çərşənbə günü, 21 oktyabr 2026
     

Avtomobil sığortası ilə bağlı mühüm yeniliklərə start verildi...

Image


Maliyyə bazarlarında son vəziyyətin təhlili sığora bazarına marağın hələ də istənilən həddə olmadığını göstərir. Ekspertlər bunu müxtəlfi amillərlə, o cümlədən əhalinin böyük əksəriyyətinin hələ də sığorta şirkətlərinə marağının yüksək olmaması ilə izah edir. Hətta icbari sığorta sahəsində belə hələ də istənilən nəticə yoxdur.

Məsələn, araşdırmalar göstərir ki, 2016-cı ildə avtomobil sığortası bazarı kiçilib. Ümumi yığımların həcmi 2% azalaraq 103 milyon 830 min manat olub. Halbuki, 2015-ci ildə avtomobil sığortasından 105 milyon 675 min manat sığorta haqqı toplanmışdı. Bu ilin yanvar-iyun aylarında isə Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin xəttilə 276 milyon 158 min manat sığorta haqqı toplanıb.  Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% azdır. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 22,7% artaraq 124 milyon 41 min manat təşkil edib.  İlk  yarımildə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,1 manatı ödəniş edilib. 2016-cı ilin müvafiq dövründə bu göstərici 35,5 manat olub. Cari ilin qeyd edilən dövründə də avtomobil sığortasından yığılan vəsaitin həcmi istənilən həddə olmayıb. Halbuki, ölkədə avtomobillərin sayı artır və onların sığortalanması icbari şəkildə həyata keçrilir. Ekspertlər isə avtomobil sığortasından yığılan vəsaitlərin azlığının əsas günahkarlarından biri qismində elə sığorta şirkətlərinin özlərini görür. Belə ki, daha çox müştəri cəlb etmək üçün şirkətlər sığora haqlarında bəzən ciddi güzəştlərə gedir. Belə vəziyyət isə müvafiq rəsmi dairələri indi daha çox narahat edir. Elə bu səbəbdəndir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası icbari avtomobil sığortasında endirimlərin qarşısını almaq üçün qanunda dəyişiklikləri müzakirə edir. Bu barədə sığorta bazarındakı mənbədən mətbuata verilən  məlumata görə, indiyə qədər tətbiq edilən inzibati sanksiyaların sığorta şirkətlərinin avtomobillərin icbari sığortası üzrə endirimlərin qarşısının alınmasında effektivliyi olmayıb. Palata endirimlərin qarşısını almaq üçün indi daha çox iqtisadi metodlardan istifadə edəcək. Bununla bağlı “İcbari sığortalar haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı təkliflər müzakirə edilir. Əsas təkliflər sığorta şirkətlərinin nağd şəkildə ödənişlərinin birbaşa təmirlə əvəzlənməsi və sığorta haqqının yeni qayda ilə hesablanmasıdır. O da bildirilir ki, qanunla qadağan olunsa da, indiyə qədər sığorta şirkətləri öz marjaları daxil olmaqla müştəriyə 30%-ə qədər endirim edə bilirdi. Yeniliyə əsasən, müştərilərə verilən nağd sığorta ödənişlərinin birbaşa təmirlə əvəzlənməsilə belə neqativ hallar aradan qaldırılacaq. Məsələ burasındadır ki, sığorta şirkətləri müştərilərə verilən nağd sığorta ödənişlərini göstəriləndən az ödəyirdilər. Xərclərini bu şəkildə azaltmaq sığorta şirkətinə imkan verirdi ki, müştəriyə daha çox endirim edə bilsin. Ona görə də bazarda avtomobillərin icbari sığortası üzrə 30%, hətta 40%-ə çatan endirimlərə rast gəlinirdi. Nağd ödənişin birbaşa təmirlə əvəzlənməsi isə sığorta şirkətlərinin icbari avtosığorta üzrə ödəniş xərclərini artıracaq. Zərərliliyin artması ilə isə  sığorta şirkətləri müştəriyə yüksək endirim verə bilməyəcək.

Sığorta ödənişlərinin birbaşa təmirlə əvəzlənməsinin müştərilər arasında narazılıq yarada biləcəyinə gəlincə, bildirilir ki, bunun üçün təmirin kefiyyəti artırılacaq. Belə ki, vahid qiymətləndirmə sisteminin fəaliyyəti genişləndiriləcək. Söhbət sığorta şirkətlərinin artıq əməkdaşlığa başladığı “Audatex Azerbaijan” şirkətindən gedir. Bundan əlavə, sığorta şirkətlərinin əməkdaşlıq edəcəyi servislərin kefiyyət reytinqi müəyyən ediləcək. Sığorta şirkəti bir avtomobilin təmiri üzrə servislərə təklif verəcək. Ən uyğun və kefiyyətli təmir təklif edən servisdə avtomobilin təmiri təşkil ediləcək. Onu da qeyd edək ki, böyük marja bazarda icbari avtomobil sığortasında yersiz rəqabətə səbəb olurdu. Avtomobillərin icbari sığortasının satışını, sığorta agentləri ilə yanaşı, sığortaya aidiyyəti olmayan məkanlarda aidiyyəti olmayan şəxslər həyata keçirirdi. Qanunsuz endirimlərin aradan qalxması bu tipli satışları da sıradan çıxaracaq.

Bununla yanaşı bildirilir ki, müzakirə edilən digər əsas yenilik sığorta haqqı ilə bağlıdır. Baltikyanı ölkələrin bu sahədəki təcrübəsinə əsasən təklif edilir ki, icbari sığorta haqqının minimum səviyyəsi, yəni maya dəyəri müəyyən edilsin. Sığorta şirkətləri də göstərdikləri xidmətin kefiyyətinə əsasən təyin edilən sığorta haqqının üzərinə öz marjalarını əlavə edərək satış həyata keçirsinlər. Məsələn, icbari avtomobil sığortasının maya dəyəri 45 manat müəyyən edilirsə, sığorta şirkətləri 45 manatın üzərinə marjanı əlavə edərək satış həyata keçirirlər. Qeyd edək ki, təkliflərin müzakirəsindən sonra “İcbari sığortalar haqqında” qanuna dəyişikliklərin olacağı gözlənir. Bütün bunlar isə avtomobillərin icbari sığortası ilə bağlı mühüm yeniliklərin olacağını da göstərir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ