çərşənbə günü, 19 avqust 2026
     

Neft Fondumuzun investisiya paketinin 4 məlum istiqaməti və ekspert rəyləri...

Image


Fikrət Yusifov: “Burada başlıca məqsəd vəsaitlərin idarə olunmasında səmərəlilik prinsiplərinə əməl etmək və risqlərdən maksimum sığortalanmaqdan ibarətdir”

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) səhmlərə investisiyalarının artması dünya iqtisadiyyatında müşahidə olunan trendlərdən də asılı olacaq. Bu barədə mətbuata Neft Fondundan məlumat veriblər.

SOFAZ-dan bildirilib ki, bundan əvvəl deyildiyi kimi, fondun strategiyasının əsas istiqamətlərindən biri tamamilə şaxələndirilmiş portfelin yaradılmasıdır: “2012-ci ildən Dövlət Neft Fondu özündə müxtəlif şirkətləri, ölkələri və sahələri birləşdirən dünya səhm bazarına investisiya qoymağa başladı. Qeyd olunmalıdır ki, bu proses həm xarici menecerlərin, həm də fondun mütəxəssislərinin köməyi ilə həyata keçirilib”.

SOFAZ-dan xatırladıblar ki, 2018-ci ilin birinci rübünün sonuna investisiya portfelində səhmlərin payı 14,2 faiz təşkil edib. Fondun investisiya siyasətinə uyğun olaraq, səhmlərə portfelin 25 faizinədək investisiya qoyula bilər: “Gələcəkdə səhmlərə yeni yatırımlar dünya iqtisadiyyatındakı trendlərdən, həmçinin, səhmlər, gəlirlər, volatillik və bir çox digər amillər daxil olmaqla, səhm bazarındakı vəziyyətdən asılı olacaq”.

O da qeyd olunub ki, 2018-ci il aprelin 1-nə Dövlət Neft Fondunun investisiya portfelinin ümumi həcmi 37,63 milyard ABŞ dolları (ötən il 35,806 milyard dollar) və ya ümumi aktivlərin təxminən 100 faizini təşkil edib. Beləliklə, fondun investisiya portfelinin 3,4 faizi həcmində sərmayə qızıla, 5,8 faizi daşınmaz əmlaka, 14,2 faizi səhmlərə, 76,6 faizi isə istiqrazlar və digər pul bazarı alətlərinə qoyulub.

Görünən odur ki, vəsaitin çoxu istiqrazlar və digər pul bazarı alətlərinə qoyulub. Ancaq reallıq ondan ibarətdir ki, Neft Fondu sözügedən məsələdə düşünülmüş strategiya həyata keçirir və balanslaşdırılmış siyasət aparır. Bunun nəticəsidir ki, Azərbaycan ötən illər ərzində hər hansı ciddi iqtisadi itkilərlə üzləşməyib.

Ümumən, Neft Fondunun investisiya portfeli ilə bağlı bu nisbəti ekspertlər necə dəyərləndirirlər?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad elmləri doktoru, professor Fikrət Yusifov buna bir neçə kontekstdən yanaşdı: “Dövlət Neft Fondunun vəsaitləri Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli, 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında qaydalar”a əsasən idarə olunur. Qaydalar Neft Fondunun valyuta vəsaitinin təhlükəsiz saxlanması və onların səmərəli idarə edilməsi üçün zəruri olan bütün məsələləri özündə əks etdirir. Burada başlıca məqsəd vəsaitlərin idarə olunmasında səmərəlilik prinsiplərinə əməl etmək və risqlərdən maksimum sığortalanmaqdan ibarətdir. Bu səbəbdən də Neft Fondu vəsaitləri yerləşdirərkən, mövcud qaydaların tələblərinə uyğun olaraq, onların mümkün qədər şaxələndirilməsini təmin edir. Dünya iqtisadi və maliyyə müstəvisində baş verən bəzi proseslərin məntiqi inkişaf prinsiplərindən kəskin fərqləndiyi indiki dönəmdə vəsaitlərin bu qaydada idarə edilməsi ən səmərəli yoldur. Hesab edirəm ki, bu, Azərbaycan iqtisadiyyatı üçün məqsədəuyğundur. Eyni zamanda, ölkə iqtisadiyyatının maraqlarına uyğundur”.

Vidadi ORDAHALLI 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ