çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Bakı Şopinq Festivalının Azərbaycana turist axınına təsiri barədə maraqlı beynəlxalq rəy…

Image


Bakı Şopinq Festivalı Azərbaycana turist axınına səbəb ola bilər. Trend-in məlumatına görə, bunu Bakı Şopinq Festivalının rəsmi saytına (www.bakushopfest.com) müsahibəsində beynəlxalq media təlimçisi və məsləhətçi Den Meyson deyib.

O bildirib ki, Azərbaycanın milli valyutası olan manatın hazırki məzənnəsi ölkədə əcnəbilər üçün yaxşı şərait yaradır: "Əvvəlki illərdən fərqli olaraq, Azərbaycana səyahət vizası əldə etmək indi daha asandır. Bakı istirahət etmək üçün möhtəşəm şəhərdir. Şəhər həm də təhlükəsizdir. Bu isə çox mühümdür. Bakı Şopinq Festivalı getdikcə böyüyür, festival çərçivəsində həvəsləndirici tədbirlər, o cümlədən “Tax Free” kampaniyası keçirilir. Festival doğru istiqamətdə yol alıb”.

D.Meyson qeyd edib ki, bu möhtəşəm tədbiri mətbuat və sosial media kanalları vasitəsilə dünyaya çatdırmaq lazımdır.

Şopinq Festivalının Azərbaycan üçün əhəmiyyətindən danışan təlimçi qeyd edib ki, festival çərçivəsində Azərbaycanı hərtərəfli dünyaya tanıtmaq vacibdir: “Pərakəndə satış iqtisadiyyata təkan verən mühüm faktordur. Ölkəyə xaricdən nə qədər çox nağd pul vəsaiti daxil olarsa, pərakəndə satışla məşğul olan sahibkarlar üçün də bir o qədər stimul və şərait yaranar. İstərdim ki, festivalda yalnız mağazalar deyil, Azərbaycana xas bütün ən yaxşı xüsusiyyətlər nümayiş olunsun. Məsələn, mən bu il Bakıda keçirilən “Formula 1” yarışlarında nümayiş olunan sənətkarlıq və mədəniyyət nümunələri, o cümlədən Azərbaycan yeməklərindən çox zövq aldım. Niyə bu festivaldan Azərbaycanın özünəxas incəsənəti, sənətkarlığı və regional mətbəxini təbliğ etmək üçün istifadə olunmasın? Çünki festival Azərbaycanı daha yaxşı tanıtmaq üçün əsl fürsətdir – bura ənənə və müasirliyin bir-birinə qovuşduğu ölkədir”.

D.Meyson əlavə edib ki, Şopinq Festivalının keçirilməsi üçün Bakı uğurlu seçimdir: “Mən Dubay, o cümlədən dünyanın bir çox yerlərində keçirilən şopinq festivallarında iştirak etmişəm. Şübhəsiz, belə festivallar keçirildiyi şəhərdə hər zaman əks-səda yaradır. Səyahət etmək getdikcə asanlaşır, buna görə də dinamik şəhərlər turist cəlb etmək üçün yalnız bir səbəblə kifayətlənmək istəmirlər. Bu baxımdan şopinq festivalları ölkəyə beynəlxalq səyahət bazarının daha çox inkişaf etmiş seqmentlərini cəlb etmək üçün ən mükəmməl vasitədir. Bu, həm də şəhərlər arasında rəqabətin artması deməkdir. Xəritədə Bakıya baxsaq, şəhərin həm şərq, həm də qərb ticarət yolunun kəsişməsində yerləşdiyini görə bilərik. Turistlərin cəlbi üçün Bakı mükəmməl coğrafi mövqeyə malikdir. Bütün bunlar şopinq festivalı üçün əsasdır”.

Şopinq festivalları Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərəcək

Krinisa şəhərində keçirilən Krinisa İqtisadi Forumunun Proqram Şurasının sədri, forumun ilk təsisçilərindən biri Ziqmunt Berdıçovski əmindir ki, Bakı Şopinq Festival (Baku Shopping Festival) birmənalı olaraq, Azərbaycana turist səfərlərinin artmasına səbəb olacaq. "APA-Economics"in xəbərinə görə, bakushopfest.com saytına müsahibəsində cənab Berdıçovski qeyd edib ki, bu festival sayəsində turist artımı təkcə Azərbaycanda yox, qonşu Gürcüstanda da hiss olunacaq.

Z.Berdıçovski festivalın kiçik və orta sahibkarlığın da inkişafına müsbət təsir göstərəcəyini qeyd edib: “Məhz bu sahələr ölkədəki iqtisadi artımın əsasını təşkil etməli və ümummilli gəlirin formalaşmasında vacib rol oynamalıdırlar”.

Cənab Berdıçovski etiraf edir ki, bu layihənin tam effektli olması üçün zamana ehtiyac var. Misal olaraq, o, hazırda rəhbərlik etdiyi Krinisa İqtisadi Forumunun tarixini göstərib: “1991-ci ildə mən Krinisa İqtisadi Forumunu yaradanda forum cəmi 100 nəfəri toplaya bilirdi. İndi isə forumu dünyanın ən müxtəlif  bölgələrindən 4500-ə yaxın iştirakçı ziyarət edir". Amma o, əmindir ki, Bakı Şopinq Festivalının inkişaf etməsi üçün Krinisa forumundan daha az vaxt tələb olunur. İndiyədək Bakıda “Avroviziya” və “Formula-1” kimi mötəbər yarışların yüksək səviyyədə təşkil edildiyini deyən Z.Berdıçovski Azərbaycanı regionda sürətlə inkişaf edən ölkə adlandırıb: ”Bununla yanaşı Azərbaycan başqa mədəniyyətlər, xalqlar, konfessiyalar üçün də açıq, tolerant ölkədir. Bu ölkədə istənilən şəxs özünü təhlükəsizlikdə hiss edir”.

Xatırladaq ki, cənab Berdıçovskinin təsisçisi olduğu Polşanın Krinisa şəhərində keçirilən Krinisa İqtisadi Forumu Davosdan sonra  Avropanın ən böyük iqtisadi forumlarından biri hesab edilir. İştirakçılar arasında bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq transmilli şirkətlərin rəhbərləri və menecerləri, beynəlxalq aləmdə tanınmış biznesmenlər və ictimai xadimlər olur.

Qeyd edək ki, ilk Bakı Şopinq Festivalı bu ilin 10 aprel – 10 may tarixlərində keçirilib. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ