Hədəflənmə və risq faktoru əsasında müəyyən olunmuş tədbirlər nəticəsində Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda Azərbaycan Respublikasından Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Ələsgərov Sakit Vilayət oğlunun idarə etdiyi "Volkswagen" markalı, 05 BF 398 dövlət nömrə nişanlı minik avtomobilində yoxlama aparılması nəzərdə tutulub.
Vətəndaş bu zaman gömrük nəzarəti üzrə gömrükçülərin qanuni fəaliyyətinə mane olmağa çalışıb, lakin kənar müdaxilə cəhdlərinə baxmayaraq, avtomobil yoxlamadan keçirilib. Nəticədə avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilmiş 3 540 000 Rusiya rublu (59000 ABŞ dolları ekvivalentində) aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Məlumatı DGK mətbuat xidməti yayıb.
Namiq QULİYEV