çərşənbə günü, 21 oktyabr 2026
     

Vergilər Nazirliyinin departament direktoru insan resurslarının inkişaf strategiyasının hədəfləri ilə bağlı iddialı gözləntilər ortaya qoydu

Image


Vergilər Nazirliyi insan resurslarının təkmilləşdirilməsi, peşəkar kadr hazırlığının daha yüksək səviyyəyə qaldırılması məsələsinə xüsusi diqqətlə yanaşır. 2017-ci ildə də bu məsələ milli vergi sistemində prioritet fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktoru Faiq Şahbazovun müsahibəsinin başlıca mövzusunu bu istiqamətlərin işıqlandırılması təşkil edir.

- Faiq müəllim, Vergilər Nazirliyinin insan resurslarının idarə edilməsi sahəsində həyata keçirdiyi siyasət indi daha çox aktuallaşıb. Bu nə ilə bağlıdır?

- Müasir dövrdə hər bir ölkənin vergi inzibatçılığının səmərəli təşkili inzibatçılığın müxtəlif sahələrində informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinə və müasir idarəetmə üsulla­rı­na əsaslanan bilik menecmentinin tətbiqini zəruri edir. Azərbaycan iqtisadiyyatının yeni inkişaf istiqamətləri, biliklərə əsaslanan mü­asir iqtisadiyyatın qurulması vergi xidməti qarşısında da yeni vəzifələr müəyyən edir və onların sırasına müasir korporativ idarəetmə sisteminin qurulması da daxildir. Bu baxımdan, Vergilər Nazirliyinın apardığı  islahatların bir qismi müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artırılmasına yönəldilib.

Vergi orqanlarının fəaliyyəti günün tələblərinə uyğun olaraq durmadan yenilənir, təkmilləşdirilir. Bu isə həmin yenilikləri, dəyişiklikləri icra edəcək resursların, xüsusən insan resurslarının inkişafını tələb edir. Bu inkişafın sistemli, planlı və ardıcıl şəkildə təşkil edilməsi məqsədilə vergilər nazirinin 15 avqust 2017-ci il tarixli əmri ilə “2017-2019-cu illərdə Azərbaycan Respublikasının dövlət vergi orqanlarında insan resurslarının inkişaf Strategiyası” təsdiq edilib. Strategiya hazırlanarkən insan resurslarının idarə edilməsi sahəsində vergi orqanlarının təcrübəsi, ümumi dövlət qulluğunda hazırda gedən proseslər, qabaqcıl beynəlxalq təcrübə (xüsusilə 2014-2016-cı illərdə Avropa İttifaqının “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində öyrənilmiş praktikalar) nəzərə alınıb.

- “2017-2019-cu illərdə Azərbaycan Respublikasının dövlət vergi orqanlarında insan resurslarının inkişaf Strategiyası”nın əsas missiyası nədən ibarətdir?

- Təbii ki, hər hansı təşkilatın istənilən sahə üzrə qəbul edilən strategiyasının başlıca bir missiyası var. Bu, təşkilatın qarşısında duran məqsədlərə yüksək səviyyədə nail olmaqdır. Vergi orqanlarında insan resurslarının inkişaf strategiyası potensiallı kadrları vergi orqanlarına cəlb etmək və saxlamaq, kadrların bilik və bacarıqlarından təyinatı üzrə və məqsədyönlü şəkildə istifadə etmək yolu ilə vergi orqanlarının fəaliyyətində səmərəliliyin artırılması missiyasını daşıyır.

- Strategiya üzrə hansı tədbirlərin görülməsi planlaşdırılır?

- Strategiyanın Tədbirlər Planında bir çox işlərin görülməsi nəzərə tutulub. Bunların  sırasında prioritet istiqamətlər kimi vergi orqanlarına işə qəbul və vakant vəzifələrin tutulmasının təkmilləşdirilməsi; rəhbər vəzifəli şəxslərin potensialının planlı və sistemli şəkildə artırılması; vəzifələrin qruplaşdırılaraq ümumi standartlarının hazırlanması; əməkdaşların yerdəyişməsi (rotasiya) mexanizminin və qaydalarının təkmilləşdirilməsi; işçilərin peşəkarlığının artırılması tədbirlərinin gücləndirilməsi; fəaliyyətin qiymətləndirilməsinin yeni mexanizminin yaradılması və nəticələrə uyğun motivasiya sisteminin qurulmasını sadalamaq olar. Bunlarla yanaşı, insan resurslarının idarə edilməsi sahəsində mövcud hüquqi aktların təkmilləşdirilməsi və sistemləşdirilməsi, kadr məlumatlarının informasiya sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişafı sahəsində digər qurumlarla əlaqələrin və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, insan resursları ilə iş sahəsində təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi də diqqət mərkəzində olan istiqamətlərdəndir.

- Strategiya hansı dövrü əhatə edir?

- Strategiya üçün nisbətən qısa - iki il yarımlıq müddət müəyyən edilib. Məlum olduğu kimi, dünyada insan resurslarının idarə edilməsi sahəsində yanaşmalar durmadan dəyişir, xüsusən iqtisadi profilli dövlət orqanları qarşısında yeni məqsədlər və hədəflər yaranır. Bu isə insan resurslarının yeni yanaşmalara, məqsəd və çağırışlara uyğunlaşdırılmasını tələb edir. Odur ki, daha uzunmüddətli strategiya özünü doğrultmaya bilərdi. Məhz bütün bunlar nəzərə alınaraq, strategiyanın 2017-2019-cu illəri əhatə etməsi nəzərdə tutulub.

- Strategiyanın icrasının nəticəsindən əsas gözləntilər nədən ibarətdir?

- Gözləntilərimiz çoxdur. İlk növbədə, insan resurslarının idarə edilməsinin kadrların seçimindən başladığını nəzərə alsaq, ayrı-ayrı sahələr üzrə vergi orqanlarının spesifik kadr tələbatlarını müəyyən etmək və kadrların işə qəbulunu, yerdəyişməsini və yüksəlişini bu tələblərə uyğun həyata keçirmək nəzərdə tutulub.

Dünyada proseslər sürətlə gedir, yeni informasiya mənbələri və texnologiyaları yaranır, tendensiyalar durmadan dəyişir. Bu isə əməkdaşların dəyişiklik və yeniliklərlə ayaqlaşması, onların bilik və bacarıqlarının daim təkmilləşdirilməsi zərurətini yaradır. Odur ki, daha bir gözləntimiz də əməkdaşların peşəkarlığının fasiləsiz olaraq artırılmasıdır. Peşəkarlığın artırılması prosesi tədricən könüllü formaya keçməli, əməkdaşlar özünüinkişafda maraqlı olmalıdır. Bunun üçün isə, təbii ki, onların motivasiyası gücləndirilməli, yeni həvəsləndirmə mexanizmləri işlənib hazırlanmalıdır. Qeyd edilənlər strategiyanın icrasının gözlənilən nəticələrindəndir.

İnsan resurslarının idarə edilməsi sahəsində görülən işlərin bir-biri ilə sıx əlaqələndirilməsi, məsələn, işçilərin yuxarı vəzifələrə irəli çəkilməsinin təlim-təhsil prosesləri ilə əlaqəsinin gücləndirilməsi də vacib məqamlardandır.

Yuxarıda qeyd edilən işlər nəticə yönümündə təşkil edilməli, insan resurslarının inkişafına sərf olunan resurslar əldə etdiyimiz nəticələrə adekvat olmalıdır. Odur ki, insan resurslarının inkişafına yatırılan «investisiyanın» yüksək səviyyədə geriyə dönüşünün təmin edilməsi əsas məqsədlərimizdən biridir.

Gördüyünüz kimi, gözləntilərimiz kifayət qədər iddialıdır. Onlar təkcə insan resurslarının idarə edilməsi strukturlarının deyil, eləcə də bütün əməkdaşların, əsasən rəhbər vəzifəli şəxslərin xüsusi səyini və əməkdaşlığını tələb edir. Ümid edir və inanıram ki, qarşıya qoyduğumuz məqsədlərin gerçəkləşdirilməsinə maksimum dərəcədə nail olacağıq. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ