildikdən sonra yüz milyonlarla insanın ipoteka və ya kredit borcları yarandı: “Amma onların heç birinə heç bir dövlətdə birbaşa dəstək olmadı. Yalnız banklara bəzi güzəştlər etməklə dolayı dəstək halları olub. Məsələn, qonşu Rusiyada bank üsullarından istifadə edildi. Kollektor agentlikləri, borcun satılması və ya qapalı paylı investisiya fondları vasitəsi ilə və sair. Keçmiş SSRİ respublikaları içərisində qeyri-bank metodlarından istifadə cəhdləri olub, amma bu da büdcə vəsaiti hesabına olmayıb. Bəzilərinin səcdə etdiyi ABŞ-da ipoteka borcunu verə bilməyənlərin hamısı mənzilini itirdi. Avropa İttifaqı ölkələrində, xüsusən Yunanıstanda da yalnız bank üsulları ilə həll cəhdləri var. Hazırdı bu ölkədə problemli kreditlər ümumi kredit kütləsinin 44,8 %-ni təşkil edir”. Bu qeyd edilənlərdən aydın olur ki, Azərbaycan problemli kreditlərin həlli məsələsində həqiqətən də ortaya çox gözəl bir nümunə qoya bilib.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ