çərşənbə günü, 19 avqust 2026
     

Azərbaycan neft qiymətlərinə həlledici təsir göstərən aparıcı dövlətlərdən birinə çevrilir

Image


Neft bazarındakı son proseslər bu məhsulun qiyməti ətrafında yeni bir vəziyyətin yaranmaqda olduğunu göstərir. Belə ki, böyük neft hasilatçıları indidən açıq şəkildə bəyan edirlər ki, gələn ay İrana tətbiq ediləcək ABŞ sankisyaları fonunda bazarda yaranacaq boşluğu  kompensasiya edə bilməyəcəklər. Bu səbəbdən elə gələn ay ərzində qiymətlərin 100 dollarlıq həddi keçməsi gözlənir.

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih də qiymətlərin yüksəlməsini qaçılmaz sayır. O bildirib ki, hasilatçılar neft bazarında yaranacaq boşluğu kompensasiya edə bilməyəcək: “Əgər neftin qiyməti artmaqda davam edərsə qlobal iqtisadiyyat yavaşlayacaq və bu, tənəzzülə vasitə ola bilər. İranın neft ixracına yönələn sanksiyaların gələn aydan tətbiq olunmağa başlaması nəticəsində isə “qara qızıl”ın qiymətinin yuxarı istiqamətli dəyişib-dəyişməyəcəyinə heç kim qarantiya verə bilməz. Neftin qiymətinin 100 dollar səviyyəsinə yüksəlməsi də gözləniləndir. Qlobal neft bazarında gündəlik 3 milyon barrellik boşluq yaranacağı təqdirdə bu böyük həcmi kompensasiya edə bilməyəcəyik”.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) baş katibi Məhəmməd Barkindo da vurğulayır ki, qlobal xam neft istehsalında əlavə tutum həcmi getdikcə azalır. O bildirib ki, istehsalçı ölkələr və şirkətlər öz hasilat potensiallarını artırmalı, eləcə də cari tələbatı ödəmək üçün daha çox sərmayə qoymalıdırlar: “OPEK və qeyri-OPEK ölkələrinin neft hasilatının azaldılmasına dair sazişə əməletmə səviyyəsi 100 faizə çatır. Bundan başqa, xarici amillərlə əlaqədar neft bazarında balans “kövrək” hala gəlib”. Qətərin energetika və sənaye naziri Məhəmməd bin Saleh Al-Sada isə qeyd edir ki, neftin qiymətindəki yüksəliş psixoloji faktorlar və geosiyasi dəyişkənliklərdən qaynaqlanır: “Neft bazarında bir çox hadisə baş verir. Bunlar neft tədarükü, neftə olan tələbatın artması ilə yaşanan geosiyasi proseslərdir. Bütün bunlar OPEK-in noyabr ayındakı toplantısında nəzərdən keçiriləcək. Neft istehsalının artırılması və ya azaldılmasına dair qərar bazardakı yeni inkişaflar, OPEK-in həyata keçirdiyi analizlər əsas götürülərək veriləcək”.

Yaranmış vəziyyətdə prosesi nəzarətdə saxlamaq üçün OPEK və qeyri-OPEK ölkələri yeni saziş imzalamağa hazırlaşır. Xalid Əbdüləziz Al Falih bildirir ki, OPEK və qeyri-OPEK ölkələri (OPEK+) tərəfindən imzalanacaq yeni razılaşma müddətsiz olacaq: “ OPEK və qeyri-OPEK ölkələri arasındakı əməkdaşlığı davam etdirmək istəyirik. Müqaviləni müddətsiz uzatmaq niyyətindəyik. Bu anlaşmanın müddətində 2020-ci və ya 2021-ci il kimi sərhəd olmayacaq. Yeni müqaviləni dekabrın 7-də Vyanada keçiriləcək yığıncaqda imzalamaq istəyirik. Neft istehsalı üzrə gələn il atılacaq addımlar, hələ ki, məlum deyil. 2019-cu ildə neft istehsalının azaldılması və ya artırılması mövzusu öz qeyri-müəyyənliyini qoruyur. İnkişaf edən bazarların pul vahidlərində yaşananlar səbəbindən neft tələbatı üzərində təzyiq var. İran, Liviya, Nigeriya, Meksika və Venesuela kimi ölkələrin neft istehsalı sual altındadır. Bu ölkələrin neft hasilatı kəskin azala bilər. Digər tərəfdən, ABŞ-da şist nefti istehsalında nələrin baş verəcəyini də proqnozlaşdırmaq çətindir. Mütəxəssislərin əksəriyyəti ABŞ-ın kifayət qədər boru kəməri infrastrukturunun olmadığını və buna görə də neft istehsalını azaltmaq məcburiyyətində qalacağını deyir. Belə olan halda bütün mümkün proseslərə hazırlıqlı olmalıyıq”. Bütün bunlar neftin qiymətinin yüksəlməsini qaçılmaz edir. Elə bu səbəbdən OPEK+ ölkələrinin qarşıdakı dövr ərzində bazarda qiymətləri tənzimləyən əsas qüvvə olacağı gözlənir.

Xatırladaq ki, Azərbaycan da OPEK+ ölkələri sırasında yer alır və OPEK ölkəmizlə əməkdaşlıqdan məmnunluq ifadə edir. Hətta bu fonda o da məlum olub ki, OPEK və qeyri-OPEK ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası gələn il Bakıda keçiriləcək. Energetika naziri Pərviz Şahbazov qeyd edib ki, artıq bununla bağlı ilkin qərar qəbul edilib: "Lakin cari ilin dekabrında Monitorinq Komitəsinin növbəti iclasında bu barədə formal qərar qəbul olunacaq və tarix müəyyənləşəcək. İclasın gələn ilin birinci yarısında keçirilməsi nəzərdə tutulur". Ekspertlər hesab edir ki, bütün bunlar OPEK və qeyri-OPEK ölkələrinin Azərbaycana yüksək etimadının göstəricisidir. Eyni zamanda, bu həm də onu göstərir ki, Azərbaycan neft qiymətlərinin müəyyən olunmasında aparıcı dövlətldər sırasında yer alır.  Neftin bundan sonra qiymət yüksəlməsi isə qaçılmazdır. ABŞ-ın “Scientific Mining” jurnalı bu xüsusda yazır: “Son 10 ildə neftin qiymətinin 26 - 145 dollar arasında dəyişdiyini nəzərə alsaq, uzunmüddətli perspektivdə 100 dollar həddini aşması təəccüblü olmaz. Daha əvvəl ABŞ-ın Energetika Nazirliyi nəzdindəki Enerji İnformasiyası Agentliyinin 2018-ci ildə bir barrel “Brent” markalı neftin orta hesabla 72 dollara satılacağı barədə proqnozuna baxmayaraq, artıq bu barədə başqa mülahizələr səsləndirilir. Məsələn, Beynəlxalq Enerji Agentliyi tərəfindən verilən açıqlamalarda neftin qiymətinin yüksəlişə keçməsi meyli göstərilərək, ortamüddətli perspektivdə artım gözləndiyi konkret bildirilir. Bu da göz qabağındadır, çünki bütün dünyada neftə tələbat artdığı halda OPEK istehsalı artırmaq istəmir, üstəlik, Venesuelada istehsalın azalması da istisna olunmur ki, bu da tələblə təklif arasında müvazinətsizlik risqi deməkdir. Digər tərəfdən, bədbin variantda, yəni İrandan gündəlik ixracat 1,5 milyon barrel azalacağı təqdirdə ilin sonunadək bir barrelin 90 dollaradək bahalaşması mümkündür ”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ