Bazar günü günü, 18 oktyabr 2026
     

Vüqar Rəhimzadə “Cənub Qaz Dəhlizi”ni dünya enerji xəritəsinin “şah damarı” adlandırdı - Vüqar Rəhimzadə

Image


“Azərbaycan bu gün regionda lider dövlət kimi qlobal layihələrin əsas təşəbbüskarı və iştirakçısı qismində çıxış edir. Bu mənada enerji layihələrini xüsusi olaraq qeyd etmək gərəkdir. 1994-cü il sentyabrın 20-də təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan “Əsrin müqaviləsi” Azərbaycanın maliyyə imkanlarının daha da artması, ümumilikdə gələcək inkişafı üçün böyük imkanlar açdı. Bu layihənin nəticəsi olaraq Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərləri tikilib istifadəyə verildi. Bununla da ölkəmiz şaxələndirmə siyasətini uğurla həyata keçirərək, öz enerji resurslarının ixracı sahəsində geniş imkanlar qazandı.” Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanması müasir Azərbaycan tarixinin əsas məqamlarından birini təşkil edir: “Məhz “Əsrin müqaviləsi” XX əsrin 90-cı illərinin əvvəllərində çox ağır günlərini yaşayan, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə dayanan ölkəmizin gələcəyinə işıq saldı. Bundan sonra uzun illər bu sənədin icrası nəticəsində ölkəmiz siyasi və iqtisadi cəhətdən gücləndi, qüdrətləndi. Tam mübaliğəsiz deyə bilərik ki, bu gün müstəqil Azərbaycan “Əsrin müqaviləsi”nin uğurlarını yaşayır və keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Müəllifi ümummilli liderimiz Heydər Əliyev olan yeni neft strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə iqtisadiyyatın neft-qaz sektoru daha da inkişaf edib, böyük uğurlar qazanılıb. Bu uğurlardan ən önəmlisi Trans-Anadolu qaz boru kəməridir (TANAP) desək, yanılmarıq. Məhz 2012-ci ildə Türkiyə və Azərbaycan TANAP-ın tikintisi ilə bağlı razılığa gəldi. Bəli, TANAP layihəsi də tarixi bir hadisədir. Bu kəmərin tikintisi ilə bağlı razılığın əldə olunmasından sonra XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi”nin konturları göründü. Qeyd edək ki, TANAP-ın tikintisi atrıq tarixi zərurətə çevrilmişdi. Çünki ölkəmiz 1,2 trilyon kubmetr təbii qaz ehtiyatına malik “Şahdəniz” yatağından hasil ediləcək qazın Avropa bazarına ötürülməsini təmin etməli idi. Nəhayət, 2015-ci ildə Türkiyədə “Cənub Qaz Dəhlizi”nin mühüm seqmenti olan TANAP-ın əsası qoyuldu, Azərbaycan və Türkiyənin enerji sahəsində əməkdaşlığı daha da genişləndi və möhkəmləndi.”

Baş redaktor bildirib ki, bir vaxtlar “Əsrin müqaviləsi” çoxlarına əfsanə kimi görünsə də reallığa çevrildi və Azərbaycanın nə qədər güclü, təşəbbüskar ölkə olduğu bir daha bütün dünyaya bəlli oldu: “Qeyd etdiyimiz kimi, XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi” haqqında da ilk vaxtlar sadəcə fikir, layihə olaraq danışılırdı. Lakin 2014-cü ildə bir daha ölkəmiz öz qətiyyətini, təşəbbüskarlığını, gücünü ortaya qoydu. Məhz “Əsrin müqaviləsi”nin 20-ci ildönümü ərəfəsində bu meqalayihənin əsası qoyuldu. Təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev, xarici ölkələrin dövlət və hökumət başçıları, digər qonaqlar “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətindən danışdılar, ölkəmizin qlobal layihələrin, o cümlədən böyük enerji projelərinin əsas iştirakçısı və təşəbbüskarı olduğunu vurğuladılar. Qarşıya çıxan əngəllərə, maneələrə baxmayaraq, dövlətimizin başçısının qətiyyəti sayəsində imzalar atıldı, region və ümumilikdə Avropa üçün böyük önəm daşıyan bir layihənin əsası qoyuldu.

Bununla yanaşı, ötən il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Bununla da “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin müddəti 2050-ci ilə qədər uzadıldı. Xüsusi vurğulamaq lazımdır ki, bu sazişin ölkəmizin gələcək inkişafında və maliyyə imkanlarının genişləndirilməsində çox böyük payı var.”

V.Rəhimzadə bildirib ki, xeyli müddət idi ki, Avropa alternativ enerji mənbələri axtarışında idi: “Bu mənada “qoca qitə” üçün “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyəti böyükdür. Çünki Avropaya alternativ mənbə ilə yanaşı, ən əsası etibarlı mənbə və tərəfdaş lazımdır. Sözsüz ki, Azərbaycan bu sırada ən uğurlu nümunədir. Ona görə də “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa üçün də nə qədər əhəmiyyətli olduğunu başa düşmək çətin deyil. Zaman keçdikcə bu sahədə işlər daha da sürətləndirildi, güclü iradə ortaya qoyuldu. Nəticədə “Cənub Qaz Dəhlizi”nin son seqmenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı razılığa gəlindi. 2013-cü ilin fevral ayında TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında Hökumətlərarası Saziş imzalandı. TAP-ın təməlqoyma mərasimi isə 17 may 2016-cı ildə keçirildi. Uzunluğu 878 km olacaq kəmərin 2020-ci ildə fəaliyyətə başlaması gözlənilir. Bu gün kəmərin tikintisi sürətlə və uğurla həyata keçirilir.”

“İki sahil” qəzetinin baş redaktoru 2014-cü ildə “Əsrin müqaviləsi”nin 20-ci ildönümü və “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulması münasibətilə keçirilən təntənəli mərasimdə Prezidentin dəyərli fikirlərini xatırladıb: “Bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır. Sadəcə olaraq, biz birgə səylərlə “Cənub Qaz Dəhlizi”nin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik.” Budur, güclü, qüdrətli Azərbaycan Prezindent İlham Əliyevin qətiyyəti sayəsində “Cənub Qaz Dəhlizi”ni reallaşdırmağı bacardı. 4 il öncə Səngəçal terminalında təməli qoyulan “Cənub Qaz Dəhlizi” layihəsinin bir neçə gün öncə, 2018-ci il may ayının 29-da məhz elə eyni məkanda təntənəli açılış mərasimi keçirildi. Bu möhtəşəm tədbirdə iştirak edən nüfuzlu xarici qonaqlar, dövlət və hökumət başçılarının orada səsləndirilən təbrikləri Azərbaycana, ölkəmizin irəli sürdüyü təşəbbüslərə böyük dəstəyin ifadəsi idi. Prezident İlham Əliyev mərasimdə çıxışı zamanı haqlı olaraq bildirdi ki, “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı onu göstərir ki, Azərbaycan qarşıya qoyulan bütün hədəflərə çatdı və ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır: “Azərbaycan qazı yeni mənbədir və “Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir.” Möhtərəm Prezidentimizin bu dəyərli fikirlərinə uyğun olaraq vurğulamaq istəyirəm ki, “Cənub Qaz Dəhlizi” dünya enerji xəritəsinin şah damarıdır.”

V.Rəhimzadə onu da qeyd edib ki, iyun ayında daha mühüm bir hadisə baş verəcək, “Cənub Qaz Dəhlizi” layihəsinin əsas seqmentlərindən biri olan TANAP-ın açılış mərasimi keçiriləcək. Bununla da ölkəmizin ixrac imkanları artacaq, beynəlxalq mövqeyi daha da güclənəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ