Hazırda Azərbaycan manatının devalvasiyası üçün heç bir fundamental səbəb yoxdur. Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mətbuat konfransında deyib.
O qeyd edib ki, artıq təqribən bir ildir ki manatın ABŞ dollarına nisbətdə məzənnəsi sabit vəziyyətdə qalıb: "Manatın məzənnəsinin dəyişməsi ilə bağlı gözləntilər həm əhali, həm də real sektorun iştirakçıları arasında azalıb".