şənbə günü, 24 oktyabr 2026
     

Şou əhli Vergilər Nazirliyinin qanuni tələbinə hələ də şıltaqcasına müqavimət göstərir

Image


Artıq xeyli müddətdir müğənnilərin vergi ödəməməsi barədə geniş müzakirələr gedir. Dünyanın məşhur müğənniləri ödədiyi vergi ilə gündəmə gəlsə də, Azərbaycanda bu sahədə vəziyyət fərqlidir.
Belə ki, toy şənliklərindən kifayət qədər gəlir əldə edən müğənnilər sadəcə olaraq simvolik məbləğdə vergi ödəyir. Vergilər Nazirliyinin dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq, bu problem hələ də qalır. Hətta elə müğənnilər var ki, onlar toy şənliklərində iştirak etməsinə baxmayaraq, dövlətə vergini ödəməkdən yayınır.
Toyda iştirak edib mahnı oxuyan müğənnilər vergidən yayınmasının səbəbi kimi həmin toyda pulsuz oxuduğunu göstərir. Bəzi müğənnilər iddia edir ki, guya onlar dost və ya toy sahibinə hədiyyə etmək məqsədilə həmin məclisdə pulsuz oxuyub. Müğənnilər onu da iddia edir ki, toyda pulsuz oxumasına baxmayaraq, onlardan filan məbləğdə vergi ödənilməsi tələb olunur.
Qeyd edək ki, müğənni toy sahibinə hədiyyə olaraq bir və ya iki mahnı oxuya bilər. O halda ki, müğənninin özü də qonaq kimi həmin məclisdə iştirak etsin. Ancaq ən azı toyda 1 saat oxuyan müğənnilərin məclisdə pulsuz iştirak etməsi real görsənmir.
Öz əmlak və gəlirləri ilə efirdə lovğalanan müğənnilər bu səviyyəyə toy hesabına gəldiyini dəfələrlə öz açıqlamalarında bildirib. Ən az gəliri olan şəxs
rahat şəkildə vergini ödəyirsə, maşınlarının sayı və markası ilə öyünən müğənnilər niyə vergi ödəməməlidir?
Məlumat üçün bildirək ki, iki ay öncə Vergilər Nazirliyi vergi borcu olan şou-biznes nümayəndələrinin siyahısını rəsmi saytında açıqlamışdı. "Qara siyahı"da xalq və əməkdar artistlərinin və tanınmış 50 müğənninin adı daəyer almışdı.
İqtisadçı-ekspert Samir Əliyev bizimlə söhbətində bildirdi ki, vergi çox vacib məsələlərdən biridir. Gəliri olan hər bir şəxs vergini ödəməlidir: "Müğənnilik gəlirli sahələrdən biri hesab olunur. Müğənnilərin yaşayış səviyyəsi orta statistik azərbaycanlı ailəsinin yaşayış səviyyəsindən kifayət qədər yüksəkdir".
S.Əliyevin sözlərinə görə, vergi tutma, vergidən yayınmanın qarşısının alınması çox mühüm məsələdir. Heç bir vergi ödəyicisi vergidən kənarda qalmamalıdır: "Digər bir məqam isə məsələyə ədalətli vergi ödəmə kontekstindən yanaşılmasıdır. Bu baxımdan müğənnilərin vergi ödəmə məsələsi çox vacibdir. Bu həm həmin vəsaitə nəzarət, həm də büdcəyə daxil olan vəsaitin artması baxımından xeyli vacibdir. Əgər bir vətəndaş orta aylıq əməkhaqqı olan 480 manatdan vergi ödəyirsə, nəyə görə bir toya 5-10 min manata gedən müğənni vergi ödəməsin? Ola bilsin ki, bəzi müğənnilər vergiləri ödəsin. Lakin mətbuatda gedən məlumatlar onu göstərir ki, müğənnilərin ödədiyi vergi məbləği simvolik bir rəqəmdir. Qeyd edim ki, hətta müğənnilərin arasında da ayrıseçkilik var. Elə müğənni var ki, onun qazancı elə də çox deyil. Lakin elələri də var ki, onların qazancı məlumdur və bir toya 5-10 min manata gedirlər. Bir günə 5-10 min qazanan adamın vergisini aylıq hesablasaq, kifayət qədər böyük bir rəqəm alınar. Bu qədər qazancı olan şəxslərin ödədiyi vergiyə baxsaq, ayda 100-200 manatı keçməz. Bu baxımdan şou-biznes nümayəndələrinin vergi ödəməsi çox vacib bir məsələdir. Bu həm də bir ədalət məsələsidir. Daha çox qazanan daha çox vergi ödəməlidir".
Həmsöhbətimiz xarici ölkələrdə fəaliyyət göstərən müğənnilərin qazanc yerinin tamam fərqli olduğunu dilə gətirdi: "Dünya praktikasında müğənnilər adətən konsertlərdən və albom satışından gəlir əldə edir. Bu disklər satıldıqda dövlət tərəfindən rəsmi olaraq vergi də tutulur. Yaxud da konsert biletlərinin satışından əldə olunan gəlirin vergisi ödənilir. Bizdə isə bu təcrübə hələlik formalaşmayıb. Müğənnilər daha çox toylardan pul qazanır. Bu adətən MDB ölkələrinə, xüsusən də Azərbaycana xas olan bir xüsusiyyətdir. Bunun həlli üçün ya standart bir ödəniş olmalıdır, yaxud da qazanılan gəlirə görə vergi tutulmalıdır. Birinci məqamda tutaq ki, aya 400-500 manat qazanmayan müğənni aya 100 min qazanan müğənni ilə eyni məbləğdə vergi ödəməli olur. Bu isə bir qədər ədalətli hesab olunmur. Əgər qazanca görə vergi ödəmə tətbiq olunsa, daha ədalətli olar. Belə olduqda, yuxarıda qeyd etdiyim kimi, daha çox qazanan daha çox ödəyir. Həmçinin qeyd etməliyəm ki, vergi ödəyicilərinin vergiyə olan münasibəti məsələsi də var. Əslində müğənnilər ödədiyi verginin miqdarı ilə fəxr etməlidir. Bizdə isə müğənnilər vergidən yayınma halları ilə fəxr edir. Hələlik bu qüsurlu yanaşma qalmaqdadır. Düşünürəm ki, bu sistemi qurmaq da çox çətin məsələdir. Belə bir sistemi qurmaq üçün gəlirlərin bəyannaməsi olmalıdır. Müğənni bəyan etməlidir ki, mən filan qədər qazanmışam və onun ətrafında vergi təyin olunmalıdır".
İqtisadçının fikrincə, müğənnilərin nə qədər qazanc əldə etməsi və bunun müqabilində nə qədər vergi ödənilməsinin məsuliyyəti şadlıq evlərinin üzərinə düşməlidir: "Vergi orqanlarının üzərinə böyük məsuliyyət düşür. Onlar şadlıq evlərində monitorinq keçirsələr, qazanc əldə edən müğənnilərin kim olduğunu bilər. Və yaxşı olar ki, vergidən yayınan müğənnilər sərt şəkildə cəzalandırılsın. Hansısa bir müğənni cəzalandırılarsa, bu, digərlərinə örnək olar".
Günel CƏLİLOVA





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyirlər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ