şənbə günü, 17 oktyabr 2026
     

Qazaxıstanın ardınca Özbəkistan da Azərbaycanın mühüm dəmir yolu layihəsinə qoşulur...

Image


Asiya və Avropa arasında yükdaşımalar baxımından ən əlverişli marşrut sayılan Bakı-Tiflis-Qars dəmir yoluna, gözlənildiyi kimi, beynəlxalq maraq getdikcə yüksəlir. Bu xüsusda diqqət çəkən məqam dünyanın ən böyük ixracatçısı olan Çinin müxtəlif əyalətlərinin yüklərini Bakı-Tiflis-Qars dəmir yolu ilə Avropaya daşımağa üstünlük verməsidir.

Artıq məlumat verildiyi kimi, cari ilin əvvəlindən bu dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanıb. Mühəndis avadanlığı və digər mallarla yüklənən ilk qatar Urumçi şəhərindən yola düşüb. “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə Avropaya yük daşıyan qatar bu yükləri məhz  Bakı-Tiflis-Qars dəmir yolu ilə Avropaya çatdırıb. Hazırda Urumçidən yüklər əsas etibarı ilə məhz Bakı-Tiflis-Qarsla Avropaya daşınır.

İndi isə Çinin böyük Sian əyaləti də yüklərini artıq Bakı-Tiflis-Qarsla Avropaya göndərir. Qeyd edək ki, “Bir kəmər, bir yol: Sian-Bakı” beynəlxalq yük qatarının ilk səfəri baş tutub. Yük qatarının ilk konteyner qatarı sentyabrın 20-də Bakıya çatıb.Onu da bildirək ki, “Sian-Bakı” beynəlxalq yük qatarının ilk səfəri “Azərbaycan Dəmir Yolları (ADY) Konteyner” MMC ilə Çinin “Ciuduo” beynəlxalq logistika şirkəti ilə birgə həyata keçirilib. Avropa İttifaqı və Çin arasındakı 106 milyon tondan artıq və dəyəri 550 milyard avrodan çox ticarət dövriyyəsini nəzərə alsaq, tərəflərin yükdaşımalarını Bakı-Tiflis-Qarsla həyata keçirməsinin çox mühüm hadisə olduğunu qeyd etmək olar. Aydındır ki, bu vəziyyət tranzit yükdaşımalardan Azərbaycanın kifayət qədər böyük gəlir əldə etməsi deməkdir. Belə bir vaxtda isə o da məlum olub ki, Qazaxıstandan sonra Orta Asiya ölkələrindən Özbəkistan da Bakı-Tiflis-Qarsa qoşulmağa hazırlaşır. Bu məsələ Özbəkistanın paytaxtı Daşkənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlətlərin dəmir yolu administrasiya rəhbərlərinin görüşündə xüsusi diqqət mərkəzində olub. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov burada bildirib ki, Bakı-Tiflis-Qars, “Şimal-Cənub“, “Cənub-Qərb“ nəqliyyat dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib. Həmin nəqliyyat dəhlizlərinin fəal iştirakçıları məhz Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdir. Azərbaycanın nəqliyyat sisteminin ŞƏT-ə üzv olan dövlətlərlə əməkdaşlıq şəraitində beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası gücləndirilib.

Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyətindən danışan Cavid Qurbanov diqqətə çatdırıb ki, bu marşrut Asiyanı Avropa ilə birləşdirir. İstismara verildiyi 10 ay ərzində bu marşrutla 3000-ə yaxın konteyner və digər təmayüllü vaqonlarda yük daşınıb. Daşkənd təmsilçilri isə bildiriblər ki, Özbəkistan Bakı-Tiflis-Qars dəmir yolundan fəal istifadədə və öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır. Elə Azərbaycan da Orta Asiya ölkələrinin bu dəmir yolundan isğtfiadəsini istəyir. Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sonuncu  zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev bu xüsusda Orta Asiya ölkələrinə çağrış da edib: "Bütün dost ölkələri Bakı-Tiflis-Qars dəmir yolundan istifadə etməyə çağırıram. Azərbaycanda gözəl sərmayə iqlimi var və qarşılıqlı sərmayə qoyuluşu bizim birliyimizi daha da möhkəmləndirəcək. Xüsusilə nəzərə alsaq ki, keçən ilin oktyabr ayından Bakı-Tiflis-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihəsi fəaliyyətdədir. Bu yol Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımaların həcmi artır və artmalıdır. Bu yeni nəqliyyat dəhlizidir, yeni nəqliyyat damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmiş olur. Nəzərə alsaq ki, nəqliyyat baxımından bu çox əlverişli yoldur, mən bütün dost ölkələri bu yoldan istifadə etməyə çağırıram, o cümlədən Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı. Artıq Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir".

Qeyd olunduğu kimi, artıq Özbəkistan məsələyə müsbət reaksiya verib. Yaxın tezlikdə Özbəkistanın bu dəmir yolundan istfiadəyə başlaması gözlənir. Elə  Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev də  vurğulayır ki, Özbəkistan Bakı-Tiflis-Qarsdan fəal istifadədə və öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır. Onun sözlərinə görə, bu dəmir yolu ölkələrin diqqət mərkəzindədir və bu gün Mərkəzi Asiyadan Xəzər dənizi, daha sonra Qafqaz vasitəsilə nəqliyyat marşrutları xüsusi aktuallığa malikdir: "Bu baxımdan idxal-ixrac yüklərinin artan həcminin daşınması üçün Transqafqaz nəqliyyat dəhlizinin geniş istifadəsi dövlətlərimizin maraqlarına cavab verir. Bu dəmir yolu dəhlizi, həmçinin Ələt qəsəbəsində tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında infrastrukturun yaradılması bizim ölkələrin və regionların böyük tranzit və nəqliyyat-kommunikasiya potensialının reallaşdırılmasına yaxşı imkanlar açır. Biz də ümid edirik ki, Azərbaycan, həmçinin, Mərkəzi Asiyanın mərkəzində yerləşən, iqtisadi və strateji xarakterli çox böyük imkanlara malik Özbəkistanın potensialından istifadədə maraqlıdır. Bununla əlaqədar qeyd etmək istərdim ki, "Nəvai" azad iqtisadi zonası da nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı əsas yaradır". Beləliklə, Orta Asiya ölkələrindən Qazaxıstandan sonra Özbəkistan da Bakı-Tiflis-Qarsa qoşulur. Daha sonra Türkmənistanın da Bakı-Tiflis-Qarsdan istifadəsi proqnozlaşdırılır. Bununla Bakı-Tiflis-Qarsdan istfiadə edən ölkələrin sayı sürətlə artır. Rus ekspert Yevgeni Kriştalyov bu fonda vurğulayır ki, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çox böyük uğurlar gətirəcək:  “Azərbaycan, Gürcüstan və Türkiyə öz gücləri və birgə sərmayələri hesabına iri enerji və nəqliyyat layihələri reallaşdırırlar. Bunlardan biri də Bakı-Tiflis-Qars dəmir yolu layihəsidir. Bu layihə Böyük İpək yolunun tərkib hissəsi olmaqla Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirəcək. Bu layihə xalqlara firavanlıq, bölgəyə sülh və əmin-amanlıq gətirəcək”.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ