Cümə axşamı günü, 22 oktyabr 2026
     

"İşsizlikdən sığorta haqqında” qanun Milli Məclisə təqdim olundu

Image


“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisə təqdim olunub”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Amerika Ticarət Palatasının (“AmCham”) nümayəndələri ilə görüşdə deyib.

Yerli və xarici şirkətlərin, biznes qurumlarının təmsilçilərinin iştirakı ilə keçirilən görüşü “AmCham”ın prezidenti Nuran Kərimov giriş sözü ilə açaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “AmCham” arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Görüşdə S.Müslümov Azərbaycanda iqtisadi inkişaf proseslərində Palatanın fəal iştirakını yüksək dəyərləndirib, nazirliyin “AmCham”la əməkdaşlığa, ümumən özəl sektorla aidiyyəti iş sahələrində sosial dialoqun güclənməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb: “Qlobal miqyasdakı siyasi, sosial və iqtisadi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin Azərbaycana təsirlərinin minimallaşdırılması və milli iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunması üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu islahatlar eyni zamanda sahibkarlığın dəstəklənməsi tədbirlərinin daha da güclənməsinə səbəb olub. Müsbət haldır ki, bunun müqabilində özəl sektorun da iqtisadiyyatda rolu artmaqla bərabər, iş yerlərinin yaradılmasında iştirakı da getdikcə aktivləşir. Cari ilin ilk rübündə ölkədə yaradılan yeni iş yerlərinin də 40 mindən çoxu özəl sektorda açılıb”.

S.Müslümov bildirib ki, əmək bazarı qlobal iqtisadi böhranın təsirlərinə daha tez məruz qalan sahələrdən biridir. Bununla əlaqədar son vaxtlar dünyada baş verən proseslərə adekvat olaraq, əmək bazarında sabitliyin təmin edilməsi üçün qısamüddətli effekt verən təlim, işaxtaranlara kömək və dövlət məşğulluğu tədbirləri, həm də uzunmüddətli səmərə üçün biznesə güzəştlərin verilməsi, dövlət köməyi kimi tədbirlərdən istifadə olunub: “Məşğulluq sahəsində cənab Prezidentin irəli sürdüyü sosial məsuliyyətin bölgüsü prinsipi çərçivəsində dövlət şirkətləri ilə birgə, yəni onlardan təqdim olunan vakansiyalar əsasında aktiv məşğuluq tədbirləri cari ildə də davam etdirilib. Bu ilin ilk rübündə 17,9 min işçi ilə əmək müqaviləsinin müddəti uzadılmaqla, 23,5 min işçi ilə işaxtaran arasında yeni əmək müqaviləsi bağlanıb. Beləliklə, bu müddətdə sosial məsuliyyətin bölüşdürülməsi çərçivəsində 41,4 min nəfər işaxtaranın məşğulluğu təmin olunub. Bu çərçivədən kənar təqdim edilən vakansiyalar da nəzərə alınmaqla 2017-cı ilin birinci rübündə nazirliyin məşğulluq orqanları tərəfindən 26,7 min nəfərin işlə təminatı həyata keçirilib. Həmçinin,1 226 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədilə 32,1 min nəfər gəncə peşəyönümü məsləhətləri verilib. İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması məqsədilə nazirlik tərəfindən son illərdə İSCO88/08-ə uyğun şəkildə beynəlxalq və milli əmək bazarının tələblərinə uyğun kompetensiyalar əsasında təkmilləşdirilmiş 350-dən artıq peşə standartı, 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib”.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, nazirlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aparılan işləri də diqqətə çatdırıb. S.Müslümov proqram çərçivəsində verilmiş aktivlər hesabına cari ilin 1 aprel tarixinə ölkədə artıq 400-dək yeni ailə təsərrüfatının yaradıldığını, hazırda prosesin davam etdirildiyini, qeyd olunan işlərin sosial və iqtisadi əhəmiyyətini diqqətə çatdırıb.

S.Müslümov sosial təminat sistemində əhatəliliyin və səmərəliliyin yüksəldilməsinin, ünvanlılığın və şəffaflığın təmin olunmasına əsas vəzifələr olduğunu vurğulayıb: “Ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 319 min nəfər əmək pensiyası, 466,4 min nəfər müxtəlif növ müavinətlər, 130,8 min ailənin 546 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Həmin insanlara nazirliyin yerli orqanları vasitəsilə hər ay 316,3 milyon manat vəsait ödənilir. Dünya Bankı tərəfindən qiymətləndirmələr aparılarkən, ölkəmizdəki sosial müdafiə sisteminin geniş əhatəliliyə malik olduğu, yoxsulluğun azaldılmasında mühüm rol oynadığı, yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə etdiyini müəyyən olunub”.

Nazir son illərdə İKT-nin əmək və sosial müdafiə sahələrində geniş tətbiqi nəticəsində bu sahələrdə müasir və səmərəli idarəetmə mexanizmlərinin yaradıldığını və əhaliyə xidmətlərin bütünlüklə elektron müstəviyə keçirilərək tam şəffaflaşdırıldığını diqqətə çatdırıb: “Hazırda nazirliyin böyük sosial tələbə malik 30-dək elektron xidməti əhalinin istifadəsindədir ki, təkcə cari ilin ilk rübündə həmin elektron xidmətlərə 2 milyon 607 min dəfə müraciət edilib. Bu da həmin dövrdə “Elektron hökumət” portalına müraciətlərin 52,6 faizini təşkil edir. Nazirliyin xidmət sahələrində ünvanlılıq, şəffaflıq və ədalətlilik prinsiplərinin təmin olunması əmək və sosial müdafiə sahələri ilə əlaqədar ictimai məmnunluq yaradıb, eyni zamanda həmin sahələrlə bağlı şikayət xarakterli müraciətlərin kəskin şəkildə, yəni 5,2 dəfə azalaraq minimuma enməsinə səbəb olub”. S.Müslümov əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin bütün əmək münasibətlərinin elektronlaşdırılaraq şəffaflaşdırılmasına imkan verdiyini, yalnız işçilərin deyil, işəgötürənlərin də hüquqi mənafelərinə xidmət etdiyini, əmək bazarının elektron güzgüsünə çevrilərək dolğun ingormasiya bazası formalaşdırdığını bildirib.

Nazir qeyd edib ki, ümumilikdə işəgötürənlərlə iş sahələri, sosial sığorta münasibətləri də elektron infrastruktur üzərində, şəffaf şəkildə qurulub. Bu yöndə növbəti addım kimi, cari il aprelin əvvəlindən sığortaedənlərin təqdim etdiyi hesabat formaları vahid rüblük hesabatla əvəz edilməklə, fərdi uçot əsaslı vahid rüblük hesabat alt sistemi istifadəyə verilib. Nəticədə sosial sığorta sahəsində hesabat sistemi daha sadələşdirilməklə, biznes subyektlərinin hesabat yükünün azalması təmin edilib: “Ölkənin sosial müdafiə sisteminin təkmiləşdirilməsi məqsədilə görülən işlərin bir istiqaməti də qabaqcıl dünya praktikası əsasında işsizlikdən sığorta sisteminin formalaşmasına, işçilərin bu və ya digər şəraitdə iş yerlərini itirdikləri halda onların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasına yönəlib. Bununla əlaqədar “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanıb və hökumət qurumları, sosial tərəfdaşlarla razılaşdırılaraq, rəy və təkliflər əsasında daha da təkmilləşdirilib və artıq Milli Məclisə təqdim olunub. Belə bir sistemin qurulması yalnız işsizliyə görə sosial müdafiənin təmin olunmasında deyil, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsində də mühüm rol oynayacaq, həmçinin qeyri-formal əməyin rəsmiləşdirilməsində işçilər üçün stimul yaradacaq”.

Nazir pensiya təminatı sahəsində islahat tədbirləri, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər, onların mahiyyəti və məqsədləri, sosial tərəfdaşlıq sahəsində görülən işlər, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyəti və s. barədə görüş iştirakçılarına ətraflı məlumatlar verib.

Daha sonra S.Müslümov Palata üzvlərinin, iş adamlarının aidiyyəti mövzularda suallarını cavablandırıb. Tədbirdə ümumi maraq doğuran məsələlərə (o cümlədən yeni işsizlik sığortası sisteminin tətbiqi, işçi qüvvəsinin bilik və bacarıq səviyyələrinin artırılması, qeyri-leqal məşğulluğun aradan qaldırılması, biznes strukturlarının sosial məsuliyyəti və s.) dair fikir mübadiləsi aparılıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ