çərşənbə günü, 21 oktyabr 2026
     

Azərbaycanın dünyada rəqabətə dözümlülük üzrə yeni rekorduna ciddi arqumentlərlə izah verilir..

Image


Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması ölkəmizin daim sürətli inkişafda olmasından xəbər verir. Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan bütün sahələrdə inkişaf etməkdə davam edir və bu Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir: "Azərbaycan son 15 ildə çox sürətli inkişafa malikdir və bunu beynəlxalq təşkilatlar da görür. Artıq Azərbaycan dünyada bütün istiqamətlərdə inkişaf edən dövlət kimi tanınır. Azərbaycan iqtisadiyyatı təkcə neft-qazdan asılı deyil, şaxələnmiş iqtisadiyyat proqramı uğurla yerinə yetirilir. Bu hesabat Azərbaycanı istəməyən qüvvələrə növbəti cavabdır. Onlar bir daha dərk edirlər ki, Azərbaycan beynəlxalq hesabatlarda ön sıralara keçir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi artıq beynəlxalq təşkilatların, nüfuzlu qurumların diqqət mərkəzindədir. Azərbaycan bu uğurlarını getdikcə daha da yüksəldəcək. Çünki Azərbaycan Prezidentinin apardığı siyasət doğrudur və Azərbaycan xalqı da bunu dəstəkləyir, nəticə də göz qabağındadır. Bir həqiqət var ki, iqtisadiyyatı güclü olan dövlətin müdafiəsi də, ordusu da güclü olur. Biz son məqsədimizə çatmaq üçün iqtisadiyyatımızı, stabilliyimizi qoruyub ərazi bütövlüyümüzü təmin edəcəyik".

“Azərbaycan qısa zaman kəsimində daha böyük uğurlara imza atmaq gücündədir”

“Azərbaycanın beynəlxalq siyasi-iqtisadi aləmdəki yerinin möhkəmləndirilməsi əsasında dayanan mühüm faktor ilk növbədə ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir”. Bunu isə siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, sözügedən hesabatda Azərbaycanın mövqeyinin daha iki pillə artması, yəni 35-ci yerə qərarlaşması, MDB ölkələri arasında lider olması, həmçinin G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələri də geridə qoyması qeyd edilən fikirləri kifayət qədər təsdiq etmiş olur: “Əlbəttə, əgər nəzərə alsaq ki, dünya bazarında neftin qiymətinin aşağı olduğu dövrdə ölkəmizin rəqabətədavamlılığı yüksəlib və nüfuzlu qurum hesab edilən Dünya İqtisadi Forumu tərəfindən qiymətləndirilib, bu zaman əminliklə deyə bilərik ki, Azərbaycan qısa zaman kəsimində daha böyük uğurlara imza atmaq gücündədir”.

“Ölkəmiz bu uğurları yalnız post-neft dövründə əldə etməyib”, - deyə qeyd edən B.Quliyev hesab edir ki, əldə edilən nailiyyətlərin digər əsas faktoru qeyri-neft sektorunun inkişafına aid edilə bilər:

“Yəni ölkəmizin dünya iqtisadiyyatı fonundakı yüksəlişi, rəqabətədavamlığı və rəqabətqabiliyyəti ölkə Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafı fonunda reallaşdırdığı islahatları ilə də əlaqələndirilməlidir. Burada isə yalnız beynəlxalq layihələrin deyil, eyni zamanda ölkədaxili layihələrin həyata keçirilməsi sözügedən amili ehtiva edir. Misal üçün, beynəlxalq layihələr çərçivəsində TAP, TANAP, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, İpək Yolu və s. layihələrlə yanaşı, ölkədaxili iqtisadiyyatımızın inkişafı məqsədilə imzalanan əhəmiyyətli sərəncamların hər biri bilavasitə Azərbaycanın iqtisadi reytinqdəki yüksəlişini təmin edir. Məhz sonuncu hesabat da bu gerçəklikləri sübuta yetirmiş olur. O cümlədən, bu yaxınlarda imzalanmış yeni “Əsrin müqaviləsi” hesabatda irəliləməmizə təkan verən faktorlardandır. Xüsusilə, Prezident İlham Əliyevin 2016-cı il dekabrın 6-da təsdiqlədiyi Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri də sübut edir ki, aparılan sistemli iqtisadi siyasət kursu öz bəhrələrini verməkdədir”.

“Ümumiyyətlə, Azərbaycan bir çox önəmli layihələrdə həm təşəbbüskar, həm də iştirakçı rolunu oynamaqla istər xarici sərmayələrin cəlb edilməsində, istərsə də özünün sərmayələr yatırması baxımından aparıcı ölkələr sırasında yer almaqdadır”, - deyə qeyd edən siyasi ekspertin fikrincə, dünyanın bir çox aparıcı şirkət və konsernləri, nüfuzlu korporasiyalar ilk növbədə iş qurmaq istədikləri ölkələrin növqeləri ilə maraqlandırlar. Azərbaycan isə ən münbit və ən etibarlı tərəfdaş olaraq daim aparıcı layihələrin iştirakçısı yerini tutur.

B.Quliyev əldə edilən iqtisadi nailiyyətlərin bilavasitə Azərbaycan xalqının rifahına doğru atılmış mütərəqqi addım olduğunu qeyd edib: “Əbəs deyil ki, cənab Prezident bütün çıxışlarında əsas olaraq, insan faktorunu diqqətdə saxladığını vurğulayır. Çünki dövlətin əsas marağı Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına hesablanıb. Əlbəttə, xalqın hakimiyyətə verdiyi dəstək də bu konteksti əhatə etdir və xalq-hakimiyyət birliyi Azərbaycanın dünyanın siyasi-iqtisadi arenasında əldə etdiyi uğurları daha da artırmış olur".

“Azərbaycanın beynəlxalq reytinqlərdə irəliləməsi ölkəmizdə aparılan uğurlu islahatların göstəricisidir”

“Azərbaycanın beynəlxalq reytinqlərdə irəliləməsi ölkəmizdə həyata keçirilən uğurlu islahatların göstəricisidir” - deyən. YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə qeyd edib ki, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmizin reytinqdə daha iki pilləyə yüksələrək 35-ci yerdə qərarlaşması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir: "Göründüyü kimi, Azərbaycanın sürətli inkişafı təkcə ölkə daxilində deyil, xaricdə də maraqla izlənilir və beynəlxalq hesabatlarda öz əksini tapır”.

O əlavə edib ki, hesabatda bir sıra mühüm məqamlar xüsusi olaraq diqqət çəkir: “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda qeyd edildiyi kimi, ölkəmiz dünya dövlətlərinin hər dördündən üçünü geridə qoyub, həmçinin MDB məkanında öz liderliyini qoruyub. Ən əsası isə G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi dövlətlər belə iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə ölkəmizdən geridə qalırlar. Hesab edirəm ki, bu faktlar son illər Azərbaycan həyata keçirilən uğurlu islahatların göstəricisidir”.

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, bu gün Azərbaycan regionun ən güclü dövlətidir: “Hər bir ölkənin gücü onun hərbi potensialı, iqtisadi imkanları, siyasi çəkisi və s. ilə ölçülür. Əminliklə deyə bilərik ki, qlobal layihələrin əsas iştirakçısı və təşəbbüskarı olan Azərbaycan böyük iqtisadi imkanlara malik olmaqla yanaşı, eyni zamanda beynəlxalq aləmdə etibarlı əməkdaş, böyük dövlətlər üçün isə strateji tərəfdaşdır. Ən müasir hərbi texnika və texnologiyalarla təchiz edilmiş Milli Ordumuzun gücü isə ölkəmizin nə qədər böyük hərbi potensiala maik olmasından xəbər verir. “Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda qeyd edilir ki, rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb. Bu göstəricilər, qeyd etdiyim kimi, Azərbaycanın regionun ən güclü dövləti olması faktını bir daha təqdiqləyir”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, son illər ölkəmizdə böyük islahatlar həyata keçirilir: “Sözsüz ki, bu islahatlar həyatın bütün sahələrini əhatə edir. Ancaq iqtisadiyyat sahəsindəki islahatları xüsusilə qeyd etmək lazımdır. Neft-qaz sənayesinin sürətli inkişafı, xüsusilə qeyri-neft sektorunda böyük artımların müşahidə edilməsi möhtərəm Prezidentimizin uğurlu siyasətinin sadəcə bir hissəsidir. Milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi, sənaye məhəllələrinin yaradılması, eyni zamanda kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə həyata keçirilən tədbirlər, sahibkarlığın inkişafına göstərilən diqqət və s. Azərbaycanın inkişafına mühüm töhfələrdir. Bu gün dünyada iqtisadi böhranın hökm sürdüyü bir vaxtda ölkəmizdə iqtisadi artımın müşahidə edilməsi və bu inkişafın beynəlxalq reytinqlərdə öz əksini tapması dövlətimizin başçısı cənab İlham Əliyevin gələcəyə hesablanmış məqsədyönlü siyasətinin göstəricisidir”.

V.Rəhimzadə onu da bildirib ki, hesabatda ayrı-ayrı sahələr üzrə əksini tapan məqamlar Azərbaycanın artıq inkişaf etmiş ölkələr sırasına yüksəldiyini göstərir: “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda infrastruktur kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Əmək bazarının səmərəliliyi kateqoriyasında “istedadların səmərəli istifadəsi” göstəricisinə görə Azərbaycan dünyada 17-ci pillədə qərarlaşıb. Bu göstəriciyə görə ölkəmiz İsrail, İrlandiya, Belçika, Avstriya və Estoniya kimi rəqiblərini üstələyib. Əmtəə bazarının səmərəliliyi indikatorunda Azərbaycan rəqabət elementi üzrə 32-ci, tələbin keyfiyyət şərtinə görə isə 31-ci yerdə gəlir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən kompleks tədbirlər, uğurlu islahatlar Azərbaycanın iqtisadi imkanlarının daha da artmasına, beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir”.

“Azərbaycanın inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir”

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Azərbaycanın inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması bir daha göstərir ki, ölkəmizin inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

Millət vəkili qeyd edib ki, Azərbaycanın MDB-də liderliyini qoruması, İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələri də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə qabaqlaması sübut edir ki, respublikamız rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkəyə çevrilib:

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi islahatların nəticəsində iqtisadiyyat liberallaşdırılır, şaxələndirilir. Bunun nəticəsi olaraq, kiçik və orta sahibkarlıq inkişaf edir, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisi getdikcə artır, ölkə iqtisadiyyatına daha çox daxili və xarici sərmayələrin cəlb edilməsi üçün əlavə imkanlar yaradılır".

S.Vəliyeva əmin olduğunu deyib ki, Azərbaycan bundan sonra da dinamik inkişafını davam etdirərək, beynəlxalq hesabatlarda irəliləyəcək.

“Prezident İlham Əliyevin iqtisadi islahatlar siyasəti Azərbaycanın mövqeyini beynəlxalq reytinq cədvəlində möhkəmləndirib”

“Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə 37-ci yerdən 35-ci pilləyə yüksəlməsi alqışlanası nəticədir”. Bunu millət vəkili Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, bu hesabatda bir sıra böyük dövlətlər də Azərbaycandan geri qalıb: "Məsələn Rusiya bu hesabatda 38-ci, Türkiyə 53-cü, İran 69-cu mövqedə qərarlaşaraq Azərbaycandan geridədir. Gürcüstan 67-ci, Ermənistan isə bu hesabatda 73-cü yerdədir. Yəni bunlar hamısı onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş iqtisadi islahatlar siyasəti Azərbaycanın mövqeyini beynəlxalq reytinq cədvəlində kifayət qədər möhkəmləndirib".

E.Nəsirovun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, onun rəqabət qabiliyyətinin gücləndirilməsi, idxaldan asılılığın zəiflədilməsi, sahibkarlığın inkişafına dəstək, qeyri-neft sektorunun inkişafı ilə bağlı yeridilən siyasət artıq öz bəhrəsini verməkdədir:

"İki il əvvəl həmin hesabatda Azərbaycan 40-cı yerdə idi, ötən il bu rəqəm 37 oldu, bu il isə artıq 35-ci yerdəyik. Bu onu göstərir ki, Azərbaycan iqtisadi inkişafda sürətlə irəliləyir. Prezidentin məqsədi ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş dövlətlər sırasında olsun".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ