şənbə günü, 17 oktyabr 2026
     

Valyuta ehtiyatları sahəsində Azərbaycan mühüm üstünlüklər əldə edir

Image


İqtisadi müstəvidə ölkənin ən böyük nailiyyətlərindən biri də Azərbaycana davamlı valyuta axınının təmin edilməsidir. Xüsusən də indiki şəraitdə, qlobal ticarət müharibələrinin genişləndiyi bir vaxtda bu məsələ böyük əhəmiyyət kəsb edir. Ən azı o baxımdan ki, beynəlxalq maliyyə bazarlarında baş verənlərin Azərbaycana təsiri minimal həddə enir. Eyni zamanda, bunun nəticəsində manatın sabitliyi daha etibarlı şəkildə qorunur.  

Bu arada, Mərkəzi Bankın sədri Elman Rüstəmovun bildirdiyinə görə, Azərbaycanın valyuta ehtiyatları ilin sonuna qədər artmaqda davam edəcək: “Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində daxili valyuta bazarında tarazlıq qorunub və ölkənin strateji valyuta ehtiyatları 45 milyard ABŞ dollarına çatıb. Xarici mühitdə pozitiv meyllərin bu ilin qalan dövründə də davam edəcəyi gözlənir”. Qeyd edək ki, hazırda təkcə Mərkəzi Bankın özünün valyuta ehtiyatları 5,537 milyard dollar təşkil edir. Bu məbləğin ilin əvvəli ilə müqayisədə 203 milyon dollar çox olduğunu qeyd edən Elman Rüstəmov bunun 75 milyon dollarının valyuta ehtiyatlarının idarə olunmasından əldə edildiyini deyib. Neft Fonduna da ilin əvvəlindən daxil olan valyutaların həcmində böyük artım qeydə alınır. Artıq fondun vəsaitləri 40 milyard dollara yaxınlaşır.

Ekspertlər bildirir ki, valyuta ehtiyatlarının bundan sonra da artmaqda davam etməsi maliyyə sahəsində Azərbaycana mühüm üstünlüklər qazandırır.

Xatırladaq ki, bundan əvvəl dünya bazarlarında neft qiymətlərinin kəskin düşməsi və buna bağlı olaraq manatın üzərində yaranan təzyiq sonrası dollarlaşma prosesinə paralel olaraq ölkənin valyuta ehtiyatlarında azalma müşahidə olundu. Əhalinin yığımlarını manatdan dollara yönəltməsi, xüsusilə Mərkəzi Bankın valyuta ehtiyatlarını 15 milyard dollardan 3.5 milyarda qədər azaltdı. Lakin daxili istehsalın stimullaşdırılması çərçivəsində idxalın azaldılması xaricə valyuta axınının qarşısını almış oldu. Həmçinin dövlət büdcəsinin və Dövlət Neft Fondundan transfertlərin həcminin azaldılması ilə valyuta ehtiyatlarının kəskin azalmasının qarşısı alındı. 2017-ci ilin əvvəlindən etibarən aparılan pul-kredit siyasəti ilə manatın məzənnəsinin sabitləşməsinə paralel olaraq neftin qiymətinin yüksəlməsi ilə ölkə iqtisadiyyatı üzərində təsirin azalması və cari ildən etibarən təkrar valyuta ehtiyatlarında artım müşahidə olunmağa başladı. Neft qiymətlərinin artması ilə ölkəyə daxil olan valyuta axınının artması, əvvəlki illərlə müqayisədə idxalın azalması və qeyri-neft sektorunda ixracın artması əks dollarlaşma prosesinə də böyük təkan verdi. Belə ki, iqtisadi subyektlərin valyuta yığımlarının 80 faizdən 63 faizə qədər azalması bunun əyani göstəricsiinə çevrildi. Hazırda yığımların əsas etibarı ilə manat vasitəsilə aparıldığı da özünü aydın surətdə göstərir.

Digər tərəfdən, Azərbaycan üçün strateji valyuta ehtiyatları ciddi əhəmiyyət kəsb edir. Özü də bu ehtiyatlar təkcə neft və qaz satışı hesabına artmır. Qeyri-neft sektoru üzrə ixracın çoxalması, Azərbaycanın xaricdə öz sərmayəsi hesabına reallaşdırdğı layihələrin gəlir gətirməsi də valyuta ehtiyatlarını sürətlə artırır. Ekspertlər vurğulayır ki, bunlar fonunda qeyri-neft sektoru ölkəyə valyuta gətirən əsas sahələrdən birinə çevrilib. Bu da onu göstərir ki, qeyri-neft sektorunun inkişafı üçün atılan addımlar nəticəsini verir. Qeyd edək  ki, ÜDM-də qeyri-neft sektorunun payı artıq 70 faizə çatır. Bu da dövlət rezervlərimizin qorunmasına və hətta artırılmasına şərait yaradır. Bu baxımdan güman olunur ki, mövcud siyasət, qeyri-neft sektorunun payının artması, ölkəyə daxil olan vəsaitlərin səmərəli istifadə olunması strateji valyuta ehtiyatlarımızdakı artım tempinin qorunub saxlanmasına imkan verəcək.  Həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın mövcud ehtiyatları, pul-kredit siyasəti onu da proqnozlaşdırmağa əsas verir ki, dövlət rezervlərinin artırılması daha sürətli xarakter daşıyacaq.

Eyni zamanda, Azərbaycanın böyük valyuta ehtiyatları ona yarana biləcək yeni iqtisadi böhranın fəsadlarını daha asanlıqla neytrallaşdırmağa imkan verir. Digər tərəfdən, Azərbaycan xarici borc məsələsində indi daha ehtiyatlı və uğurlu siyasət həyata keçirir. Burada ən önəmli faktorlardan biri də budur ki, Azərbaycan xaricdən kredit alışını, demək olar ki, dayandırıb. Belə vəziyyətdə xarici borc məsələsində Azərbaycan daha uğurlu manevr etmək imkanları qazanır. Digər tərəfdən, xatırladaq ki,  bir müddət əvvəl dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” təsdiq edilib. Burada da əsas məqsədlərdən biri xarici borcun tədricən azaldılmasıdır. Belə ki, 2025-ci ildə Azərbaycanda xarici dövlət borcunun məbləğinin 2018-ci illə müqayisədə 9,7 milyard dollardan 6,5 milyard dollaradək azalması nəzərdə tutulur. Bu, ÜDM-də borc səviyyəsinin 22,5 faizdən 12 faizədək azalması deməkdir. Beləliklə, ölkənin artmaqda olan valyuta ehtiyatları, neft və qeyri-neft sektoru üzrə valyuta daxilolmalarının həcminin sürətlə artması ölkəmizə əlavə üstünlüklər qazandırır. Bu hal həm də manatın məzənnəsinin sabitliyinə rəvac verməklə yanaşı, ona inamı da sürətlə artırır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ