şənbə günü, 17 oktyabr 2026
     

Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar...

Image


Deyirlər, istənilən ölkə haqqında ilk təəssürat onun “giriş qapısından” formalaşmağa başlayır. Bu halda Azərbaycan gömrüyünün ölkəmizin beynəlxalq arenada müsbət imicinin formalaşmasında əhəmiyyətli rolunun olduğunu düşünməyə ciddi əsaslar yaranır. Üstəlik nəzərə alınsa ki, son illər ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı iqtisadi əlaqələri durmadan genişlənir, bu ilkin təəssüratın pozitiv olmasında Azərbaycanın gömrük orqanlarının qarşısında çox böyük məsuliyyətin dayandığını deyə bilərik. Elə Dövlət Gömrük Komitəsinin son illərdə apardığı hərtərəfli və məqsədyönlü islahatların da öz rüşeymini bu məsuliyyətdən götürdüyü şübhə doğurmur.

Eyni zamanda onu da deyirlər ki, hər bir ölkənin dövlətçiliyi də sərhəddən başlayır və etibarlı gömrük xidmətinin təşkili dövlətin təhlükəsizliyinin möhkəm təməllər üzərində qurulmasında mühüm amillərindən biri hesab olunur. Odur ki, dövlətin milli maraqlarına xidmət edən, iqtisadi təhlükəsizliyin keşiyində dayanan, sosial-iqtisadi inkişafı stimullaşdıran gömrük fəaliyyətinin mövcudluğu hər bir ölkənin prioritetlərindən hesab olunur və bunun Azərbaycanda da belə olduğunu biz yox, faktlar deyir...

Qaranlıq dünən, şəffaf bugün, işıqlı gələcək...

Sirr deyil ki, müstəqilliyin ilk illərində yaradılan Azərbaycan Respublikası Gömrük Komitəsi uzun müddət qalmaqallı qurum kimi tanınıb, hətta barəsində illərlə korrupsiyanın və rüşvətxorluğun baş alıb getdiyi qaranlıq bir imic formalaşdırıb. Lakin son illər dövlət səviyyəsində gömrük orqanlarında aparılan köklü islahatlar artıq nəticəsini verməkdə, bu imicin əsaslı şəkildə müsbətə doğru dəyişməsində öz sözünü deməkdədir. Bu gün Gömrük Komitəsi bəlkə də ölkədə yeganə dövlət strukturudur ki, özü öz daxilində korrupsiyaya qarşı ardıcıl mübarizə aparır və konkret nəticələr ortaya qoyur. Son zamanlar Komitənin bir neçə yüksək çinli məmurunun elə Komitə rəhbərliyi tərəfindən ifşa olunaraq ədalət mühakiməsinə təqdim edilməsi deyilənlərə bariz nümunə sayıla bilər. Elə bu mübarizənin nəticəsidir ki, bu gün ölkənin gömrük sistemində tam şəffaflıq hökm sürür.

Bu şəffaflığın əsas göstəricilərindən biri də qurumun mətbuata açıq olması, qəzet və saytlara öz fəaliyyəti, qaçaqmalçılıqla mübarizəni əks etdirən gündəlik məlumatların verilməsilə özünü göstərir. Halbuki, daha öncə bu sahə mətbuata tam qapalı idi. Bundan əlavə, Gömrük Komitəsi vaxtaşırı jurnalistlərin sərhəd-keçid məntəqələrinə səfərlərini təşkil etməklə də öz fəaliyyətilə bağlı ölkə əhalisinin daha dolğun məlumata malik olmasına şərait yaradır ki, bunun özü də qurumun fəaliyyətində şəffaflığın qorunmasında maraqlı olduğunu göstərir.

Azərbaycan gömrüyündə ən müasir informasiya texnologiyaları...

Azərbaycanın gömrük sisteminin şəffaf fəaliyyətinin daha bir səbəbi onun son dərəcə müasir və unikal informasiya texnologiyaları vasitələrinə malik olmasıdır. Belə ki, hazırda ölkəyə gətirilən mal və məhsulların ciddi gömrük nəzarətindən keçməsi üçün sərhəd-keçid məntəqələrində hər cür texnoloji vasitələr quraşdırılıb ki, bunun da nəticəsində sərhəddən qaçaq yolla hansısa yüklərin keçirilməsi halları minimuma endirilib. Eyni zamanda, yük avtomobilləri ölkə ərazisinə daxil olduqda onlara xüsusi çiplər yerləşdirilir ki, həmin çiplər vasitəsilə gömrük orqanları yüklər təyinat yerinə çatana kimi onları tam mənasında izləyə bilir. Bu isə istər ölkənin təhlükəsizliyinin qorunmasında, istərsə də qaçaqmalçılıq cəhdlərinin qarşısının alınmasında çox ciddi irəliləyişlərə nail olunmasına gətirən unikal yeniliklərdir. Gömrük sahəsində daha bir yenilik ötən il Ələt Beynəlxalq Dəniz Ticarəti Limanında istifadəyə verilən Ro-Ro terminalıdır. Bu sistemin özəlliyi ondadır ki, ölkəyə mal və məhsulların qəbulunda şəffaflığın təmin olunması ilə yanaşı, həm də sənədləşmə və digər üzücü proseslər avtomatik qaydada həyata keçirilir. Belə ki, Azərbaycanın dövlət sərhədini keçən və bu limana istiqamətlənən yükün elektron bəyannaməsi həmin anda Dövlət Gömrük Komitəsinin xəttilə buradakı Əməliyyat İdarəetmə Sisteminə daxil olur. Nəticədə həm yükün limana gəlmə tarixi bəlli olur, həm onun gözləmə ərazisində yeri ayrılır, həm də ödəmə xərci onlayn formada daşıma şirkətinə göndərilir. Yükə dair məlumat isə limana daxil olan nəqliyyat vasitəsinin qeydiyyat nişanına əsasən əməliyyat sistemində əks olunur və yük sahibi bu məlumatı anında müşahidə edə bilir. Sənədləşdirmə bitdikdən sonra TIR gəmiyə yüklənir, təyinat limanı isə yük, onun çatdırılma vaxtı və gəmi barədə məlumat əldə edir. Beləliklə də əslində çox uzun bir proses avtomatik qaydada və heç bir bürokratik əngəl olmadan tez bir zamanda həyata keçirilmiş olur.

Azərbaycanın gömrük sistemində tətbiq olunan son illərin uğurlu layihələrindən biri də “Yaşıl Dəhliz” sistemidir. Bu sistemin məqsədi xarici ticarət iştirakçıları üçün daha əlverişli şəraitin yaradılmasından, biznesin dövlət tənzimlənməsi mexanizmlərinin effektivliyinin artırılmasından, eyni zamanda, gömrük nəzarətinin risq qiymətləndirilməsi və gömrük auditi əsasında daha çevik və şəffaf həyata keçirilməsindən ibarətdir ki, bununla fiziki gömrük yoxlamaları minimuma enir, ölkənin ixrac potensialı güclənir, məmur-sahibkar münasibətləri təkmil forma alır. Bütün bu yeniliklər isə Azərbaycan gömrüyünün inkişafından, onun beynəlxalq arenada bir çox ölkələrə nümunə göstəriləcək fəaliyyət mexanizminə sahib olmasından xəbər verir.

Prezident dedi ki...

Təsadüfi deyil ki, Prezident İlham Əliyev yanvarın 11-də ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı Nazirlər Kabinetində keçirdiyi müşavirədə gömrük orqanlarının işinə xüsusi toxundu. Bu ilin də ölkəmiz üçün uğurlu olacağını deyən dövlət başçısı ötən ilin dərin islahatlar ili olduğunu bildirərək, xüsusilə vergi və gömrük sahələrində aparılan islahatların çox böyük əhəmiyyət daşıdığını dedi. ”Bu sahələrdə sağlamlaşdırma prosesi gözəl nəticələr verir. Bizim maliyyə imkanlarımız genişlənir. Görülmüş işlər, yəni artıq apardığımız islahatlar bu il də özünü böyük dərəcədə göstərəcək. Burada qeyd olundu ki, gömrük sahəsində aparılan islahatlar nəticəsində biz büdcəmizi böyük dərəcədə artıra bilmişik. Hətta keçən il dürüstləşmə apararaq büdcəmizi artırmışıq ki, əlavə işləri görə bilək”. Həm sosial sahəyə, həm də infrastruktur layihələrinin icrası ilə bağlı əlavə vəsait ayrıldığına diqqət çəkən Prezident bunu həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşmanın mövcud olması ilə əsaslandırdı:”Yeni icraçılar vəzifəyə gətirildi, rəhbərlikdə dəyişikliklər edildi və hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq, dürüstlük təmin edilir. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır və aparılacaqdır”. Prezident onu da dedi ki, bu işlərdə əli olan adamlar məsuliyyətə cəlb olunur, vəzifədən kənarlaşdırılır:”Yəni tam sağlamlaşdırma prosesi gedir və artıq keçən ilin timsalında biz gözəl nəticələri görə bilmişik”- deyən ölkə başçısı göstərilən sahələrə yeni təyinatlarından məmnunluğunu da gizlətmədi:”Həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir” – deyən Prezident vergi və gömrük sektorunda aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyimizə əminlik ifadə edərək onu da xüsusilə vurğuladı ki, bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır:”Bu sahələrdə işləyən insanlara da xəbərdarlıq edildi ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar. Kim ki nəticə çıxarmır, onlara qarşı tədbirlər görülür, o cümlədən bir çox adamlar cinayət məsuliyyətinə də cəlb olunurlar”. Ölkə başçısı bu yöndə görülən işlərin və aparılan islahatların kölgə iqtisadiyyatının da kökünü kəsəcəyinə əminliyini ifadə etdi:”Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq. Bu böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq”.

“Biz elə bir gömrük orqanı yaratmalıyıq ki...”

1995-ci ilin yanvarında prezident yanında keçirilən müşavirədə Dövlət Gömrük Komitəsinin fəaliyyətinin müzakirəsi zamanı Heydər Əliyev sanki bugünkü gömrük sistemini xəyal edərək demişdi:"Biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici-iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin". Bu gün əminliklə demək olar ki, mərhum prezidentin qoyduğu hədəfə çatılıb. Bu gün xarici iqtisadi əlaqələrin genişlənməsində, iqtisadiyyatın çiçəklənməsində və Azərbaycanın beynəlxalq siyasi arenada nüfuzunun əhəmiyyətli dərəcədə artmasında ölkənin mütərəqqi gömrük sisteminin oynadığı rol danılmazdır. Təsadüfi deyil ki, Azərbaycan gömrüyünün nümayəndə heyətləri hazırda sanballı beynəlxalq təşkilatların toplantılarında iştirak edir, hətta moderatorluğu onlara həvalə edilən belə toplantılarda Azərbayanın gömrük sistemi modelini təbliğ edirlər. Bu gün Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini layiqincə qoruyur, qaçaqmalçılığa qarşı barışmaz və ardıcıl mübarizə aparır. Respublikanın iqtisadi təhlükəsizliyinin və dövlət maraqlarının qorunmasında, dünya təsərrüfatına inteqrasiyada, büdcənin gəlirlər hissəsinin formalaşdırılmasında əsaslı rol oynayan çağdaş gömrük siyasəti hazırda xarici əlaqələrdə öz önəmli missiyasını yerinə yetirərək, ölkə iqtisadiyyatının möhkəmlənməsinə və genişlənməsinə ardıcıl xidmət edir. İnkişaf etmiş ölkələrin gömrük orqanları ilə qarşılıqlı faydalı əməkdaşlıq isə Azərbaycan gömrük sisteminin uğurlu gələcəyindən xəbər verir. Bunu onillərdir onun nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyü də təsdiqləyir. Belə ki, Ümumdünya Gömrük Təşkilatına 1992-ci ilin iyun ayından üzv qəbul edilən Dövlət Gömrük Komitəsi 1999-cu ildən ÜGT-nin Maliyyə Komitəsində, 2000-ci ildən ÜGT-nin Siyasi Komissiyasında, 2002-ci ildən isə Gömrük Əməkdaşlıq Komitəsində təmsil olunur. Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 44-cü sessiyasının 2000-ci ilin dekabr ayında MDB məkanında ilk dəfə Bakıda keçirilməsi isə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, dünya dövlətlərinin gömrük xidmətləri ilə sıx əməkdaşlığının əyani təzahürü oldu. Bu gün Dövlət Gömrük Komitəsi bir sıra beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir və bu əməkdaşlıq formatında ölkəmizin üzləşdiyi problemləri milli təəssübkeşliklə yüksək kürsülərdən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bu milli təəssübkeşlik isə onunla xarakterizə olunur ki, DGK-nın iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ problemi ən önəmli məsələ kimi gündəmə gətirilir, erməni separatçılarının işğal etdiyi və nəzarətsiz qalmış Azərbaycan ərazilərinin maddi-mədəni sərvətlərinin talan edilməsi ilə yanaşı, burada narkotik vasitələrin istehsalı və dövriyyəsi, hətta Avropaya göndərilən narkotiklərin emalı üçün fəaliyyət göstərən xüsusi laboratoriyaların mövcudluğu faktlarla dünyanın diqqətinə çatdırılır.

Ümumdünya Gömrük Təşkilatının baş katibi Azərbaycan gömrüyünə hansı qiyməti verdi...

Azərbaycan gömrüyünün müasir tələblərə cavab verən bugünü Ümumdünya Gömrük Təşkilatı tərəfindən də təqdir olunur. Belə ki, yanvarın 14-də Prezident İlham Əliyevin qəbul etdiyi ÜGTnin baş katibi Kunio Mikuriya görüşdə Azərbaycan gömrük sisteminin nümunəvi bir qurum olduğunu deyib və Ümumdünya Gömrük Təşkilatının standartlarına uyğun fəaliyyət göstərməsini yüksək qiymətləndirib. Kunio Mikuriya, xüsusilə Azərbaycanda korrupsiya ilə mübarizənin, beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqinin və əlverişli biznes mühitinin yaradılmasının gömrük orqanlarının şəffaf fəaliyyəti üçün mühüm əhəmiyyət daşıdığını deyib və görülən bütün bu işlərin onda böyük təəssürat doğurduğunu qeyd edib.

Müasir gömrük sisteminin təkmilləşməsi, ölkəyə mal və məhsulların giriş-çıxışının həm təhlükəsiz, həm də heç bir əngəl və süründürməçilik olmadan həyata keçirilməsi, elə müvafiq dövlət proqramlarında da nəzərdə tutulduğu kimi, həm Azərbaycan insanının rifahına, həm də ölkə iqtisadiyyatının çiçəklənməsinə xidmət edir. Bu istiqamətlərin hər ikisi isə insan amilinə dayanır ki, bu mənada Azərbaycan gömrükçülərinin daşıdığı missiya həm çətin, həm də şərəflidir. Heç şübhə yoxdur ki, Azərbaycanın gömrük strukturları bu əzmkarlığı gələcək illərdə də davam etdirəcək, media ilə qarşılıqlı əlaqələr nəticəsində isə bizlər bu uğurlardan daha çox yaza biləcəyik.

Bayramınız mübarək!

Samirə SƏFƏROVA
"Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" mövzusunda yazı müsabiqəsinə təqdim olunur



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ