Bakı-Tbilisi-Qars dəmiryolunun rəsmi açılış mərasimi oktyabrın 30-da Bakıda baş tutacaq. Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
C.Qurbanovun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu ilə sərnişin daşımalarına isə 2018-ci ildən başlanacaq.