Vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 9 nəfərədək azaldıb. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Məlumata görə, Mahir Rəfiyev Lokal gəlirlər Departamentinin baş direktoru təyin olunması ilə əlaqədar vergilər nazirinin müşaviri vəzifəsindən azad edilib.
Bundan başqa, Vergilər Nazirliyinin Xüsusi Gəlirlər Departamenti Milli Gəlirlər Departamenti adlandırılıb. Departamentə əvvəlki kimi Habil Məmmədov rəhbərlik edir.
Qeyd edək ki, departament struktur dəyişiklikləri çərçivəsində Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentinin bazasında yaradılıb.