Bazar günü günü, 18 oktyabr 2026
     

Tam nağdsız ödənişlərə keçid maliyyə sektorumuzda zəruri şəffaflığın mühüm şərtidir

Image


Məlumdur ki, pul hesablaşmalarının, dövlət qurumlarına məcburi ödənişlərin nağd qaydada aparılması şəffaflığın təmin edilməsində, korrupsiya hüquqpozmalarına qarşı səmərəli mübarizənin aparılmasında maneələr törədir, qeyri-leqal gəlirlərin gizlədilməsinə, vergidən yayınmalara şərait yaradır.

Respublikamızda nağd hesablaşmaların məhdudlaşdırılması və alğı-satqı əməliyyatlarının əsasən nağdsız ödəmələr vasitəsilə aparılması sisteminə keçilməsi istiqamətində işlər uzun müddətdir həyata keçirilir. Dövlət başçısının sərəncamı ilə 2004-cü ilin dekabrında «Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı»nın təsdiq edilməsi nağdsız hesablaşmaların tətbiqi prosesini gücləndirib. Lakin yerli və beynəlxalq monitorinqlərin nəticələri göstərir ki, ötən dövr ərzində nağdsız cəmiyyətin formalaşdırılması istiqamətində əldə olunan nəticələr yetərli deyil. Dövlət başçısı bu problemin mövcudluğunu dəfələrlə qabardıb və Nazirlər Kabinetinin hesabat yığıncaqlarında dövlət qurumlarının qarşısına konkret vəzifələr qoyub: Sitat (Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası): «Baxmayaraq ki, mən bu məsələ barədə dəfələrlə fikirlərimi, iradlarımı bildirmişəm və müəyyən işlər görülübdür, ancaq hələ ki, lazımi səviyyədə deyildir. Azərbaycanda nağdsız ödəmələr çox aşağı səviyyədədir. Bu, böyük problemdir. Bu, bir tərəfdən bu sistemdə şəffaflığın tam təmin edilməsi üçün bizə imkan vermir, eyni zamanda, xoşagəlməz halların mövcudluğunu da şərtləndirir... Hesab edirəm ki, biz bu il və bundan sonrakı illərdə də bu sahəyə çox ciddi fikir verməliyik. Burada, necə deyərlər, heç bir yeni üsul icad etməməliyik, inkişaf etmiş ölkələrin təcrübələrinə baxmaq kifayətdir».

Nağdsız hesablaşmaların genişləndirilməsi prosesi son 2 ildə xüsusilə intensiv xarakter daşıyıb. 2017-ci ildən «Nağdsız hesablaşmalar haqqında» Qanuna edilmiş dəyişikliklər nəticəsində irəliləyişlər olsa da, bu, daha çox dövlət rüsumları və ödəmələr sistemini əhatə edib, lakin nağdsız hesablaşmaların kütləvi xarakter daşıdığı bir çox sahələrdə əhəmiyyətli dəyişikliyə nail olunmayıb.

Bununla belə, nağdsız ödəmələrin genişləndirilməsini hədəfə alan layihələrin icrası davam edir. 2018-ci ildə 3 yeni layihənin başlanması nəzərdə tutulur. Bunlar «Nağdsız Azərbaycan», «3D bank sektorunda blokçeyn texnologiyalarına keçid» və «Ani ödənişlər» proqramlarıdır. Nağdsız ödəmələrin genişləndirilməsini hədəfləyən hər üç layihənin icrasında Mərkəzi Bank (MB) bir sıra qurumlarla, xüsusilə də Vergilər Nazirliyi ilə fəal əməkdaşlıq aparır. MB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib ki, hökumət nağdsız hesablaşmalara keçid üzrə yeni proqramı reallaşdırmağı nəzərdə tutur. Bu məqsədlə qlobal müstəvidə sürətlə inkişaf edən texnoloji proseslər izlənir, maliyyə-bank sektorunun daha da müasirləşməsi istiqamətində imkanlar diqqətdə saxlanır və yaxından araşdırılır: «Ortamüddətli dövrdə üç aparıcı layihənin fəlsəfəsi məhz bu texnologiyalara əsaslanıb. İlk layihə «Nağdsız Azərbaycan» layihəsidir. Bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasını və innovativ ödəniş sisteminin tətbiqini özündə əks etdirən layihənin icrası beynəlxalq qurumların iştirakı ilə hazırlanıb. Proqram Prezident Administrasiyasında müzakirə edilir və yaxın vaxtlarda təsdiqlənməsi gözlənilir».

A.Quliyev qeyd edib ki, nağdsız ödənişlərin stimullaşdırılmasını nəzərdə tutan ikinci layihə rəqəmsal identifikasiya sisteminin blokçeyn platformasında yaradılması ilə bağlıdır. Hazırda qalib şirkətin müəyyənləşdirilməsi üçün tender prosesləri gedir. Azərbaycanın bank sektorunda müştəri məmnunluğunun artırılması məqsədi daşıyan layihə ilkin məhsul kimi, ilin sonunadək bank ictimaiyyətinə təqdim ediləcək. Üçüncü layihə isə rəqəmsallaşmanı genişləndirmək üçün ani ödəniş sisteminin yaradılmasıdır. Bu sistemin tətbiqi ilə bütün iqtisadi sistemlər arasında beş-on saniyə ərzində ödənişlərin tamamlanması təmin olunacaq».

Mütəxəssislər hesab edir ki, iqtisadiyyatın yüksək səviyyədə nağdlaşması bir sıra neqativ nəticələr doğurur: makroiqtisadi idarəetmə çətinləşir, iqtisadiyyat investisiya resurslarından məhrum olur, maliyyə-vergi intizamı pozulur, şəffaflıq aşağı düşür, dövlət büdcəsinə vergi-gömrük gəlirləri və bank sisteminin resurs bazası azalır, faiz dərəcələri yüksəlir, pul çapı ilə bağlı əlavə xərclər meydana çıxır və s. Bu baxımdan, maliyyə bazarının inkişafı, iqtisadiyyata investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, vahid elektron ödəniş məkanının formalaşdırılması və ölkədə nağd pul dövriyyəsinin məhdudlaşdırılması ilə əlaqədar müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi, nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı tədbirlərin davamlı olaraq həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsi, korporativ sektorda şəffaflığın artırılması, o cümlədən vergidən yayınma hallarının aradan qaldırılmasına xidmət edir.

«Nağdsız Azərbaycan»ın eks­pertləri hesab edir ki, ölkədə nağdsız ödəmələrin inkişafı üçün böyük potensial olsa da, hazırda nağd ödənişlərin payı 90 faizdən çoxdur. Bunun əsas səbəbləri uçotdan yayınan (qeyri-rəsmi və ya «kölgə») iqtisadiyyatın, qeyri-formal məşğulluğun, qeyri-mütəşəkkil və pərakəndə ticarətin miqyasının yüksək olması, maliyyə savadlılığının aşağı səviyyəsi, infrastruktur və texniki amillər (ödəniş sistemlərinin çeşidinin az, xidmət tariflərinin isə yüksək olması, POS-terminallarla bağlı əməliyyat xərclərinin çoxluğu, regionlarda rabitə infrastrukturunun zəifliyi), qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olması (bank olmayan ödəniş xidməti provayderlərinin fəaliyyətinin tənzimlənməməsi, elektron pulun normativ hüquqi bazasının olmaması, kart sahiblərinin  hüquqlarının yetərincə müdafiə edilməməsi) və s. kimi amillərlə bağlıdır.

Mütəxəssislərin fikrincə, nağd ödənişlərin dominant olduğu əsas sahələr aşağıdakılardır:

- İctimai iaşə və turizm obyektləri - 600-dən çox şadlıq evi, 19 minə yaxın restoran-kafe, 580 hotel, yüzlərlə yanacaqdoldurma məntəqəsi, avtoservis, idman-sağlamlıq mərkəzləri, gözəllik salonları və bir sıra digər xidmət sektorları.

- Ticarət obyektləri - bazarlar, ticarət mərkəzləri, iri super-hipermarketlər, məişət texnikaları, ev əşyaları, cehizlik mallar, mebel salonları, brend butiklər, topdan və pərakəndə satış mərkəzləri.

- Elm-təhsil və səhiyyə müəssisələri - bağçalar, məktəbəqədər hazırlıq, xarici dil və ümumi hazırlıq kursları, repetitorluq, xəstəxanalar, klinikalar, apteklər.

- İctimai nəqliyyat - «Bakı kart»ın işləmədiyi 2400 sərnişin avtobusu, 20-yə yaxın özəl taksi xidməti, dəmir yolu.

- Torpaq və daşınmaz əmlak bazarı, icarəsi və kirayəsi.

- Fiziki şəxslərin «çelnok» ticarəti - əsasən idxal əməliyyatları.

- Avtomobil bazarı - avtomobil idxalı, avtosalonlar, avtobazarlar.

- Qeyri-leqal əməkhaqqı, muzdla işləyən yerli və əcnəbi işçilərə ödənilən əməkhaqqı.

- Mərc oyunları, şou-biznes, əyləncə sektoru.

- Valyutadəyişmə məntəqələri və s.

Sadalanan bu uzun siyahıdan göründüyü kimi, ölkə iqtisadiyyatının böyük bir sahəsində əsasən nağd ödənişlər həyata keçirilir. Minlərlə hüquqi və fiziki şəxsin uçotdan yayındırdığı pul vəsaitlərinin, ödənişlərin nağdsızlaşdırılması və leqallaşması nəticəsində maliyyə-vergi mühasibatlıq sənədlərində şəffaflıq yaranar və dövlət büdcəsinə vergi daxilolmaları xeyli artar.

Nağdsız ödənişlərin cəmiyyətdə geniş yayılmasının vacib olduğunu bu gün hər kəs etiraf edir. Bəs bu sahədə hansı həllivacib problemlər mövcuddur? Burada kompleks yanaşma məqsədəuyğundur. İlk növbədə, infrastruktur imkanları genişləndirilməli, iqtisadi stimullaşdırma və maarifləndirmə tədbirləri həyata keçirilməli, lazım gələrsə, inzibati tədbirlər, cərimələr artırılmalıdır.

Dünya Bankının sifarişi ilə Azərbaycanda aparılmış sorğu əhalinin maliyyə savadlılığı səviyyəsinin aşağı olduğunu göstərir. Araşdırmalara görə, ölkə vətəndaşlarının böyük əksəriyyəti nağdsız ödənişlər barədə məlumatsızdır və bu xidmətlərdən, demək olar ki, istifadə etmir:

· adi riyazi maliyyə savadını qiymətləndirmək üçün verilən suallara respondentlərin yalnız 55%-i düzgün, 25%-i yanlış cavab verib, 20%-i isə təxmini rəqəm belə deyə bilməyiblər;

· rəyi soruşulanların 95%-dən çoxu elə bilir ki, kartdan istifadənin məqsədi yalnız bankomat və ya POS-terminaldan nağd pulun çıxarılmasından ibarətdir;

· vətəndaşların 55%-dən çoxu ayda cəmi bir-iki dəfə POS-terminal və ya internet vasitəsilə alış-veriş edir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, nağdsız hesablaşmaların həcminin artırılması, POS-terminallardan istifadə səviyyəsinin yüksəldilməsi üçün həm təşviqedici, həm də stimullaşdırıcı tədbirlər həyata keçirilməli, xüsusən də POS-terminaldan imtina olunmasına görə qanunvericilikdə müəyyən tələblər qoyulmalıdır: «Vergi Məcəlləsində POS-terminalların quraşdırılmamasına görə hansısa bir cərimə və ya cəza nəzərdə tutulmayıb. Bu bir reallıqdır ki, sahibkarların nağd pula daha çox üstünlük verməsi vergidən yayınmaq məqsədi güdür. POS-terminallar isə nəticə etibarilə sahibkarların fəaliyyətinin şəffaflaşmasına və onların vergiyə cəlb edilməsinə zəmin yaradır».

Azərbaycanda nağdsız ödənişlərin genişlənməsinin qarşısını alan səbəblərdən biri də xidmət tariflərinin yüksək olmasıdır. Nağdsız ödəniş əməliyyatı aparılan zaman sahibkarlar obyekti POS-terminallarla təmin edən banka 0,5-1% aralığında xidmət haqqı ödəməli olurlar. Belə olan halda, heç bir sahibkar maraqlı olmayacaq ki, nağdsız şəkildə satış həyata keçirsin. Bunun qarşısını almaq üçün müəyyən güzəştlər tətbiq edilməlidir ki, nağd dövriyyə ilə müqayisədə nağdsız ödənişin qəbul edilməsi sahibkar üçün maraqlı olsun.

Digər məsələ isə konvertasiya haqlarının artırılması ilə bağlıdır. Nağdsız ödənişləri stimullaşdırmaq üçün ölkədə prosessinq şirkətləri arasında tarif vahid olmalıdır. Bu ona gətirib çıxarmalıdır ki, bir prosessinq şirkətinə daxil olan bankın kredit, yaxud debit (maaş, yaxud pensiya kartı) ilə başqa prosessinq şirkətinə daxil olan bankın bankomatından, yaxud POS-terminalından əməliyyat aparanda əlavə xərc çıxılmasın.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ