Bazar günü günü, 18 oktyabr 2026
     

Bakı-Tiflis-Qars Naxçıvan üçün birbaşa Avropa ilə birləşmə imkanı açır

Image


Beynəlxalq yükdaşımalarda indi ən sərfəli marşrutlardan birinə çevrilən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinə dünya miqyasında marağın artması müşahidə edilir. Ən azından o baxımdan ki, artıq Çindən çıxan bir qatar Londona qədər fasiləsiz gedə bilir.

Məsələnin bu tərəfinə toxunan Gürcüstanın baş naziri Georgi Kvirikaşvili qeyd edir ki, bir zamanlar xəyal kimi görünən “Bir kəmər - bir yol” layihəsi bu gün uğurla inkişaf edir: “İndi yüklərin Çindən Qazaxıstan ərazisinə, oradan Xəzər dənizindən keçməklə Azərbaycana və Gürcüstana çatdırılmasının 9-10 günə başa çatması hamı tərəfindən razılıqla qarşılanır. Bu çox uğurlu bir layihədir və logistik yolun inşası nəticəsində biz həmçinin yüklərin Cənubi Koreyadan 12 günə Gürcüstana çatdığının da şahidi olduq. Bu, Böyük İpək Yolu layihəsinin bərpasının tam sübutudur. Bunların  davamlı olması üçün Gürcüstan Bakı-Tiflis-Qars dəmir yolunun potensialının artırılması məqsədilə yeni layihələr hazırlayır”.

Bakı-Tiflis-Qarsla yükdaşmaların artımı və burada daha çox dövlətin iştirakı öz növbəsində Azərbaycanın sözügedən marşrut vasitəsilə daha çox gəlir əldə etməsi deməkdir. Amma Bakı-Tiflis-Qarsın Azərbaycan üçün əhəmiyyəti təkcə bununla məhdudlaşmır. İndi ölkəmiz üçün xüsusi maraq doğuran məqam Bakı-Tiflis-Qarsın Naxçıvana qədər uzanmasıdır. Qeyd olunan xüsusda isə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, Qars-İqdır-Aralıq-Dilucu dəmir yol xətti tikintisinin Naxçıvan Muxtar Respublikası istiqamətində davam etdirilməsi işlərinə 2018-ci ilin sonu – 2019-cu ilin əvvəlində start veriləcək. Yeni nəqliyyat layihəsinə əsasən, tikintisi nəzərdə tutulan iki yoldan ibarət dəmir yolu xəttinin uzunluğu 224 kilometr olacaq.

Nazirin sözlərinə görə, bu xətt Bakı-Tiflis-Qars dəmir yolu ilə birləşdiriləndən sonra Şərqdən Qərbə doğru bütün Türkiyə ərazisindən keçən Qars-Kapıkule xəttinə, daha sonra Avropaya doğru uzanacaq. Beləliklə, Kapıkule-Edirne-İstanbul-Eskişehir-Ankara-Yozqat-Sivas-Erzincan-Qars dəmir yolu İqdır əyalətindən keçməklə Azərbaycan və İran dəmir yollarına birləşdiriləcək. Yeni dəmir yol xətti çəkilərkən sürəti saatda 160 kilometrədək olan qatarlardan istifadə etmək imkanı nəzərə alınacaq.

Beləliklə, barəsində bəhs edilən layihə də başa çatdıqdan sonra Naxçıvan Qars vasitəsilə birbaşa Bakı ilə əlaqə saxlaya, həm də Avropa ilə fasiləsiz yükdaşımaları təmin edə biləcək. Yəni bu, eyni zamanda, Naxçıvanın gələcəkdə hazırki iqtisadi təcridini ciddi şəkildə aradan qaldırmağa xidmət edir. Bütün bunlar Azərbaycanın geosiyasi və iqtisadi mövqeyini gücləndirir, eyni zamanda bu, Azərbaycan üçün çox ciddi gəlir deməkdir.

Onu da bildirək ki, gələcəkdə Bakı-Tiflis-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi planları da var. Bu isə Naxçıvandan İran istiqamətinə daha böyük yükdaşımaların həyata keçməsinə imkan verir. Ən əsası isə, İran Naxçıvan vasitəsilə Türkiyəyə daha rahat çıxış əldə edir. 

Ekspertlər burada diqqəti ona da yönəldir ki, Bakı-Tiflis-Qars dəmiryol nəqliyyatında yalnız Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, eyni zamanda Orta Asiya ölkələrinin də İran və Rusiyadan asılılığını azaldır. Bu xətt Asiya və Avropa arasında dəmir yolu nəqliyyatını həyata keçirən İranın Razi-Sarakhs, Rusiyanın isə Transsibir dəmiryolu xətlərinə də bir növ alternativ olma xarakteri daşıyır. Bu baxımdan layihə Orta Asiya ölkələri və Çinin Avropa ilə dəmir yolu əlaqəsini Rusiya və İrandan asılı olmadan reallaşdırmasına imkan verir. Lakin layihə, Rusiya və İranın dəmiryolu şəbəkələrinə alternativ olmaqla yanaşı, eyni zamanda da hər iki ölkə üçün yeni imkanlar açır. Belə ki, Azərbaycan üzərindən keçən Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə bir-birinə bağlanacaq Rusiya-İran dəmiryolu şəbəkələrinin gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm elementi olan Bakı-Tiflis-Qars dəmiryolu xəttinə inteqrasiyasının da perspektivi böyükdür. Əslində, bu istiqamətdə intensiv iş də gedir.

Bundan əlavə, gələn ildən etibarən Bakı-Tiflis-Qarsın Azərbaycanda turizmin inkişafına yeni təkan verməsi gözlənir. Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan xatırladır ki, Bakı-Tiflis-Qars dəmir yolu ilə gələn ildən ilkin mərhələdə 1 milyon sərnişinin daşınması nəzərdə tutulub. O bildirib ki, dəmir yolu yalnız yükdaşımalarda deyil, həmçinin turizmin inkişafında da böyük rol oynayacaq: “Bakı-Tiflis-Qarsla ilkin olaraq 1 milyon, növbəti illərdə isə 3-3,5 milyon sərnişin daşınması planlaşdırılır. Qatarla səyahət tarixən mövcud olub. Bu marşrut təyyarə ilə səyahəti yox, gəzərək görməyi sevən turistlər üçün gözəl imkandır”.

NAHİD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ