çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

İkinci Bakı Şopinq Festivalından böyük faydalar gözlənir...

Image


Könül Nuriyeva: “Yerli brend mağazaların Şopinq Festivalına qoşulması kiçik sahibkarların gəlirini artıracaq”
Eyyub Qarabağlı : “İkinci Şopinq Festivalının aprel ayında keçirilən festivaldan fərqli cəhəti odur ki, insanların alış-veriş dərəcəsi artıq yüksələcək”
Azər Əliyev: “Bir neçə gündən sonra keçiriləcək Şopinq Festivalının fərqli cəhəti burada bəzi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir”

 

Bakıda keçiriləcək ikinci Şopinq Festivalına sayılı günlər qalıb. Budəfəki festivala 400-dən artıq ticarət obyekti qoşulacaq. Birinci festivalda tərəfdaş qismində çıxış edən müəssisələrin sayı 33 idisə, indi həmin say 111-dir. Bu da üç dəfə artım deməkdir. 

Bəllidir ki, ötən il paytaxt ərazisində keçirilən Şopinq Festivalında ƏDV-ni cəmi 72 şirkət qaytarıb. İndi isə 467 müəssisənin əlavə dəyər vergisini qaytarması nəzərdə tutulur. Festivala ümumilikdə 578 müəssisə qatılacaq.

Noyabrın 15-dək davam edəcək festival çərçivəsində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən mağazalardan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər.

Budəfəki festivalda bir çox yeniliklər gözlənir. Festival çərçivəsində xüsusi mükafatlar təsis ediləcək. Bu da alış-verişin əhəmiyyətini artıracaq. İlk dəfə olaraq supermarketlər də festivala qoşulmağa qərar veriblər. Amma endirimlər qida məhsullarına şamil edilməyəcək. Bundan əlavə, bir sıra apteklər də festivalda iştirak edəcək. Növbəti ildə turistlər üçün xüsusi imtiyaz kartının tətbiq olunması gözlənir.

Ekspertlər bildirirlər, ikinci Şopinq Festivalının keçirilməsi turizm sektoruna deyil, eyni zamanda, ölkə iqtisadiyyatına da müsbət təsir edəcək.

İqtisadçı-ekspert Könül Nuriyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bir sıra ölkələrdə şopinq festivalları keçirilir. Bu cür festivalların keçirilməsi ilk növbədə ölkənin tanıdılmasında mühüm rol oynayır.  Həmçinin, turistlərin cəlb olunması baxımından olduqca vacibdir: “Bəllidir ki, hazırkı şəraitdə neft gəlirləri azalıb. Belə olan şəraitdə turizm sahəsinin qeyri-neft sektorunda əhəmiyyəti daha çoxdur. “Strateji Yol Xəritəsi”ndə də turizmin inkişafına dair proqram var. Və həmin proqramda şopinq festivallarından danışılır”. Həmsöhbətimizin sözlərinə görə, artıq ikinci dəfədir paytaxt Bakl Şopinq Festivalına evsahibliyi edəcək: “Ötən il keçirilən festival bir çox elementləri ilə yadda qaldı. Onu da unutmaq lazım deyil ki, ilk dəfə keçirilən festivalda, təbii ki, nöqsanlar olacaq. Ancaq bu il həmin nöqsanların aradan qaldırılması üçün bütün tədbirlər görülüb. Daha mükəmməl və təcrübəli şəkildə Şopinq Festivalı bir ay müddətində keçiriləcək.

Yerli brend mağazaların da Şopinq Festivalına qoşulması sevindiricidir. Sahibkarlar rahat şəkildə öz brendlərini təqdim edəcəklər və onların gəlirlərində artım müşahidə oluna bilər”.      

K.Nuriyeva onu da bildirdi ki, festivalın keçirilməsində əsas məqsəd ölkəyə daha çox turist cəlb etməkdir. Kütləvi turizm inkişaf etdikcə, ölkəyə daha çox valyuta axını cəlb olunur. Təşkil olunan Şopinq Festival Qafqazda və Orta Asiyada ilk dəfə Azərbaycanda keçirilib. Yəni belə demək olarsa, təcrübə ilk dəfə Azərbaycanda sınaqdan keçirilir. Bu isə nəinki Qafqaz ölkələri, hətta fars körfəzi ölkələrində də ölkəmizə marağın yaranmasına gətirib çıxardı. Birinci dəfə keçirilən Şopinq Festivalda bunun şahidi olduq: “Dünya Turizm Təşkilatı öz saytında dünyada keçirilən bu festivalların ölkənin turizm gəlirlərini 30 faizə qədər artıra biləcəyini qeyd edir. Təşkilat, həmçinin, sözügedən ölkələrin problemləri və inkişaf perspektivləri ilə də maraqlanır. Bu mənada hesab edirəm ki, belə bir festivalın ölkəmizdə keçirilməsi yüksək qiymətləndirilməlidir. Əgər bunu yaxşı təşkil edə bilsək, daha çox gəlir əldə etmiş olarıq.

Biz bu il Şopinq Festivalında daha yüksək nəticə gözləyirik. Ötən ilin təcrübəsindən yararlanıb daha yüksək nəticə əldə edə bilərik. Şopinq Festivalı ilə bağlı gələn turistlərin bizdən razı qalması üçün elə bir sistem təşkil etməliyik ki, turistlər məmnum şəkildə geri qayıtsınlar. Onlara keyfiyyətli xidmət göstərilməlidir ki, növbəti illər ərzində də əcnəbilər Azərbaycana gəlsinlər”.

K.Nuriyeva xüsusi olaraq vurğuladı ki, yeni dükanların Şopinq Festivalına qoşulması turizm gəlirinin artmasına səbəb ola bilər.

Marketoloq Eyyub Qarabağlı  qəzetimizə açıqlamasında qeyd etdi ki, Şopinq Festivalının paytaxt ərazisində keçirilməsi ölkə üçün olduqca vacibdir: “Bəllidir ki, bir sıra dünya ölkələrində bu cür festivallar keçirilir. Türkiyə və digər ölkələrdə də şopinq festivalları keçirilir. Şopinq festivallarının əsas məğzi alış-veriş sevənlərin bu festivaldan yararlanmasıdır. İkinci Şopinq Festivalının aprel ayında keçirilən festivaldan fərqli cəhəti odur ki, insanların alış-veriş dərəcəsi artıq yüksələcək. Həmçinin, bu tipli şopinq festivalları və ya beynəlxalq əhəmiyyətli tədbirlər ölkə iqtisadiyyatına müsbət təsir edəcək”.

Turizm sahəsiz üzrə ekspert Azər Əliyev bizimlə söhbətində bildirdi ki, bir çox ölkələrdə şopinq festivalları keçirilir. Bu cür tədbirlər şopinq həvəskarlarının Azərbaycana gəlməsinə səbəb olur. Hər bir ölkədə keçirilən bu tip festivallar ölkənin tanıdılması baxımından olduqca vacibdir: “Bir neçə gündən sonra keçiriləcək Şopinq Festivalı ötən festivaldan fərqli olacaq. Fərqli cəhət burada bəzi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir. Həmin tədbirlər sayəsində ölkəyə gələcək turistlərin sayı aprel ayında gələnlərdən qat-qat çox olacaq. Biz bunu təxminən 10-15 gündən sonra müşahidə edəcəyik. Festivaldan əldə olunan gəlirin bu il daha artıq olması gözlənir. Çünki bu dəfə festivalda iştirak edən ticarət obyektlərinin sayı daha artıqdır”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ