Azərbaycanda sahibkarlığın inkişafına nail olunması, kredit resurslarına ehtiyacı olan kiçik və orta sahibkarların dövlət dəstəyi ilə daha geniş əhatə olunması məqsədilə Kredit Zəmanət Fondu yaradılıb.
Baki-xeber.com-un xəbərinə görə, Kredit Zəmanət Fondu "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risqlərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemi formalaşdırmaq məqsədilə yaradılıb.
Fərmanda müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün İşçi qrup yaradılıb, İşçi qrupun rəhbəri və üzvləri müəyyənləşib.