Bazar günü günü, 18 oktyabr 2026
     

“Azərenerji” ASC: tarixi inkişaf yolu və strateji hədəflərə doğru

Image


Əsrlər əvvəl insanlar ocaq işığında, şam, çıraq və lampa işığında yaşayırdılar. Gündüz gün işığında, gecələr isə qeyd etdiyimiz vasitələrlə evlərini işıqlandıran insanlar XIX əsrin sonlarında elektrik işığından istifadə etməyə başlayıblar. Tarixi sənədlərdə qeyd edilir ki, Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şossesi üzərindəki “Bakinski dok”da quraşdırılıb. Azərbaycan Respublikasının Dövlət tarixi Arxivinin sənədlərində göstərilir ki, cərəyan alman istehsalı olan “Algemayne” sisteminin dinamo-maşınından verilirdi. 1903-cü ildə elektrik stansiyalarının sayı artıq 70-ə çatdırılıb.

Qeyd edək ki, öz gücünə görə indikilərlə müqayisəolunmaz elektrik stansiyaları yalnız öz obyektini təchiz edir, şəhərin elektrik enerjisi ilə təchizatı sırf belə yolla təşkil edilirdi. Məlumatlara görə, zavodların, sənaye obyektlərinin, şirkətlərin, cəmiyyətlərin, mehmanxanaların, hətta hamamların da öz elektrik stansiyaları olub.

Bir hissəsi şəhərin mərkəzi küçələrində yerləşən stansiyaların xarici və xüsusən alman “Siemens və Alke”, “Algemayne”, “Otto Dach”, “Shukkert”, “Volat”, “Leval”, “Gramma” və s. şirkətlərin istehsalı olan bir-iki dinamo-maşını vardı. Onların gücü çox böyük deyildi - 65-dən 250 V-a qədər, 27-dən 250 A-ə qədər. Zahiri görünüşdən onlar heç də indiki elektrik stansiyalarına bənzəmirdilər.

Azərbaycanda işıq enerjisinin tarixinə nəzər saldıqca aydın şəkildə şahidi olursan ki, bu sistemin tam qurulması üçün illər lazım olub. Böyük zəhmət, külli miqdarda maliyyə, işçi qüvvəsi, zamanın tələbinə uyğun texniki avadanlıqlar hesabına həyata keçirilən işlər nəticəsində bu gün Azərbaycanın tam olaraq işıqlandırılmasına nail olunub. Ölkəmizin elə bir ucqar nöqtəsi yoxdur ki, ora işıq enerjisi xətləri çəkilməsin. Hətta bu gün yaylaq və qışlaq yerlərində də insanlar işıq enerjisindən istifadə edə bilirlər.

Hazırda respublikamızda işıq sisteminə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti başçılıq edir. Qeyd edək ki, “Azərenerji”  ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli – 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir. Onu da vurğulayaq ki, bu sistemin tam şəkildə qurulması üçün yeni texnologiyalardan istifadə edilir. Qurum müasir texnologiyalar tətbiq edərək, respublikamızda generasiya güclərinin artırılması və yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir, həmçinin, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını həyata keçirir.

1935-ci il avqustun 15-də yaradılan qurum uzun və məhsuldar bir tarixi yol keçib. Məlumatlara görə, 1935-ci ildə SSRİ ağır sənaye xalq komissarının 29 iyul tarixli əmrilə “Elektrotok” İdarəsi “Azneft”in tərkibindən çıxarılaraq, SSRİ Ağır Sənaye Xalq Komissarlığının “Başenerji” - Baş Enerji İdarəsinin (“Qlavenerqo”) tabeliyinə verilir və onun bazasında “Başenerji” - Baş Enerji İdarəsinin “Azenerji” (“Azenerqo”) Azərbaycan Rayon Enerji İdarəsi yaradılıb.

“Azneft” trestinin 23/138 saylı, 15.08.1935-ci il tarixli əmri ilə “Elektrotok” İdarəsi, tərkibində olan müəssisələrlə birlikdə yeni yaradılmış “Azenerji” - Azərbaycan Rayon Enerji İdarəsinin tərkibinə verilib və 20 oktyabr 1935-ci il tarixindən “Azenerji” - Azərbaycan Rayon Enerji İdarəsi rəsmi fəaliyyətə başlayıb. 1957-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 292 saylı, 08.06.1957-ci il tarixli Qərarı ilə Azərbaycan SSR Xalq Təsərrüfatı Sovetinin “Azenerji” Energetika İdarəsi yaradılıb.

Vurğulayaq ki, 1962-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 808 saylı, 16.10.1962-ci il tarixli Qərarı ilə Azərbaycan SSR Xalq Təsərrüfatı Sovetinin “Azenerji” Energetika İdarəsinin adı dəyişdirilərək Azərbaycan SSR Nazirlər Soveti yanında Energetika və Elektrikləşdirmə Baş İdarəsi yaradılıb.

“Azərenerji”nin əsas fəaliyyət dövrü SSRİ ilə bağlı olub. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra bu sahəyə yeni meyarlarla yanaşılıb.

Məlumatlara görə, 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin 571 saylı, 10.05.1993-cü il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Sovetinin 301 saylı, 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Energetika və Elektrikləşdirmə “Azenerji” İstehsalat Birliyi Azərbaycan Respublikası Elektroenergetika və Elektrikləşdirmə “Azərenerji” Dövlət Şirkətinə çevrilib.

1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin 423 saylı Fərmanına əsasən, ilkin mərhələdə səhmləri 100 faiz dövlətə məxsus olmaqla, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 200 saylı, 1996-cı il tarixli Sərəncamı ilə “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti təsis edilib və 1997-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Qeyd edək ki, “Azərenerji” ASC Azərbaycanın ən iri enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı şəbəkələr və elektrik verilişi xətlərinin sayına və uzunluğuna görə də regionda lider mövqeyə malikdir. Hazırda ASC-nin tərkibində gərginliyi 500, 330, 220 və 110 kilovolt olan 124 yarımstansiya; "Mingəçevir", "Şəmkir", "Yenikənd", "Füzuli", "Taxtakörpü", "Şəmkirçay" və "Varvara" daxil olmaqla 7 su elektrik stansiyası (SES), “Göyçay", “İsmayıllı-1”, “İsmayıllı-2”, “Balakən-1” və “Qusar” da daxil olmaqla, 5 ədəd kiçik su elektrik stansiyası, ”Azərbaycan", "Cənub", "Sumqayıt", "Şimal", "Səngəçal", "Bakı İEM", "Bakı", "Şahdağ", "Astara" , "Şəki" və "Xaçmaz" da daxil olmaqla, 11 istilik elektrik stansiyası (İES) daxildir.

Onu da vurğulayaq ki, ASC Naxçıvanın da işıqlandırılmasında müstəsna rol oynayır. Belə ki, Naxçıvan Muxtar Respublikası ərazisində “Naxçıvan” istilik elektrik stansiyası, “Naxçıvan” qaz-turbin elektrik stansiyası, "Araz", “Arpaçay-1”, “Arpaçay-2”, “Vayxır”, “Biləv” su elektrik stansiyaları və "Naxçıvan" günəş elektrik stansiyası mövcuddur. Yaxın bir neçə il ərzində bir sıra yeni stansiya və yarımstansiyaların, elektrik verilişi xətlərinin tikintisi və mövcud obyektlərin əsaslı yenidən qurulması planlaşdırılır.

Bu gün ölkəmiz üçün çox əhəmiyyətli strateji bölgələrdən olan Tərtər rayonu ərazisində, Tərtər çayının üzərində tikilən, hazırda işğal olunmuş zonada yerləşən Sərsəng su elektrik stansiyası 1977-ci ildə istismara verilib. Qeyd edək ki, Sərsəng su qovşağının qurğularına torpaq bənd, tikinti tuneli, qəza suburaxıcısı, suqəbuledici, derivasiya (qolayrıcı) tuneli, SES-in binası və suvarma siyirtmələrinin  binası daxildir. Məlumata görə, stansiyada iki ədəd RO115/697-V120 tipli radial-oxlu (Frensis sistemli) su turbini qoyulub. Onların hər birinin gücü 25 MVt və fırlanma sürəti 375 dövr/dəq-dir. Bu turbinlərin hesabat basqısı 87,5 m, su sərfi isə 33,25 kubmetr/ san-dir.

Onu da vurğulayaq ki, hazırda "Azərenerji" ASC-nin balansında olan elektrik verilişi xətlərinin ümumi uzunluğu 66 000 km-ə yaxındır.

“Azərenerji”nin işlərinin yüksək səviyyədə qurulması ölkənin elektrik təminatının güclənməsinə səbəb oldu. Sirr deyil ki, SSRİ süquta uğradıqdan sonra ölkənin elektrik enerji sistemində çökmələr müşahidə olunmağa başladı və paytaxt da daxil olmaqla, respublikanın hər yerində işıq verilişində fasilələr yarandı. Hətta elə olurdu ki, insanlar günlərlə elektrik enerjisinə həsrət qalırdılar. Bu halda, dədə-baba yolu ilə şam, lampa işığından istifadə edirdilər. Lakin Heydər Əliyev dövlət başına gəldikdən sonra insanları əndişədə saxlayan bu problemə son qoyulmağa başladı. Ölkədə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar uğurlu nəticələr verməyə başladı. Bu islahatlar Azərbaycanın enerji sektorunun inkişafına, enerji təhlükəsizliyinə müsbət təsir göstərdi. Məlumdur ki, Heydər Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın, o cümlədən Bakı şəhərinin elektrik şəbəkəsinin genişləndirilməsi və yenidən qurulması prioritet məsələyə çevrildi. Bu gün Azərbaycanda müstəqil enerji sisteminin formalaşması, dövlətin enerji təhlükəsizliyinin təmin olunması H.Əliyevin tarixi xidməti ilə bağlıdır.

Bu gün Azərbaycan dünyanın ən güclü ölkələrindən biri olaraq özünü təqdim edir və ölkəmiz enerji sahəsində liderlərdən biri kimi bu sahəyə böyük töhfələr verir. Məlumdur ki, Prezident İlham Əliyev bu sahəni diqqətdə saxlayır. Ölkə başçısının respublikamızın enerji təhlükəsizliyinin təminatındakı xidmətləri xalqımızın həyatına müsbət təsir edir.

Sevindirici haldır ki, bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan bu gün Avropanın etibarlı enerji təminatçısıdır. Son illər elektroenergetika sistemi daha da inkişaf etdirilərək beynəlxalq standartlara uyğun yenidən qurulub. Onu da vurğulayaq ki, bu sahədə beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılıb və bu amil də ölkədə enerji sisteminin müasir tələblər səviyyəsində qurulmasını reallaşdırıb.

Qeyd edək ki, “Azərenerji” bölgələri də diqqətdən kənar saxlamır. 2013-cü ildə təmirdən sonra istifadəyə verilən “Şirvan” Elektrik Stansiyası buna nümunədir. Məlumatlara görə, 1962-ci ildə Azərbaycanın cənub bölgəsində istismara verilən “Şirvan” Elektrik Stansiyası istismar müddətini başa vurduğuna görə Prezident İlham Əliyevin sərəncam ilə Şirvan şəhərində gücü 780 meqavat olan “Cənub” Elektrik Stansiyası inşa edildi. Böyük regional infrastruktur layihəsi olan bu müasir energetika müəssisəsi hazırda ölkəmizin enerji təhlükəsizliyinə mühüm töhfə verməkdədir.

Bu stansiyanın fəaliyyətə başlamasından az müddət keçsə də, bu generasiya gücünün müasir tələblərə cavab verən mükəmməl iş prinsipi, burada tətbiq olunun qabaqcıl texnologiyalar böyük marağa səbəb olub.

Qeyd edək ki, bu stansiyanın təməli 2007-ci il dekabr ayının 24-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. 2013-cü ildə Prezident İlham Əliyev Şirvana səfəri çərçivəsində “Cənub” Elektrik Stansiyasının açılışında iştirak edib. “Cənub” Elektrik Stansiyası bölgənin ən müasir stansiyasıdır və burada quraşdırılmış bütün avadanlıqlar ən yüksək standartlara cavab verir. Stansiyanın tikintisi zamanı lazım olan əsas avadanlıqlar dünyanın 70-ə yaxın aparıcı şirkətindən alınıb, bununla yanaşı, tikintidə istifadə olunan bir çox zəruri avadanlıq ilk dəfə olaraq respublikamızın zavodlarında istehsal edilib. Əvvəllər biz belə nəhəng elektrik stansiyasını inşa edəndə daha çox xarici şirkətlərə üz tutub, onları bu işlərə cəlb edirdik. Sevindirici haldır ki, “Cənub”un tikintisini yerli mütəxəssislər həyata keçiriblər.

Azərbaycanın bölgələrində həyata keçirilən bu kimi işlər insanların həyatına müsbət təsir göstərir. “Azərenerji” ASC-nin fəaliyyəti çoxşaxəlidir və günü-gündən təkmilləşir, inkişaf edir.

İradə SARIYEVA

Yazı “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ