çərşənbə günü, 19 avqust 2026
     

Yüksək faizlər bank sektorunda ağır problemlərin mənbəyi olaraq qalır...

Image


Bank sektorunda son vəziyyətin təhlili burada kreditləşmə aktivlyinin yenidən artdığını göstərir. Xüsusən də istehlak kreditlərinin həcmində yeni artım müşahidə olunur. Ekspertlər bütün bunları ümumi iqtisadiyyat üçün də olduqca vacib amil sayır. Çünki kreditləşmə həcminin artması iqtisadi fəallığın vacib göstəricisidir. Amma məsələnin yenə narahatlıq doğuran tərəfi kreditəlrin faiz dərəcəsi ilə bağlıdır.  Faiz dərəcələrinin yüksək olması həm əhali, həm də bankların özləri üçün müəyyən problemlər yaradır.

Müvafiq maliyyə qurumları, beynəlxalq təşkilatlar da bildirir ki, banklar kredit faizləri siyasətinə mütləq yenidən baxmalıdır. Amma istənilən halda, kreditləşmənin artımı da müsbət qarşılanır. “Moody`s”   beynəlxalq reytinq agentliyi bildirir ki, artıq 2018-ci ildə Azərbaycan banklarının kredit portfeli azı 10 faiz artacaq. Agentliyin mütəxəssislərinin fikrincə, iqtisadi artımın bərpa olunması kreditlərə tələbatın artmasına səbəb olacaq: "Bu, əsasən, əhaliyə verilən kreditlərin artması hesabına baş verəcək. Eyni zamanda, 2018-ci ildə korporativ kreditləşmə dinamikası zəif olacaq". Amma yuxarıda qeyd olunduğu kimi, əhaliyə verilən kreditlərin faiz dərəcəsi yüksəkdir. Halbuki,  Mərkəzi Bank uçot dərəcəsini ilin əvvəlinə olan 15 faizdən 10 faizə endirib. Amma bu, bankların kredit faizlərini heç cür azaltmayıb. Eyni zamanda vəziyyət onu da aydın göstərir ki, banklar kredit verilişində yenə regionlarla paytaxta fərq qoyurlar.  Məlumat üçün bildirək ki, ölkədə avqust ayının 1-nə banklar tərəfindən iqtisadiyyata 12 milyard 170 milyon 700 min manat kredit qoyuluşu həyata keçirilib. Kredit qoyuluşlarında Bakının payı yenə də yüksək olub. Belə ki, banklar paytaxt sakinlərinə 10,2 milyard manat kredit verib. Bu da hesabat dövrü ərzində verilən ümumi kreditlərin 80 faizindən çoxu deməkdir. Bakı əhalisinə verilmiş kreditlər üzrə faizlər 10,3% təşkil edib. Amma burada istehlak kreditlərinin faiz dərəcəsi 30 faizi də keçir. Qeyd edək ki, kreditlərin ən bahalı olduğu bölgə Yuxarı Qarabağ iqtisadi rayonu olub. Bu rayonda kredit faizləri 24.8 % təşkil edib. Bütün bunlar isə regionlarda kreditlərin daha baha olmasına gətirib çıxarır və belə vəziyyəti ekspertlər narahatlıqla qarşılayır. Məsələn, iqtisadçı Vüqar Bayramov sosial şəbəkələr üzərindən paylaşdığı şərhində bildirir ki, Azərbaycan banklarının əmanət və kredit faizləri arasındakı fərq son aylar daha da dərinləşməkdədir. Belə ki, aparıcı banklar artıq xarici valyutada olan əmanətlərə illik 0.1 faiz dividend təklif edir. Ekspert bildirib ki, hətta bəzi banklarda avro depozitləri dividendsiz qəbul olunur: “Manat əmanətləri də cəlbediciliyi itirməkdədir. İllik əmanətlər 7 faiz gəlir gətirir. Bununla belə, illik 7 faizlik əmanət qəbul edən banklar gündəlik tələbat kreditlərinin faizini 30-dək yüksəldiblər. Mərkəzi Bankın Azərbaycan üzrə orta kredit faizinin 11.9 faiz olduğunu açıqlamasına rəğmən, sistem əhəmiyyətli banklarda apardığımız statistik monitorinqlər göstərir ki, gündəlik tələbat kreditləri üzrə faizlər orta hesabla 29 faizdən az deyil. Bu isə o deməkdir ki, bank vətəndaşdan 7 faizlə aldığı manatı digər vətəndaşımıza 4 dəfə baha faizlə kredit formasında təklif edir. Xarici valyutalar üzrə isə daha yüksək fərq müşahidə edilməkdədir. Mərkəzi Bankın rəsmi statistikasına əsasən, bu ilin iyulunda banklarda fiziki şəxslərin əmanət portfeli əvvəlki aya nisbətən 8 milyard 109 milyon manatdan 8 milyard 49 milyon manatadək azalıb. Bu isə o deməkdir ki, depozit portfelində aylıq 60 milyon manat azalma qeydə alınıb. Kredit qoyluşlarının 12 milyard 170 milyon manat olduğunu nəzərə alsaq, fiziki şəxslər üzrə əmanət portfeli ümumi kreditləşmənin 66 faizindən çoxunu təşkil edir. Belə olan halda isə əmanət faizləri ilə kredit faizləri arasındakı bu uçurumu izah etmək çox çətindir”.

İqtisadçı qeyd edib ki, əmanətlərin aşağı faizlə cəlb edilməsi bank yığımlarına da marağın azalmasına gətirib çıxaran səbəblərdəndir: “Bir sıra banklar kreditləşmə çətinliklərinin olduğunu deyərək, böyük həcmdə əmanət cəlb etməkdə maraqlı olmadıqlarını bildirsələr də, bu heç də yüksək kredit faizləri üçün əsas ola bilməz. Kreditlərin yüksək faizi bankların risqlərini sığortalamır, əksinə, onlar üçün yeni risqlər yaradır. Problemli kreditlərinin həcmindəki artım da bundan xəbər verir. Belə ki, Mərkəzi Bankın statistikasına görə, bu ilin mayında 1 milyard 710 milyon manat olan problemli kreditlərin həcmi iyunda 1 milyard 745 milyon manata, iyulda 1 milyard 782 milyon manatadək yüksəlib. Deməli, uzun müddət davam edən yüksək bank faizləri fonunda problemli kreditlərin də həcmində artımlar müşahidə edilir. Problemli kreditlərin artımı yalnız xarici valyutada deyil, həmçinin manat kreditlərində də müşahidə edilir. Göründüyü kimi, kredit faizlərinin tənzimlənməsi üçün liberal iqtisadi qanunlar çərçivəsində həm Mərkəzi Bank, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən prosesə müdaxilə edilməsi vacibdir. Bank sektorunda rəqabətin gücləndirilməsi istiqamətində tədbirlərin genişləndirilməsinə ehtiyac var”.

Araşdıramalar göstərir ki, problemli kreditlər məsələsi həllini tapmasa, banklar tərəfindən iqtisadiyyatın sağlam maliyyələşdirilməsi mümkün deyil. Sektorun ən köklü problemi də məhz bu sayılır. Ümumən, hazırda  kredit qoyuluşunun 14,6%-i vaxtı keçmiş sayılır. Vaxtı keçmiş kreditlərin həcminin ümumi kredit portfelində payının 15%-ə yaxın təşkil etməsi çox ciddi faktordur. Həm də problem budur ki, sözügedən kreditlərin həcmi azalmır, əksinə, artım üzrə dinamika nümayiş etdirir. Bu problem mövcud olduğu müddətdə isə bank sektorundakı digər müsbət dinamikaları davamlı saymaq mümkün deyil. Bunun qarşısını almaq üçün bankların faizləri aşağı salması çox vacibdir. Bank sisteminin iqtisadiyyatın real sektoru ilə az işləməsi də problemin digər tərəfidir. Kreditləşmə istehlak deyil, istehsal və emal sahələri üzrə artmasa, bank sektorunun problemli kredit məsələsinin həlli də çətin olacaq.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ