Nyu-York ştatının Federal Ehtiyat Bankının rəhbəri Uilyam Dadli Federal Ehtiyatlar Sistemini (FED) bu ilin sonunadək uçot dərəcəsini artırmamağa çağırıb. "APA-Economics" xəbər verir ki, U. Dadli bu addımın çox ciddi fəsadlarının olacağına işarə edib.
"FED uçot dərəcəsinin artırılmasına olduqca ehtiyatlı yanaşmalıdır. Hələlik pul-kredit siyasətinin tam sərtləşdirilməsindən imtina etmək olduqca tezdir. Lakin bu addımın neqativ təsirləri müsbət təsirlərdən çox olacaq", - deyə o qeyd edib.
U. Dadli uçot dərəcəsinin artırılmasına mane olan bir sıra amillərin olduğunu bildirib: "Söhbət həmçinin xarici bazarlarda baş verənlərdən gedir ki, bunun ABŞ iqtisadiyyatına da təsiri var".