Cümə günü, 16 oktyabr 2026
     

Mikayıl Cabbarovun sahibkarlara qəti sözü - “bulanıq suda balıq tutmaq zamanı keçdi”

Image


Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilib. Forumda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində edilmiş dəyişikliklər, dövlət-biznes münasibətləri, ölkəmizin vergi sisteminin perspektiv inkişaf istiqamətləri barədə işgüzar dairələrlə fikir mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Milli Məclis, dövlət qurumları, beynəlxalq təşkilatlar, ictimai birliklər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və iş adamları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan vergilər naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, uçot sisteminin gizlədilməsi bazarın qeyri-sabitliyinə, neqativ hallara münbit şərait yaradırdı: “Bu problemin həlli istiqamətində ciddi irəliləyiş əldə edilsə də, biz səylərimizi davam etdirəcəyik. Ötən illərdə uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verilib. Bununla bağlı bir sıra sahibkarlara qarşı vergi qanunvericiliyi çərçivəsində mübarizə aparılıb. Artıq hamı anladı ki, bulanıq suda balıq tutmaq zamanı bitib. Yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq. Vergi sistemində islahatların aparılması zamanı Vergilər Nazirliyinin qarşısında iki mühüm ssenari var idi. Birincisi, vergi yükünün artırılması yolu ilə gedərək daxilolmaları artırmaq, ikincisi isə vergi yükünü azaltmaqla kölgəyə çəkilmiş bütün biznes strukturlarını, vergi ödəyicilərini geniş və bərabərhüquqlu vergi ödəməyə cəlb etmək idi. Azərbaycan hökuməti ikinci yolu seçdi".

M.Cabbarov bildirib ki, ötən il iri topdansatış müəssisələrində aparılan vergi nəzarəti zamanı 930 milyon manatlıq dövriyyənin gizlədildiyi aşkar edilib: “2019-cu il üzrə vergi xidmətinin əsas prioritetləri dəyişməz olaraq qalır. Bu, ilk növbədə, kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində görülən işlərdir. Vergi orqanlarının keçən il iri topdansatış müəssisələrində apardığı vergi nəzarəti tədbirləri zamanı 930 milyon manat, şəbəkə marketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox dövriyyənin gizlədildiyi aşkar olunub. Bu, milyonlarla manat verginin və sosial ödəmələrin büdcədən yayındırılması deməkdir”.

Vergilər nazirinin sözlərinə görə, Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması vergi sistemində şəffaflığı artıracaq: “Ölkəmizdə Vergi Ombudsmanı institutunun yaradılması sahibkarların şikayətlərinə baxılması, onların hüquqlarının qorunması istiqamətində atılmış mühüm addımdır. Bu həm də vergi sistemində şəffaflığın artmasına və vergi ödəyiciləri ilə vergi işçiləri arasında qarşılıqlı etimadın yüksəlməsinə təkan verəcək”.

M.Cabbarov onu da qeyd edib ki, uzun illər iqtisadiyyatın ayrı-ayrı sektorlarında mövcud olmuş "kölgə iqtisadiyyatı" qanuni əsaslarla işləyən sahibkarların əl-qolunu bağlamışdı: "Elə bir vəziyyətlə üz-üzə idik ki, praktiki olaraq, intizamla işləmək istəyən şirkətlər bazar paylarını itirməyə məhkum idilər. Uçot sisteminin iflic olması, nəticə etibarilə, vergi potensialının gizlədilməsinə, bazarın qeyri-sabitliyinə şərait yaradırdı. “Kölgə iqtisadiyyatı” müxtəlif növ mənfi amillərin yaranmasına kömək edir. Bu problemin həllində ciddi irəliləyiş əldə edilsə də, biz bu istiqamətdə səylərimizi davam etdirməliyik. Bu səbəbdən, 2018-ci ildə "kölgə iqtisadiyyatı"nın miqyaslarının azaldılması vergi xidməti üçün başlıca istiqamət oldu. Uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verildi, geniş maarifləndirmə işləri aparıldı. Bəzi sektorlarda, xüsusilə aksizli malların istehsalı və satışı, tibbi xidmət sektoru, ticarət obyektləri şəbəkəsi kimi sahələrə nəzarət artırıldı. Uçot sisteminin bərpa edilməsi ilə bağlı tələblərimiz müəyyən müqavimətlə, bəzi hallarda narazılıqla qarşılandı. Kimsə bunu kampaniya xarakterli saydı, kimsə gözləməyə üstünlük verdi. Lakin düşünürəm ki, nəticə etibarilə, qəbul edildi. Çünki hər kəs başa düşür ki, gec-tez qanunlar çərçivəsində işləməkdən daha faydalı yol yoxdur. Bulanıq suda balıq tutmaq zamanı bitib".

Vergilər naziri biznes münasibətlərinin şəffaflaşdırılması məsələsinə də toxunub. O qeyd edib ki, ötən ilin yekunu üzrə iri topdansatış müəssisələrində 930 milyon manat, şəbəkə sistemli marketlərdə 122 milyon manat, özəl tibb müəssisələrində isə 230 milyon manatdan artıq dövriyyələrin gizlədilməsi faktları aşkarlanıb: "Bizim ilk funksiyamız bütün faktları aşkara çıxarmaq və müəssisələri vergiyə cəlb etməkdən ibarətdir".

İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, 2016-cı ildən indiyədək Azərbaycanda ümumi dəyəri 3 milyard manat olan 345 layihə investisiyaların təşviqi sənədi alıb. Bu layihələr 22 min yeni iş yerinin açılmasına xidmət edəcək.

Onun sözlərinə görə, investisiyaların təşviqi mexanizmi ölkənin qeyri-neft sektoruna özəl investisiyaların ciddi şəkildə artmasına yol açıb: “Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2018-ci il ümumdaxili məhsulda özəl sektorun payı 84 faizə, məşğulluq sektorunda isə 76 faizə çatıb. 2015-ci ildən etibarən reallaşdırılan özəl sektorun inkişafı ilə bağlı yeni qərarlar dayanıqlı inkişaf baxımından strateji xarakter daşıyır və sahibkarlığın inkişafının yeni dövrünü xarakterizə edir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2021-ci ilədək sahibkarlıq sahəsində yoxlamalar dayandırılıb, lisenziyalaşdırılan sahibkarlıq sahələrinin sayı azaldılıb, prosedurlar sadələşdirilib. Bundan başqa, vergi, gömrük və sosial sistemlərdə islahatlar başlayıb”.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək vurğulayıb ki, yaxın günlərdə Azərbaycanda ilk “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi açılacaq: “Mərkəzdə "bir pəncərə" prinsipi ilə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində 124 xidmət göstəriləcək. Perspektivdə ölkədə 31 "DOST" mərkəzinin açılışı nəzərdə tutulur".

"Vergilər. Şəffaflıq. İnkişaf" forumunda iştirak edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış edərək bildirib ki, 2019-cu il fevralın 1-dən Azərbaycanda “Yaşıl dəhliz” sisteminə yüzdən çox şirkət qoşulub. İlin sonunadək bu sistemə bütün ixracatçı şirkətlər və 40 faiz idxalatçı şirkətlər qatılmalıdır.

S.Mehdiyevin dediyinə görə, “Yaşıl dəhliz”in tətbiq olunması Azərbaycanda biznesin inkişafı üçün qəbul edilmiş ən vacib tədbirlərdən biri və dövlətin sahibkarlığa qayğısının bariz nümunəsidir.

“Onu da bildirim ki, idxal-ixracla bağlı ciddi müzakirələr aparmaqla vergi və gömrük orqanlarının inteqrasiyasına nail olmuşuq. Uçot sistemini qurmaqla kölgə iqtisadiyyatına böyük zərbə vurulub. 9-a yaxın dövlətlə ticarət şəbəkəsini onlayna qoşa bilmişik. Bunun nəticəsində heç bir sənəd gəlmədən bütün ixrac əməliyyatlarını görə bilirik. Bu da sürətli ticarətin, şəffaflığın təmin olunmasına şərait yaradır. Bütün bunlar uçotun qurulmasına, sürətli elektron idarəedilməyə gətirib çıxarır”.

S.Mehdiyev onu da əlavə edib ki, bu ayın 1-dən qısa vergi bəyannamələrinin tətbiqinə başlanıb: "Son illərdə atılan uğurlu addımlardan sonra sahibkarlar da əmin olmalıdırlar ki, cənab Prezidentin dövlət qurumları qarşısında qoyduğu əsas tələblərdən biri budur ki, sahibkarların yanına olmalıyıq, bir qurumun islahatı digər qurumun islahatının əksinə olmamalıdır".

"Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda keçirilən forumda iştirak edən millət vəkili Vahid Əhmədov qeyd edib ki, vergilərin ödənilməsi mühasibat uçotunun düzgün aparılmasından asılıdır. Bu gün Azərbaycanda mühasibat uçotu düzgün qurulmayıb: “Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik olsa da, ölkə üzrə mühasibat uçotu normal səviyyədə aparılmır. Mühasibat uçotunun düzgün qurulması vergi yığımına təsir edən amillərdəndir. ƏDV-nin differensiallaşdırılması ilə bağlı ciddi addımlar atılmayıb. Buna böyük ehtiyac var. İstərdim ki, ƏDV-nin differensiallaşdırılması ilə əlaqədar məsələyə baxılsın və təkliflər verilsin. Yeni Vergi Məcəlləsinin yaradılmasına ehtiyac var. Çünki Vergilər Məcəlləsində lüzumsuz və bir-birini təkzib edən maddələr var”.

Forum müzakirələrlə davam edib.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ