Yaxın günlərdə "qara valyuta bazarı" ilə mübarizənin real nəticəsini görəcəyik. Trend-in məlumatına götə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları hazırda bu istiqamətdə ciddi işlər aparırlar.
Bundan başqa, manatın tam üzən məzənnə rejiminə keçidi barəsində danışan E.Rüstəmov bunun üçün ciddi hazırlığın tələb olunduğunu qeyd edib.
"Biz bu ilin əvvəlindən artıq üzən məzənnə rejimində çalışırıq. Bunu təsdiq edən fakt odur ki, artıq Mərkəzi Bank fevral ayından bazarda öz valyutasını satmır" – deyə E.Rüstəmov bildirib (APA).
E. Rüstəmov qeyd edib ki, bu gün bazarda tələb təklifi üstələyir: "Buna görə, tam üzən məzənnəyə keçid ciddi hazırlıq tələb edir. Biz bu plana uyğun olaraq işləyirik. Bizim əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır".