Bazar ertəsi günü, 06 iyul 2026
     

İcbari Sığorta Bürosundan sığorta zamanı qanunsuz endirimlərdən çəkinin çağırışı…

Image


İcbari Sığorta Bürosu (İSB) vətəndaşları icbarı sığorta əldə edərkən qanunsuz endirimlərdən çəkinməyə çağırıb.

İSB-dən "APA-Economics"ə verilən məlumata görə, ölkədə icbari sığorta müqavilələrinin rəsmiləşdirilməsi hər bir icbari sığorta sinfi üzrə tənzimləyici orqan tərəfindən müəyyən edilmiş sığorta haqları əsasında baş verir və bu məbləğlərdən kənara çıxmalar yolverilməzdir: "Bununla belə, icbari sığorta müqavilələri əldə edərkən sığorta vasitəçiləri tərəfindən bir sıra hallarda vətəndaşlara endirimlər və güzəştlər təklif olunur. Hazırda bu hallara əsas etibarilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) sahəsində rast gəlinir. İcbari Sığorta Bürosu sığorta vasitəçilərinin və sürücülərin nəzərinə çatdırır ki, AVSMMİS müqavilələri bağlayan zaman bu cür endirimlərin və hər hansı güzəştlərin tətbiqi qanunaziddir və nəticə etibarilə sığortalıların hüquqlarının pozulmasına yol açır".

Büronun məlumatında deyilir ki, sığorta haqlarına hər hansı endirimlərin və ya əlavələrin qadağan olması ilə bağlı "İcbari sığortalar haqqında" qanunun 11.4-cü maddəsində qeyd edilir: "Qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır".

İSB bəyan edir ki, qanunsuz endirimlərdən yararlanmaq sığortalının sığorta təminatını sual altına qoyur: "Təyin olunmuş sığorta haqqından daha aşağı məbləğə icbari sığorta əldə edən sürücülər bilməlidir ki, gələcəkdə sığorta hadisəsi baş verdiyi halda, sığorta şirkəti onların tələbini təmin etməyə bilər. Bir sıra hallarda bəzi sığorta vasitəçiləri fürsətcil və tamahkar davranış nümayiş etdirərək vətəndaşa icbari sığorta satarkən sığorta şirkətinin məlumat sisteminə müştərinin sığortalamaq istədiyi avtonəqliyyat vasitəsinin deyil, eyni markadan olan daha aşağı mühərrikli avtonəqliyyat vasitəsinin məlumatlarını daxil edir və nəticədə müqavilə üzrə daha kiçik sığorta haqqı məbləği formalaşır. Məlumatların sistemə daxil edilməsi vətəndaşın iştirakı ilə baş vermədiyindən, sığorta vasitəçisi bu məbləği məhz endirimli məbləğ kimi qələmə verir və bu da ilk baxışdan vətəndaşı qane edir; belə ki, onun fikrincə, məhz bu sığorta vasitəçisindən aldığı icbari sığorta digərlərinə nisbətən daha münasibdir. Lakin bu məmnunluq ilk sığorta hadisəsi baş verənədək davam edir – hadisə baş verən zaman sığorta tələbini araşdıran sığorta şirkəti tərəfindən müqavilə məlumatlarının reallıqla uyğun gəlmədiyi aşkar olunur və bununla da vətəndaşın sığorta tələbi böyük sual altına düşmüş olur. Əfsuslar olsun ki, bu gün ədalətli oyun qaydalarını pozaraq daha çox gəlir götürmək istəyən bəzi sığorta şirkətlərinin öz satış təmsilçilərini bu cür arzuolunmaz davranışlara təhrik etməsi halları da mövcuddur. Qanuna əsasən, sığortaçı icbari sığorta satışından daxil olan sığorta haqlarının 20%-dək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15%-dək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər. Lakin bəzi hallarda sığortaçı öz agentinə müştəriyə bundan da aşağı məbləğlər müqabilində icbari sığorta satışı təklif etməsini tapşırır, bu isə sığortaçının sığorta ödənişləri üçün nəzərdə tutulan ehtiyatlar fondunun azalması hesabına mümkün olur. Bunu əyani misalla aydın şəkildə belə təsvir etmək olar: 100 manatlıq icbari sığorta müqaviləsinin 20 manatı həmin müqavilənin satışının təşkili üzrə çəkilmiş xərclər və sığorta şirkətinin öz agentinə verdiyi mükafatdan ibarətdir, yerdə qalan 80 manat isə həmin müqavilə üzrə yarana biləcək öhdəlik üzrə xərclənməsi məqsədilə nəzərdə tutulan ehtiyatı formalaşdırır. Lakin agentin müştəriyə təklif etdiyi qeyri-qanuni endirim nəticəsində sığorta şirkəti həmin 80 manatın əlavə 15 manatını da vasitəçiyə verirsə, nəticədə ehtiyat fondu 65 manatadək azalır. Gələcəkdə sığorta hadisəsi baş verdikdə, sığorta şirkəti itirilmiş həmin 15 manatı bərpa etmək üçün ödəniş məbləğini müxtəlif yollarla azaltmağa çalışır. Nəticədə isə bundan uduzan müştəri olur; vaxtilə 15 manat qənaət etməsi müqabilində indi bundan qat-qat böyük məbləğlərdə ödənişdən məhrum olur və həmin məbləği qarşı tərəfə öz cibindən ödəməli olur. Bir sözlə, vətəndaşlara təklif olunan endirimlər sığorta şirkətinin büdcəsinin müəyyən kəsirləri hesabına əldə edilir, bu isə sığorta hadisəsi zamanı yaranacaq sığorta tələbinin sığorta şirkəti tərəfindən daha aşağı keyfiyyətlə təmin edilməsi ilə nəticələnəcəkdir. Bu səbəbdən, müştərilər daha ucuz yox,  daha keyfiyyətli xidmət göstərən şirkətlərə üz tutmalıdır. Sığorta şirkətinin göstərdiyi xidmətin keyfiyyəti isə sığorta hadisələri zamanı ödənişlərin vaxtında və tam həcmdə təmin edilməsi ölçülür. Məhz buna görə, yəni icbari sığorta bazarında endirimlərin kütləvi şəkildə təklif edilməsi hesabına yaranan haqsız rəqabətin qarşısının alınması, eləcə də sığorta ödənişlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə icbari sığorta haqlarına hər hansı endirim və ya güzəştlərin təklif edilməsi həm Qanunla, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığortaçılara və vasitəçilərə edilən çoxsaylı xəbərdarlıqlarla qadağan edilib".

Büronun məlumatına əsasən, icbari sığorta sinifləri üzrə sığorta tarifləri dünya təcrübəsində dövlət tərəfindən minimal tələblər nəzərə alınmaqla müəyyən edilir və bu zaman o yanaşma əsas götürülür ki, sığorta hadisələri nəticəsində zərərçəkənlərə dəymiş zərərin əvəzini həmin icbari növ üzrə yığılmış bütün sığorta haqları hesabına tam həcmdə ödəmək mümkün olsun. Bu səbəbdən, qüvvədə olan sığorta haqlarına hər hansı qanunsuz endirimlərin və ya güzəştlərin tətbiqi yolverilməzdir və ümumi icbari sığortalar sistemi üzrə sığorta şirkətlərinin ödəniş qabiliyyətinə mənfi təsir göstərir.

Bundan əlavə, sığorta şirkətləri endirimlə icbari sığorta satdıqda, sığorta ödənişi zamanı ehtiyat fondunun kəsirlərini doldurmaq üçün yeni satışlardan daxil olan sığorta haqlarını cari sığorta ödənişlərinə yönəltməyə məcbur olurlar. Piramidal sxem üzrə aşağıdan yuxarıya doğru davam edən bu proses son nəticədə piramidanın ən yüksək nöqtəsində iflasa uğramağa məhkumdur. Yəni, sığorta ödənişlərini bir müddət bu cür təmin edən sığorta şirkəti yekunda ciddi maliyyə problemləri ilə üz-üzə qalacaq, bundan isə həm şirkət özü, həm də ümumilikdə sistem əziyyət çəkəcək.

Büro tövsiyə edir ki, icbari sığortanızı əldə edərkən bu məqamlara diqqət yetirin:

1. Əldə etmək istədiyiniz icbari sığorta üzrə sığorta haqqını hesablamaq üçün İcbari Sığorta Bürosunun veb-saytında olan sığorta kalkulyatorundan istifadə edin;

2. Sığorta agentlərinin icbari sığorta növləri üzrə təklif etdiyi müxtəlif “endirimli aksiyalara və kampaniyalara” uymayın. Bunlar qanunaziddir;

3. İcbari sığortanızı bilavasitə sığorta şirkətlərinə müraciət etməklə və ya lisenziya əsasında qanuni fəaliyyət göstərən peşəkar sığorta agentləri və ya sığorta brokerləri vasitəsilə əldə edin. Bununla lisenziyası olmayan, təsadüfi gəlir əldə etmək məqsədi güdən işbazlardan özünüzü qorumuş olacaqsınız;

4. Elektron icbari sığorta müqaviləsi bağladıqdan sonra sistemə daxil edilən məlumatların doğruluğundan əmin olmaq üçün sığortaçınıza müraciət edərək müqavilənizə dair çıxarışı tələb edin;

5. Sizə endirimli icbari sığorta təklif edən sığorta vasitəçiləri ilə bağlı İcbari Sığorta Bürosuna və Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verin.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

06.07.2026 / 19:25
Ermənistan məhsullarının Avropaya çatdlrılmasında ağır problemlər yarandı...

06.07.2026 / 18:51
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO

06.07.2026 / 18:43
Rusiyanın Ukrayna dronlarını niyə vura bilmədiyi ortaya çıxdı – işin arxasından ABŞ kəşfiyyatı çıxır...

06.07.2026 / 18:28
Ukrayna müharibəsinin əsil mahiyyətini gizlətmək üçün Rusiyadan yeni ideya...

06.07.2026 / 18:21
Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiqlədi

06.07.2026 / 18:03
İsrailin NATO-nu Türkiyəyə qarşı qaldırmaq planı...

06.07.2026 / 17:45
Naxçıvana uçuşlar təxirə salındı...

06.07.2026 / 17:39
Göyçə gölü ətrafında Alban məbədləri

06.07.2026 / 17:26
Demokrat və respublikaçı sabiq prezidentlər Trampa qarşı birləşdi - Hakimiyyət ömrünü uzatmaq eyhamı...

06.07.2026 / 17:09
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 30 vaqon propan göndərdi

06.07.2026 / 17:07
Rəqəmsal transformasiya: Azərbaycanın yeni texnoloji inkişaf modeli

06.07.2026 / 16:35
Şirvanda 34 min manatlıq naqil oğurladılar...

06.07.2026 / 16:26
Rusiya səfiri XİN-ə çağırıldı - Bakı Moskvaya nota verdi...

06.07.2026 / 16:22
Görkəmli ictimai-siyasi xadim, vətənpərvər şəxsiyyət - Sabit Abbasəliyev...

06.07.2026 / 16:19
İsrail ABŞ-İran razılaşmasının pozulacağını gözləyir - dərhal zərbə vuracaq...

06.07.2026 / 15:55
NATO ilə Rusiyanin arasında "Şərq qalxanı" qurulur...

06.07.2026 / 15:37
Paşinyan Konstitusiya günündə Azərbaycanın əsas tələbindən danışdı...

06.07.2026 / 15:36
“Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik təsdiqləndi

06.07.2026 / 15:22
Azərbaycanda bir ildə uşaq doğumu 10 min nəfər azaldı...

06.07.2026 / 15:08
Ermənistan Rusiya qazını Avropa qiymətinə alacaq...

06.07.2026 / 14:53
ABŞ Zelenskiyə xəbərdarlıq etdi - Hücumu dayandırıb, müdafiəyə keçin...

06.07.2026 / 14:26
Ozəl bağçalara dövlətdən pul hansı meyarlarla ayrılır... Şəffaflığa şübhələr var

06.07.2026 / 14:06
Rusiya dronla Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurdu...

06.07.2026 / 13:47
Hikmət Hacıyev Qəbələdən paylaşım etdi

06.07.2026 / 13:33
Bakıda avtobus yanıb kül oldu...

06.07.2026 / 12:32
Bakının mərkəzində ödənişsiz avtobuslar fəaliyyətə başladı...

06.07.2026 / 12:16
Baş Prokurorluq Gürcüstanda öldürülən azərbaycanlı ilə bağlı açıqlama yaydı

06.07.2026 / 11:50
Türkiyədə 9-cu Uludağ Premium Ultra Trail yarışına geri sayım başlayıb - FOTO

06.07.2026 / 11:18
DÇ-2026 - Portuqaliya İspaniyaya, ABŞ Belçikaya qarşı...

06.07.2026 / 11:05
Prezident İlham Əliyev Malavi dövlət başçısına təbrik məktubu ünvanlayıb

06.07.2026 / 10:56
Azərbaycan qırıcıları havaya qaldırdı - VİDEO

06.07.2026 / 10:52
İki gündə 81 cinayətin üstü açıldı...

06.07.2026 / 10:52
Ankarada NATO Zirvəsinə Trampın nəqliyyatı özündən qabaq gəlib

06.07.2026 / 10:42
İsrail ordusunun cəmi 10 günlük sursat ehtiyatı qalıb – Libermandan iddia...

06.07.2026 / 10:37
Tramp Meloni barəsində "İntizam tədbiri görülməlidir" deyir…

06.07.2026 / 10:26
Şərurda faciəvi - ata, ana və 1 yaşlı övladları qəzada həlak oldu...

06.07.2026 / 10:05
Ermənistanda partiya liderinin evində və şirkətlərində axtarış aparılır...

06.07.2026 / 09:48
Rusiya raketi Kiyevə ballistik raket yağdırdı – çox sayda ölü və yaralılar var...

06.07.2026 / 09:33
Venesuelada zəlzələdə ölənlərin sayı 3 mini keçdi...

06.07.2026 / 09:21
Nebenzya Quterreşin cavabını “lağa qoyma” adlandırdı

06.07.2026 / 09:08
Xameneinin dəfn mərasimində ŞOK çağırış – “Trampı öldürmək bizim borcumuzdur”...

06.07.2026 / 08:39
Növbəti köç karvanları Cəbrayıla yola salındı

06.07.2026 / 08:10
DÇ-2026-da SENSASİYA - Norveç Braziliyanı mundialdan kənarlaşdırdı...

05.07.2026 / 21:18
“ABŞ ilə sülh bağlamadıq və İsraili rəsmi olaraq tanımayacağıq” - Qalibaf

05.07.2026 / 20:55
Polşada Rusiya narahatlığı - Tusk “hər ssenariyə hazırıq” dedi

05.07.2026 / 20:47
Medvedyev ABŞ barədə sərt danışdı - “…nümunə, ya şər imperiyası?”

05.07.2026 / 20:38
Serbiya spikeri Aİ-nin ikiüzlülüyünə üsyan etdi - "Biz kiçik ruslar deyilik"...

05.07.2026 / 20:25
ABŞ-ın keçmiş prezidentləri ölkənin gələcəyindən narahatdır…

05.07.2026 / 20:14
Tramp ailəsi "Melaniya" filmindən 10,7 milyon dollar qazandı...

05.07.2026 / 19:40
"Yeni dəmir yolu Türkiyə, Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələrini gücləndirəcək" - Uraloğlu

05.07.2026 / 19:21
Xameneinin dəfni ilə bağlı gizli məktub ortaya çıxdı – Qorxunc etiraf... Minlərlə məzar qazılaraq hazır vəziyyətə gətirildi...

05.07.2026 / 18:39
Misir İsrailə münasibətlərin normallaşması üçün şərtini açıqladı – bu olmadan mümkün olmayacaq...

05.07.2026 / 18:15
Kremldən Zelenskinin Putinlə Konstantinovkada görüş təklifinə cavab - Rusiyaya səfər etmək istəyirsə Moskvaya gəlsin...

05.07.2026 / 17:22
Ukrayna ilə Polşa arasında gərginliyi artıracaq hadisə - Krakovda ukraynalı yazıçının məzarı dağıdıldı...

05.07.2026 / 16:35
Ukrayna Krımda hərbi aerodromu və Donetskdə iki körpünü bombaladı...

05.07.2026 / 16:17
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

05.07.2026 / 15:58
ATƏT PA sessiyasında Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verildi

05.07.2026 / 14:28
Tramp Putini ABŞ-la əməkdaşlıq naminə Ukraynadakı döyüşlərə son qoymağa çağırdı...

05.07.2026 / 14:12
İsrail İranla müharibə zamanı BƏƏ-də “Dəmir Günbəz” sistemi yerləşdirildiyini rəsmən təsdiqlədi...

05.07.2026 / 13:39
Putinlə Tramp arasında 1 saatdan çox davam edən telefon danışığı – nələr müzakirə edildi...

05.07.2026 / 12:46
Ermənistanda seçkilərin nəticələri təsdiqləndi - müxalifət hədəflərini elan etdi...

05.07.2026 / 12:03
Həkəri çayında batan şəxsin axtarışlarına dalğıc-xilasediciləri cəlb olundu...

05.07.2026 / 11:47
Təhlükəsizlik xidməti Xameneinin atasının dəfn mərasimində iştirak etməsinə icazə vermədi...

05.07.2026 / 11:38
Mbappe yeni rekorda imza atdı

05.07.2026 / 10:52
Kişinyovdakı Rus Evi bağlanır

05.07.2026 / 09:50
AZAL-dan Bakı-Naxçıvan reyslərilə bağlı xəbərdarlıq - gecikmələr və ya təxirə salınmalar...

04.07.2026 / 22:45
Rusiya, Azərbaycan və İran Şimal-Cənub dəhlizi ilə bağlı üçtərəfli protokol imzaladı...

04.07.2026 / 22:08
Tramp kommunistlərə savaş açdı, Züqanovdan sərt açıqlama gəldi – “...imperialist, böyük tacir...”

04.07.2026 / 21:23
ABŞ-İran danışıqlarının növbəti raundu Pakistanda keçiriləcək...

04.07.2026 / 19:44
Zelenski Putinə Rusiyanın işğal etdiyini iddia etdiyi Kostyantinovkada görüşməyi təklif etdi...

04.07.2026 / 19:26
Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı

04.07.2026 / 17:20
Medvedev İranın əlindəki ən güclü silahı açıqladı – ABŞ-la yekun razılaşma çox çətin olacaq...

04.07.2026 / 16:42
Paşinyan Putini qızdıracaq növbəti bəyanatı verdi - “bəli, mən Sarkisyan kimi etməyəcəm"...

04.07.2026 / 16:14
Şahin Şıxlinski Bakıdakı rus məhbuslarla mübadilə ediləcək? - Rusiya mediasından iddia...

04.07.2026 / 15:47
Rusiyanın ikinci ən böyük şəhərinə görünməmiş dron hücumu - neft terminalında yanğın başladı...

04.07.2026 / 15:31
Əliyev dedi, Lyayen şahidlik etdi - Paşinyan üçün bundan yaxşı geosiyasi vəziyyət olmaz...

04.07.2026 / 14:48
Rəqəmsal İnkişaf Şurası bunu da edəcək - vətəndaşlara proaktiv xidmətlərin payı 50 faizə çatacaq...

04.07.2026 / 14:30
Naxçıvana Avropadan 2 milyard avro yardımın anonsu gəldi - “oxunan Quran olsa”...

04.07.2026 / 14:14
Vaşinqtonda müstəqillik paradı təxirə salındı - istilər üzündən…

04.07.2026 / 14:03
Bazar günü temperatur 36 dərəcəyə yüksələcək...

04.07.2026 / 13:50
İmişlidə zəlzələ oldu

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ