Bakıda Pirallahı Sənaye Parkında yeni əczaçılıq zavodunun təməli qoyulub. Trend-in məlumatına görə, təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii, həmçinin iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, "Azersun Holding"in baş direktoru Savaş Uzan, Azərbaycan İnvestisiya Şirkətinin rəhbəri Rövşən Nəcəf iştirak ediblər.
Zavodun dəyəri 30 milyon dollardan çoxdur. Müəssisə iki il ərzində istismara veriləcək.
Layihənin tərəfdaşları olan "TPICO" (İran İslam Respublikası) 49 faiz, "Azersun Holdinq" 26 faiz və Azərbaycan İnvestisiya Şirkəti 25 faiz pay sahibidirlər.
Layihənin ilk mərhələsində həb və kapsul istehsalı, ikinci mərhələdə ampula və flakon istehsalı, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı həyata keçiriləcək.
Təməlqoyma mərasimi çərçivəsində tərəfdaşlar arasında səhmdarlar arasında saziş imzalanıb.
"Caspian Pharmed" Azərbaycan-İran əczaçılıq zavodunun tikintisi 2018-ci ilin 3-cü rübündə başa çatacaq. Bunu jurnalistlərə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Qeyd edək ki, zavodun dəyəri 30 milyon dollardan çoxdur.
Nazir deyib: “Yeni zavoda 20 milyon dollardan çox investisiya yerləşdiriləcək. Zavod alman və italyan avadanlıqları ilə təchiz olunacaq. Zavodun tikintisi il yarım davam edəcək. Artıq gələn ilin üçüncü rübündə 84 adda dərmanın istehsal olunması nəzərdə tutulur”.
Nazirin sözlərinə görə, dərmanların böyük hissəsi daxili bazar üçün nəzərdə tutulur, lakin dərmanların ixrac edilməsi də planlaşdırılır. Biznes-plana əsasən, dərmanların Rusiya, Qazaxıstan və Gürcüstana ixracatı nəzərdə tutulur.
Layihənin tərəfdaşları olan "TPICO" (İran İslam Respublikası) 49 faiz, "Azersun Holdinq" 26 faiz və Azərbaycan İnvestisiya Şirkəti 25 faiz pay sahibidirlər. Layihənin ilk mərhələsində həb və kapsul istehsalı, ikinci mərhələdə ampula və flakon istehsalı, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı həyata keçiriləcək.
Ş.Mustafayev deyib, bu ilin martında Azərbaycanda üçüncü əczaçılıq zavodunun tikintisi başlayacaq. Nazir deyib: “Ümumilikdə, növbəti 3 il ərzində Azərbaycanda bir neçə əczaçılıq zavodu fəaliyyət göstərəcək. Bu gün biz əczaçılıq məhsullarının demək olar ki, 100 faizini xaricdən idxal edirik, lakin üç il ərzində bu sahədə dönüş olacaq. Biz ölkənin dərman təhlükəsizliyinin təmin olunması üçün vacib tədbirlər görəcəyik”.