şənbə günü, 17 oktyabr 2026
     

Neft bazarında baş verənlər Azərbaycanın qiymət strategiyasının düzgünlüyünü təsdiqlədi

Image


Venesuelada cərəyan edən məlum hadisələr, gözlənildiyi kimi, neft bazarlarında mühüm dəyişikliklərə yol açır. Xüsusən də ABŞ-la Venesuela arasındakı gərginlik “qara qızıl”ın qiymətinin yuxarı istiqamətli dəyişməsinə təsir göstərir. Belə ki, neft bazarı iştirakçıları bu gərginliyin tədarükdə ləngiməyə gətirib çıxaracağından narahatdır. Neftin qiyməti isə bu narahatlıqlar fonunda bahalaşır. Artıq “Brent” və “Light” neftinin qiyməti son günlərdə sürətlə artır. Hazırda “Brent”in bir barreli 62 dollardan, “Light”ın isə bir barreli 54 dollardan baha satılır. Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti yenidən 64 dollara yüksəlib.

Venesuelada baş verənlərin yaxın tezlikdə başa çatmayacağının dəqiqəşməsi fonunda isə qiymətlərin yüksəlməkdə davam etməsi gözlənir. Ekspertlərə görə, ABŞ-ın Venesuelaya mümkün neft sanksiyaları Birləşmiş Ştatlardakı neftayırma zavodları üçün xam neftin mənbəyini kəsəcək. Bunun da ABŞ-a təsirləri daha çox hiss olunacaq. ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatına görə, Venesuelada neft istehsalının kəskin azalmasına baxmayaraq, ötən ilin oktyabrında bu ölkədən Birləşmiş Ştatlara gündəlik 506 min barrel neft göndərilib. Hazırda Venesuela Kanada, Səudiyyə Ərəbistanı və Meksikadan sonra ABŞ-a ən böyük 4-cü xam neft tədarükçüsüdür. Son illərdə ABŞ-ın neft hasilatının artmasına baxmayaraq, bu, tələbatı tam ödəmir. Ona görə də Birləşmiş Ştatlarda benzin, reaktiv yanacaq və digər neft məhsullarının istehsalı üçün Venesueladan gələn həm ucuz, həm də ağır xam neftə ehtiyac yaranır. İndi Venesuela ilə yaranan problemlər fonunda, ABŞ istəməsə belə, neft qiymətləri yüksəlir.

Digər tərəfdən, Venesueladakı hiperinflyasiya, iqtisadi və siyasi böhran səbəbindən neft hasilatı uzun illərin minimum səviyyəsinə enərək azalmaqda davam edir. Ölkənin bir sıra neftayırma müəssisələri fəaliyyətini qismən və ya tamamilə dayandırıb. Bu da dünya bazarlarına avtomatik təsir edir. Rusiyanın Energetika və Maliyyə İnstitutunun İqtisadiyyat departamentinin rəhbəri Marsel Salehov vurğulayır ki, Venesuelada hökumətlə parlament arasındakı qarşıdurma həllini tapmayınca neft bazarlarında qiymət yüksəlişi davam edəcək. O, sözügedən ölkədə hökumətin dəyişdirilməsi ehtimalı ortaya çıxdığına görə bazarların qeyri-müəyyən vəziyyətdə qaldığını qeyd edib: “Digər tərəfdən, hökumət müxalifətə qarşı sərt tədbirlərə əl atsa, parlament sədri Xuan Quaydonu həbs etsə, ABŞ üzdə bəhanə əldə edərək embarqo tətbiq edər. Bu isə neft bazarında qiymətləri yenidən 100 dollarlıq həddə çatdıracaq”. Rusiyalı iqtisadçı, həmçinin, Venesuelada neft hasilatının kəskin azalması üzündən, üstəlik, Rusiyaya və Çinə də xeyli ixracat olması nəticəsində sərbəst neft ehtiyatlarının tükənmək üzrə olduğunu da dilə gətirib. Bu da qiymətləri yüksəldən əlavə faktor sayılır.

Digər ekspert Aleksandr Qryaznov da qeyd edir ki,  Venesuelada baş verənlər dünya bazarında neftin qiymətinə daha ciddi təsir göstərə bilər. O, qiymətlərin hətta 100 dollarlıq həddi daha qısa müddətdə keçəcəyini də vurğulayır. Üstəlik, Liviya və İranın da dünya bazarlarına daha az neft çıxarması qyimətləri bahalaşdıran əlavə faktor sayılır.

OPEK-in baş katibi Məhəmməd Barkindo isə belə bir vaxtda bildirib ki, təşkilat özü də neft qiymətlərində azalmaya yol verməyəcək: "Yenicə ən uzun və ən ağır tənəzzüldən çıxmışıq. Ən azı, bazarın və ya sənayenin bu böhran quyusuna yenidən düşməsinə imkan verməyəcəyik. Buna görə də 2019-cu ilin hamımız - OPEK və OPEK+ ölkələri, eyni zamanda istehlakçı ölkələr üçün balanslaşdırılmış bazar ili olaraq qalmasında maraqlıyıq". Bütün bunlar cari il ərzində neft bazarında yüksək qiymətlərin olacağıın deməyə əsas verir. Belə vəziyyət isə, digər hasilatçılar kimi, Azərbaycanın da neft gəlirlərinin artacağını göstərir. Ümumiyyətlə, yüksək qiymət şəraittində neft gəlirlərinin nəzərdə tutulduğundan çox olması proqnozlaşdırılır. Xatırladaq ki, cari ilin dövlət büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. Hazırda satış qiymətləri bundan yüksəkdir. Qiymətlərin daha da artmasının gözlənilməsi isə neft gəlirlərinin xeyli çox olacağını deməyə əsas verir. Onu da xatırladaq ki, hadisələrin bundan sonra hansı müstəvidə inkişaf edəcəyi Bakıda müəyyən olunacaq. Belə ki, OPEK və qeyri-OPEK ölkələrinin Müştərək Texniki Komissiyasının 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının Bakıda keçirilmə tarixləri razılaşdırılıb. Müştərək Texniki Komissiya və Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclaslarının müvafiq olaraq bu il martın 17-18-də keçirilməsi təklif olunub. Bir daha qeyd edək ki, Azərbaycan neftin qiymətinin sabitləşdirilməsi məqsədilə OPEK çərçivəsində irəli sürülən təşəbbüsləri ilk vaxtdan dəstəkləyib. 2016-cı ildən etibarən Azərbaycan OPEK+ formatında neft bazarının balanslaşdırılması prosesinin fəal iştirakçısı olub və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib. Elə bu səbəbdən Azərbaycanın atdığı addımlar OPEK tərəfindən daim yüksək qiymətləndirilib. Təşkilatın Müştərək Texniki Komissiyasının və Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasının Bakıda keçirilməsi də ölkəmizə yüksək etimadın təsdiqi sayılır. Onu da qeyd edək ki, iclaslarda neft hasilatının azaldılmasına dair sazişə sadiqlik və bu razılaşmanın neft bazarına təsirləri müzakirə olunacaq. İndilikdə isə görünən budur ki, neft qiymətləri yüksəlməkdə davam edəcək.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ