çərşənbə günü, 21 oktyabr 2026
     

İran və Azərbaycan birgə avtomobilləri beynəlxalq bazarda alıcı tapa biləcəkmi…

Image


Natiq Cəfərli: “Nə Avropa, nə Amerika, nə də ki, Asiya bazarında Azərbaycan istehsalı olan avtomobillərin alıcı tapması, rəqabətə davam gətirməsi real görünmür”

 

Azərbaycanın “AzerMash” və İranın “İran Khodro” şirkəti birgə istehsal etdikləri avtomobilləri Ukrayna, Rusiya və Mərkəzi Asiya bazarlarına tədarük etmək imkanlarını müzakirə edir.  Bunu media nümayəndələrinə açıqlamasında “AzerMash” şirkətinin təsisçisi Emin Axundov deyib.

Məlumat üçün bildirək ki, ötən il iki şirkət arasında Neftçala sənaye zonasında birgə avtomobil zavodunun yaradılması barədə saziş imzalanıb. Layihənin dəyəri 15 milyon dollar qiymətləndirilir.

E.Axundov deyib ki, artıq Ukraynadan bizim avtomobillərin bu ölkəyə tədarük edilməsi ilə bağlı təklif almışıq. Eləcə də Şimali Qafqaz (Rusiya), Tacikistan və Türkmənistandan olan şirkətlərlə bu barədə danışıqlar aparılır. Onun sözlərinə görə, “AzerMash” və “İran Khodro”nun Azərbaycanda istehsal edilən avtomobillərin başqa ölkələrə tədarükü ilə bağlı böyük planları var: “Azərbaycan hökumətinin uğurlu siyasəti sayəsində biz ixrac edə biləcəyimiz məhsul istehsal edə bilirik. Bu, Azərbaycana imkan verəcək ki, İran avtomobillərinin başqa ölkələrə tədarükü üçün hab rolu oynaya bilsin”.

Onun sözlərinə görə, hazırda zavodu idarə edəcək birgə müəssisənin qeydiyyatı məsələləri aparılır:

“Birgə müəssisədə 75 faiz pay “AzerMash” şirkətinə, 25 faiz pay isə “İran Khodro” şirkətinə məxsusdur. İran tərəfi zavod üçün lazımi avadanlığı Azərbaycana tədarük etməyi öhdəsinə götürüb. Biz isə zavodun tikintisini maliyyələşdirəcəyik. Bu, böyük layihədir və hazırda biz zavodun tikintisini yekunlaşdırmaq mərhələsindəyik”.

Şirkət təsisçisi daha sonra əlavə edib: “Hələ ki, ildə 5-6 min avtomobil istehsal etməyi planlaşdırırıq. Növbəti mərhələlərdə bu rəqəmi 10 minə çatdırmağı düşünürük. Bu gün zavodda 300 işçi çalışır, gələcəkdə həmçinin ştatı da artıra bilərik”.

O, avtomobillərə böyük tələbat olacağını da qeyd edib və bildirib ki, həmin avtomobillər yüksək keyfiyyəti ilə seçilir.

E.Axundov zavodda ilkin mərhələdə “Dena”, “Runna”, “Soren” və “Samand” markalı avtomobillərin istehsal edilməsinin planlaşdırıldığını bildirib. Bununla belə, gələcəkdə istehsal edilən avtomobillərin spektrinin genişlənməsini də istisna etməyib.

Azərbaycan istehsalı olacaq avtomobillərin beynəlxalq bazara çıxarılması nə qədər perspektivli olacaq? “AzerMash” şirkətinin avtomobilləri xarici bazarda özünə necə yer tapacaq?

Suallarımıza cavab tapmaq məqsədilə mütəxəssisə müraciət etdik.

İqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, beynəlxalq avtomobil bazarı rəqabətli bir mühitdir: “Azərbaycan-İran şirkətinin birgə yığdığı avtomobillərin Azərbaycan istehsalı kimi təqdim olunması çətin olacaq. Nəzərə almaq lazımdır ki, hər hansı bir ölkədə yığılan avtomobillərin detallarının ən azı 30 faizi yerli istehsal olursa, o zaman daha rentabelli və gəlirli olur. Hələlik belə bir plan yoxdur, yalnız yığım keçirilir. Yeni açılacaq zavodda ancaq yığım həyata keçiriləcək. Onu da deyim ki, Azərbaycanda belə bir təcrübə olub. Şamaxı və  Naxçıvanda İran və Çin şirkətləri ilə birgə yığım həyata keçirilib. Devalvasiyadan sonra gələn detalların manatla ekvivalenti çox bahalaşdığından, o sahələrdə istehsal dayandırıldı”.

Həmsöhbətimiz hesab edir ki, Azərbaycanda avtomobil yığımı həyata keçirilərkən əsasən daxili bazarda müəyyən rəqabət yaratmaq olar. Çünki xarici istehsal olan yeni avtomobillərin qiyməti çox bahalaşıb: “Ən sadə model sayılan Cənubi Koreya istehsalı olan maşınlar devalvasiyadan öncə 12-14 min civarında idi, ancaq indi 25 min manata yüksəlib. Bunu nəzərə alıb yerli bazarda rəqabət yaratmaq olar. Yerli istehsal olacaq avtomobillər daha aşağı qiymətlə bazarda müəyyən dərəcədə alıcı tapa bilər. Xarici bazara çıxmaq çox çətindir”.

N.Cəfərlinin fikrincə, İran bazarına çıxış Azərbaycan üçün əlverişli olar: ”Çalışmaq lazımdır ki. İran bazarına çıxılsın. Çünki İranda yeni avtomobillərə ciddi ehtiyac var. İran bazarına çıxmaq daha perspektivli görünür. 80 milyon əhalisi olan İranın avtoparkı çox köhnədir. Bu bazarda Azərbaycan istehsalı olan avtomobillərə alıcı tapmaq rahat olar. Ancaq etiraf etmək lazımdır ki, nə Avropa, nə  Amerika, nə də ki, Asiya bazarında Azərbaycan istehsalı olan avtomobillərin alıcı tapması, rəqabətə davam gətirməsi real görünmür”.

Günel CƏLİLOVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ