Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsi əməkdaşlarının həyata keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda psixotrop tərkibli dərman preparatlarının dəniz sərhədləri istiqamətində, İrandanAzərbaycana daşınmasının qarşısı alınıb.
DGK-nın Mətbuat xidmətindən “Bakı-Xəbər”ə daxil olan məlumata görə, Azərbaycan Respublikası vətəndaşı Quliyev Rəsul Sabir oğlu hazırda şəxsiyyəti istintaq tərəfindən araşdırılan İran İslam Respublikası vətəndaşı ilə cinayət əla-qəsinə girərək satış məqsədilə İrandan Azərbaycana keçirilərək Astara rayonu ərazisində 2 ədəd kisədə gizlədilmiş 2180 ədəd psixotrop tərkibli “Mydrax” dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Dövlət Gömrük Komitəsi Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.