Cümə günü, 16 oktyabr 2026
     

Banklar faiz siyasətində ziyanlı dirənişlərini davam etdirir

Image


İqtisadiyyatın, xüsusən də qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bu gün öz yüksək nəticələrini verir. Xüsusən də dövlətin bu səpkidə gördüyü genişmiqyaslı işlər inkişaf dinamikasını əhəmiyyətli dərəcədə yüksəldib. Bu prosesdə diqqət mərkəzində yer alan başlıca məqamlardan biri həm də ölkədə sahibkarların sayının artması, bununla özəl sektorun iqtisadiyyatda rolunun daha da yüksəldilməsidir. Elə qeyd edilən məqsədlə dövlət sahibkarlara kredit verilişində ən sərfəli şərtlərin yaradılması istiqamətində mühüm addımlar atıb.

Amma dövlətdən fərqli olaraq, bank sektoru hələ də bu prosesdə lazımi addımlar atmır. Xüsusən də kredit faizlərinin yüksək olması sahibkarları hələ də banklardan uzaq salan amillərdəndir. Halbuki, dövlət səviyyəsində kredit faizlərinin aşağı salınması üçün müvafiq addımlar atılır. Məsələn, elə bu ayın əvvəlində Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 0.5 faiz azaldılması haqqında qərar verib. Bu, 9.75 faizdən 9.25 faizə endirilib. Əslində Mərkəzi Bank uçot dərəcəsini 2018-ci il ərzində də bir neçə dəfə endirib. Amma bunların əvəzində bank kreditləri 30 faizdən belə yüksək olur və hələlik, faizlərdə ciddi enmə müşahidə edilmir. Onu da qeyd edək ki, bu gün Azərbaycan vətəndaşları həm banklardan, həm də bank olmayan kredit təşkilatlarından kredit götürə bilir. Həmçinin, arzuolunan məbləği sələmçilərdən və ya “qızıl girov” əsasında lombardlardan əldə etmək olar. Lakin bunların hamısında faiz yüksəkdir. Halbuki, banklar faiz azalmasına getsələr, digərləri də endirimlərə getməyə vadar olacaq. Kredit faizlərinin niyə bu qədər yüksək olmasını Mərkəzi Bankın sədri Elman Rüstəmov belə izah edir: “Mərkəzin Bankın ölkə banklarında kredit portfelinin həcmi təxminən 400 milyon manatdır. Bu həcm bank aktivlərində çox kiçik bir rəqəmdir. Heç bir Mərkəzi Bank bu resurslarla bazarlara təsir göstərmir. Mərkəzi Bankın təsir gücü müəyyən etdiyi uçot dərəcəsinin bankların bir-birinə verdiyi pulun dəyərinə, onun qiymətinə təsiridir. Bunu yaratmaq üçün çox ciddi şərtlərin olması lazımdır. Bu təkcə Mərkəzi Bankda, pul bazarında yox, digər sahələrdə də ciddi islahatlar tələb edir. Hesab edirəm ki, yaxın bir neçə il ərzində biz bu təsir gücünü yarada biləcəyik. Bu isə ona gətirib çıxaracaq ki, biz bütün dünyada qəbul edilən inflyasiyanın alternativ təsir lövbərini yaradacağıq. Bu lövbər imkan verəcək ki, inflyasiyaya manatın təsirini yumşaldaq. Bu istiqamətdə çox ciddi işlər görürük”.  

Azərbaycanda uçot dərəcəsinin kredit və depozit bazarına hazırkı təsirinə gəlincə, ölkənin baş bankiri bildirib ki, depozit dərəcələrinə müəyyən qədər təsir göstərir və burada qismən dinamika var, amma kredit faizlərinə təsir mexanizmi çox zəifdir: “Səbəblərdən biri də Azərbaycanda mütəşəkkil banklararası bazarın olmamasıdır. Bu isə bütövlükdə qısamüddətli pulun dəyərini müəyyənləşdirməyə imkan vermir ki, onun vasitəsilə kredit faizlərinə təsir göstərə bilək. Bu istiqamətdə ciddi islahat proqramı hazırlanır. Bu isə nəticə olaraq Mərkəzi Bankın uçot dərəcəsinin təsir imkanlarının güclənməsinə gətirib çıxaracaq”. Hər halda hesab edilir ki, ən azı real sektorun inkişafı baxımından banklar kredit faizlərində enmələrə getməlidir. Özü də burada onu qeyd etmək lazım gəlir ki, son aylarda bəzi banklar müştərilərə yenidən kreditlər verməyə, kredit təklifləri etməyə başlayıb. Hətta müştəri cəlb etmək məqsədilə müxtəlif kredit kampaniyaları da həyata keçirilir. Bank əməkdaşları daimi müştərilərinə kompaniyalar haqqında məlumatlar göndərərək onları kredit götürməyə dəvət edirlər. Burada maraqlı məqam odur ki, vaxtilə müştərilərin inamını itirən banklar onları müxtəlif üsullarla yenidən cəlb etməyə çalışsa da, kredit faizlərini aşağı salmırlar. Banklarda yüksək faizlə kreditlərin verilməsi davam edir.

Yaranmış vəziyyətdə fikirlər səslənir ki, Azərbaycanda banklar və digər kredit təşkilatları tərəfindən verilən kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddinin dövlət tərəfindən tənzimlənməsi həyata keçməlidir. Bir sıra mütəxəssislər düşünür ki, dövlət kredit faizləri üzrə tavan müəyyən etməli və həmin həddən yuxarı faizlə kredit verilməsini qadağan etməlidir. Ən azından, müəyyən müddət üçün bunun həyata keçməsi olduqca önəmli sayılır. Eləcə də, ekspertlərə görə, mərkəzləşdirilmiş kreditlərin həcmi artırılmalı, bankların xarici təşkilatlardan ucuz kreditlər əldə etməsinə köməklik edilməlidir. Bütün bunlar sonda kredit faizlərini əhəmiyyətli dərəcədə aşağı sala bilər.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ