şənbə günü, 17 oktyabr 2026
     

Dünya neftinin qiyməti Bakıda müəyyən olunacaq...

Image


Dünya bazaralarında neftin qiyməti ilə bağlı verilən proqnozlar bir-birilə ciddi ziddiyyət təşkil etsə də, real mənzərə hələ ki, “qara qızıl”ın bahalaşmaqda olduğunu göstərir. Hasilatçı ölkələrin mövqeyi isə bundan ibarətdir ki, ilk mərhələdə neftin qiyməti 60 dollarlıq həddə sabitləşməli, daha sonra isə yüksəlməyə başlamalıdır. Məhz qiymətlərin bu ardıcıllıqla formalaşması hasilatçı ölkələr, o cümlədən də Azərbaycan üçün sərfəli sayılır.

Xatırladaq ki, cari ilin dövlət büdcəsində neftin qiyməti  60 dollardan götürülüb. Hazırda satış qiymətləri bundan yüksədir. Belə ki, Azərbaycan neftinin qiyməti indi 65 dollara yaxındır. Amma görünən budur ki, hasilatçı ölkələr yenə, Azərbaycan da daxil olmaqla, qiymətlərin istədikləri həddə formalaşması üçün bu il birgə fəaliyyətlərini daha da genişləndirməyi düşünür. Bunun üçün ilk növbədə hasilatın azaldılması əsas diqqət mərkəzində yer alır. Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih bildirir ki, 2019-cu ildə neftin qiymətində sabitlik yaratmaq üçün hasilatçılar, o cümlədən onun ölkəsi istehsalı azaldacaq. O vurğulayıb ki, bəzi qeyri-OPEK ölkələri OPEK-lə razılıq çərçivəsində hasilatın azaldılması sahəsində öhdəlik götürüb və indi bunlara əməl edilməsi olduqca vacibdir.

Qeyd edək ki, hələ iki il qabaq OPEK və bəzi qeyri-OPEK ölkələri arasında razılaşma kəskin enən neft qiymətlərini sabitləşdirməyə imkan vermişdi. Son aylarda qiymətlərin kəskin enişi fonunda ötən ay Vyanada keçirilən OPEK və qeyri-OPEK nazirlərinin görüşündə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılmasına dair razılıq əldə olunub. Bu il yanvarın 1-dən qüvvədə olan və 6 aylıq müddətə nəzərdə tutulan razılaşma çərçivəsində OPEK üzrə gündəlik neft istehsalının 800 min barrel azaldılması barədə razılığa gəlinib. Qeyri-OPEK ölkələri isə neft hasilatını gündəlik 400 min barrel azaltmağa razılıq verib. Bu qərara əsasən, Azərbaycan gündəlik neft hasilatının bu aydan etibarən təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Hadisələrin bundan sonra hansı müstəvidə inkiaşf edəcəyi isə Bakıda müəyyən olunacaq. Belə ki, OPEK və qeyri-OPEK ölkələrinin Müştərək Texniki Komissiyasının 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının Bakıda keçirilmə tarixləri razılaşdırılıb. OPEK Katibliyindən Energetika Nazirliyinə daxil olmuş məktubda Müştərək Texniki Komissiya və Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclaslarının müvafiq olaraq bu il martın 17-18-də keçirilməsi təklif olunub. Bir daha qeyd edək ki, Azərbaycan neftin qiymətinin sabitləşdirilməsi məqsədilə OPEK çərçivəsində irəli sürülən təşəbbüsləri ilk vaxtdan dəstəkləyib. 2016-cı ildən etibarən Azərbaycan OPEK+ formatında neft bazarının balanslaşdırılması prosesinin fəal iştirakçısı olub və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib. Elə bu səbəbdən Azərbaycanın atdığı addımlar OPEK tərəfindən daim yüksək qiymətləndirilib. Təşkilatın Müştərək Texniki Komissiyasının və Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasının Bakıda keçirilməsi də ölkəmizə yüksək etimadın təsdiqi sayılır. OPEK-in baş katibi Məhəmməd Sanusi Barkindo da Azərbaycanın qurum çərçivəsində fəaliyyətini daim yüksək qiymətləndirdiklərini bildirib. O da təsdiq edib ki, OPEK-in Bakıdakı iclaslarının martda keçirilməsi nəzərdə tutulur: “Martın 17-18-də Bakıda OPEK və OPEK+ ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin, eləcə də Müştərək Texniki Komissiyanın iclaslarının keçirilməsi planlaşdırılır”.

Qeyd edək ki, iclaslarda neft hasilatının azaldılmasına dair sazişə sadiqlik və bu razılaşmanın neft bazarına təsirləri müzakirə olunacaq. Məhz burada neft bazarında qiymətlərin sabit saxlanması üçün müəyyən yeni addımların atılması da istisna olunmur.

Hazırda neftin qiymət artımını əngəlləyən yeganə faktor ABŞ-da hasilatdır. Beynəlxalq Energetika Agentliyi (BEA) belə vəziyyətdə cari ildə Birləşmiş Ştatların neft hasilatına görə Rusiya və Səudiyyə Ərəbistanını ötəcəyini istisna etməyib. Qurumun məlumatına görə, ötən il ABŞ-da maye halında karbohidrogenlərin hasilatının səviyyəsi "inanılmaz" və "gözlənilməz" olub və bir gündə 2,1 milyon barrelə çatıb. Qeyd olunur ki, 2019-cu ildə ABŞ hasilatının artım həcmi təxminən gün ərzində 1,3 milyon barrel ola bilər. Bu isə gündəlik hasilatın ümumilikdə 10 milyon barreli keçməsi deməkdir. Amma  bu il OPEK+ razılaşması çərçivəsində Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatın azalması ilə məşğul olması, istənilən halda, qiymətlərin yüksəlməsinə rəvac verəcək. Eyni zamanda, digər hasilatçı ölkələrin də analoji addımlar atması qiymətləri daha sürətlə yüksəldəcək faktor sayılır. Beynəlxalq Enerji Agentliyi onu da bildirir ki, bu il qlobal neft təklifi 1 milyon 400 min barrel artımla gündəlik 100 milyon 700 min barrel təşkil edəcək. Artımın belə yüksək olması isə neft qiymətlərini gözlənildiyindən də çox yüksəldə bilər.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ