Azərbaycanda sahibkarlıq fəaliyyətinin yoxlanılması min dəfədən çox azalıb. Trend-in məlumatına görə, bunu “İqtisadi islahatlar: nəticələr və məsləhətlər” mövzusunda keçirilən konfransda iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
Onun sözlərinə görə, son 19 ay ərzində cəmi 89 yoxlama həyata keçirilib. Daha əvvəl analoji dövr ərzində isə keçirilən yoxlamaların sayı 99 minə bərabər olmuşdu.
nazirinin müavini bildirib ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinin yoxlanmasına moratoriumun uzadılması imkanları müzakirə olunur.
Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı yekun qərar mövcud deyil.