Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini aşağı salıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında deyib.
E.Rüstəmov qeyd edib ki, uçot dərəcəsi 13 faizdən 11 faizə endirilib.
Bununla belə, AMB sədri 2018-ci il ərzində uçot dərəcəsinin növbət dəfə azaldılacağını istisna etməyib.
Onun sözlərinə görə, cari müsbət tendensiyanın saxlanması ilə uçot dərəcəsi birrəqəmli səviyyəyədək enə bilər.