Cümə günü, 16 oktyabr 2026
     

Sumqayıtda sənayeləşmənin növbəti mərhələsi – ölkənin ixrac potensialına təkan verən yeni amil…

Image


Rəsul Cahangirli: “Bu, xarici sərmayələri daha da təşviq edəcək”

 

Azərbaycan hələ sovetlər dönəmində sənaye sahəsində inkişaf etmiş respublikalardan biri olub. Həmin dönəmlərdə Sumqayıt ittifaq şəhərləri içərisində öncül yerlərdən birini tuturdu. Belə ki, təməli 1949-cu il noyabrın 22-də qoyulan Sumqayıt şəhərinin respublikanın ən iri sənaye mərkəzlərindən birinə çevrilməsi bir neçə mərhələdə həyata keçirilib.

Nəticədə adıçəkilən şəhərdə çoxlu sayda zavod və fabrik, emal müəssisələri tikilib istifadəyə verildi. Ancaq Sumqayıtın sənayeləşməsi, şəhər infrastrukturunun formalaşdırılması əsasən ulu öndər Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərliyi illərinə təsadüf edir. Məsələ ondadır ki, Heydər Əliyevin rəhbərliyi dövründə, 70-80-ci illərdə şəhərdə ağır sənaye ilə yanaşı, yüngül sənaye və maşınqayırma müəssisələri, çoxsaylı sosial obyekt fəaliyyətə başlayıb. Azərbaycanın müxtəlif bölgələrindən gələn insanlar işlə təmin edilib. O zaman Sumqayıtda yeni infrastruktur layihələrinin həyata keçirilməsi tikinti-quruculuq işlərinin sürətlənməsində mühüm rol oynayıb.

Ötən əsrin 90-cı illərində SSRİ-nin məlum səbəblər üzündən dağılması, tarixi təsərrüfat və ticarət əlaqələrinin qırılması Sumqayıtın çoxsaylı istehsal müəssisəsini böhranlı vəziyyətə saldı. Onların böyük əksəriyyəti fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. 1990-1993-cü illərdə hakimiyyətdə olan naşı və səriştəsiz qüvvələr Sumqayıtın sənaye şəhəri kimi inkişafının artıq perspektivsiz olduğunu bildirir, onun inkişafına laqeydliklə yanaşırdılar.

Mərhum prezident Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtması Sumqayıtın inkişafında, bir növ, üçüncü mərhələnin əsasını qoydu. Belə ki, Sumqayıt şəhərinin yeni ictimai-iqtisadi münasibətlər sisteminin diktə etdiyi bazar reallıqlarına adaptasiyası sürətləndi. Respublikanın iqtisadi cəhətdən çətin vəziyyətdə olmasına baxmayaraq, Heydər Əliyevin Sumqayıtın sənaye potensialının bərpası, mövcud müəssisələrin modernləşdirilməsi, elmi innovasiyaların tətbiqinin sürətləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər tez bir zamanda müsbət nəticələrini göstərməyə başladı. Bununla bağlı Sumqayıtda bir sıra işlər görüldü.

2003-cü ildə İlham Əliyevin Prezident seçilməsindən sonra Sumqayıtın, xüsusən də şəhərin sənayeləşməsinin yeni mərhələsi başladı. Qeyri-neft sektorunun inkişafı çərçivəsində sənayeləşmə prosesi yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, ümumən, Azərbaycanın milli sənayesində yeni mərhələnin başlanmasına rəvac verdi. Bu gün Sumqayıtda Texnoparklar, Kimya Sənaye Parkı məhz Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir. Hazırda sənaye parkında müxtəlif müəssisələr fəaliyyət göstərir. Ötən illər ərzində Sumqayıtda qurulan sənaye parkları sırf elmi və iqtisadi əsaslara uyğun olaraq yaradılıb. Həmin sənaye müəssisələri qeyri-neft sektorunun inkişafını özündə ehtiva edərək modern texnologiyalara əsaslanır. Həmçinin, rəqabətqabiliyyətlidir. Təkcə daxili tələbatı ödəmir, eyni zamanda, orada istehsal olunan məhsullar xarici bazarlara ixrac olunur.

Bir sözlə, Sumqayıtda sənayeləşmənin yeni mərhələsi qeyri-neft ixracının güclənməsinə təkan verir. Bu, yeni və daimi iş yerlərinin yaranması deməkdir. Hansı ki, bunun sayəsində xeyli sayda mütəxəssis işlə təmin edilib və bundan sonra da ediləcək. Dördüncüsü, Sumqayıtdakı sənaye müəssisələrində yeni texniki təfəkkürə malik kadrlar yetişir. Sözügedən nəsil dünyada müasir sənayenin tələblərinə cavab verir. Müasir dövrün tələbləri ilə ayaqlaşa bilir, innovativ texnologiyaların tətbiqini həyata keçirir və s. Ən nəhayət, bütün bunlar Sumqayıta xarici investisiyaların cəlbini təşviq edir. Çünki həmin müəssisələrin yaradılmasında xarici investorlar da fəal iştirak ediblər. Bunun özü çox önəmli faktordur.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer” müəssisəsinin açılışında xarici sərmayə amilinə toxundu: “SOCAR Polymer” tam gücü ilə işə başlayır. Bu, çox əlamətdar hadisədir. Bu, ölkəmizin inkişafını göstərir. Bu, ölkəmizə xarici maliyyə qurumları tərəfindən inamın təzahürüdür. Çünki, bildiyiniz kimi, bu zavodun tikintisində xarici banklar fəal iştirak ediblər. Bu, bütövlükdə, ölkəmizdə gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir. Zavodun istehsal gücü 300 min ton olacaq. Bu, bizim qeyri-neft ixracımızın 15 faiz artımı deməkdir. Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır”.

Heç şübhəsiz ki, Sumqayıtda ortaya qoyulan yüksək nəticə bundan sonra da xarci sərmayənin bu kimi sənaye müəssisələrinin yaradılmasında fəal rol oynamasına təkan verəcək. Çünki qeyd olunduğu kimi, həmin müəssisələrin yaradılmasında xarici sərmayə də fəal rol oynayıb.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, ortaya qoyulan nəticə Azərbaycanda sənaye müəssisələrinin yaradılmasında xarici investisiyaların cəlbini sürətləndirəcək: “Nəzərə almaq lazımdır ki, tam fəaliyyətə başlayan "SOCAR Polymer” zavodunda illik 120 min ton yüksək sıxlıqlı polietilen və 180 min ton polipropilen istehsalı nəzərdə tutulur. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılması da planlaşdırılır. Zavodların istismar dövründə 6,6 milyard dollar gəlir gətirəcəyi gözlənir ki, bunun da 30 faizini şirkətin xalis mənfəəti təşkil edəcək. Bütün bunlar çox ciddi rəqəmdir. İlk mərhələdə bu sahədə idxaldan asılılıq tam aradan qaldırılacaq. Daha sonra xaricə məhsul ixrac olunacaq. Ona görə də ölkəyə nə qədər çox xarici sərmayə cəlb etsək, bu bir o qədər Azərbaycanda çoxşaxəli sənaye müəssisələrinin yaradılmasına öz təsirini göstərəcək. Bu da, öz növbəsində, qeyri-neft sənaye məhsullarının daha çox istehsal olunmasına və eyni zamanda, ixrac edilməsinə gətirib çıxaracaq. Bunun nəticəsi nə olacaq? Nəticəsi o olacaq ki, iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi artacaq və ən başlıcası, neftdən asılılıq azalacaq. Ölkənin dinamik inkişafı dayanıqlı formada təmin ediləcək. Ona görə də Sumqayıtda sənayeləşmənin yeni mərhələsi böyük perspektivlər vəd edir. Bu, xarici sərmayələri  daha da təşviq edəcək”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ