çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Azərbaycan ÜDM-də rəqəmsal iqtisadiyyatın payını artırır - hədəf göstərildi...

Image


Müasir dövrdə rəqəmsal iqtisadiyyat dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT), süni intellektin, bulud xidmətlərinin, böyük verilənlər bazasının (Big Data), elektron ticarətin və rəqəmsal maliyyə xidmətlərinin inkişafı ölkələrin iqtisadi artımına, məhsuldarlığın yüksəlməsinə və beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə mühüm təsir göstərir. Azərbaycan da neftdənkənar iqtisadiyyatın inkişafı və dayanıqlı iqtisadi artımın təmin edilməsi məqsədilə rəqəmsal transformasiyanı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Son illərdə qəbul edilən dövlət proqramları və strategiyalar rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirməyə və onun ümumi daxili məhsuldakı (ÜDM) payını artırmağa yönəlib.

Bu arada qeyd edək ki, Rəqəmsal İnkişaf Şurasının iclası çərçivəsində birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkədə rəqəmsal inkişafın sürətləndirilməsi və rəqəmsal inteqrasiyanın dəstəklənməsi istiqamətində strateji prioritetlər müəyyənləşdirilib. Milli Məclisin deputatı Vüqar Bayramov xatırladır ki, təqdim olunan əsas sənədlərdən biri də "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" olub. O əlavə edib ki, bu fəaliyyət planı həm rəqəmsal inkişafın, həm də rəqəmsal inteqrasiyanın gücləndirilməsini əhatə edir. Sənəddə ilk növbədə qlobal trendlər və çağırışlar təhlil edilir, Azərbaycanda mövcud vəziyyət qiymətləndirilir, hüquqi və strateji çərçivə nəzərdən keçirilir: "Əsas istiqamətlərdən biri məlumat iqtisadiyyatının və rəqəmsal bazarın daha da möhkəmləndirilməsidir. Fəaliyyət planında rəqəmsal infrastrukturun inkişafı, elektron hökumət və rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi mühüm prioritetlər kimi müəyyən edilib. Digər vacib istiqamət isə innovasiya ekosisteminin inkişafıdır. Bu sahədə artıq müəyyən addımlar atılıb, Bakı və Sumqayıtda innovasiya mərkəzləri yaradılıb, innovasiya fondları formalaşdırılıb və bu istiqamətdə dəstəyin davam etdirilməsi nəzərdə tutulur". Deputat vurğulayıb ki, plan bütövlükdə iqtisadiyyatın rəqəmsal transformasiyasını sürətləndirməyə, milli innovasiya sistemini gücləndirməyə və texnoloji sahələrin inkişafını təşviq etməyə xidmət edir: "Eyni zamanda rəqəmsal infrastrukturun inkişafı, insan kapitalının gücləndirilməsi və dövlət xidmətlərinin inteqrasiyası əsas məqsədlər sırasındadır. Fəaliyyət planında nəzərdə tutulan tədbirlər aralıq və yekun mərhələlər üzrə qruplaşdırılıb. Bu yanaşma görüləcək işlərin monitorinqi və qiymətləndirilməsini daha səmərəli həyata keçirməyə imkan verəcək". V.Bayramov onu da əlavə edib ki, sənəddə insan kapitalının inkişafı, elm və təhsil sahəsində tədbirlər, dövlət dəstəyinin genişləndirilməsi, dövlət informasiya ehtiyatlarının təkmilləşdirilməsi və müxtəlif dövlət informasiya sistemlərində formalaşan məlumatların inteqrasiyası da öz əksini tapıb: "Bu tədbirlərin əsas hissəsinin 2028-ci ilin iyun ayınadək tamamlanması nəzərdə tutulur. Vacib istiqamətlərdən biri də kağızsız hökumət modelinə keçiddir. Bu çərçivədə dövlət qurumlarında sənəd dövriyyəsinin tam elektronlaşdırılması və kağızsız idarəetmə sisteminin tətbiqi planlaşdırılır. Bu modelin 2028-ci ilin iyun ayından etibarən tam şəkildə tətbiq olunması nəzərdə tutulur. Bundan əlavə, vətəndaşlar və sahibkarlar üçün elektron xidmətlərin əhatə dairəsi daha da genişləndiriləcək. Bu isə həm xidmətlərə çıxış imkanlarını artıracaq, həm də dövlət idarəçiliyində çevikliyi və səmərəliliyi yüksəldəcək". Parlament üzvü, ümumilikdə, fəaliyyət planının iqtisadiyyatın şaxələndirilməsinə xidmət edəcəyini düşünür: "Sənəd innovativ sahələrin ümumi daxili məhsuldakı payının artırılmasına, sahibkarlığın inkişafına, vətəndaşların dövlət xidmətlərindən istifadəsinin genişləndirilməsinə və dövlət idarəçiliyinin rəqəmsal transformasiyasına mühüm töhfə verəcək. Eyni zamanda kibertəhlükəsizliyin təmin olunması fəaliyyət planının əsas prioritetlərindən biridir. Bu istiqamətdə müasir təhlükələrə uyğun yeni tədbirlərin həyata keçirilməsi, informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi və rəqəmsal inteqrasiyanın etibarlı şəkildə təmin olunması davamlı əsasda həyata keçiriləcək". Onu da qeyd edək ki, rəqəmsal sektorun ÜDM-də payının artırılması ilk növbədə güclü rəqəmsal infrastrukturun formalaşdırılmasını tələb edir. Ölkə üzrə yüksək sürətli internet şəbəkəsinin genişləndirilməsi, fiber-optik xətlərin çəkilməsi, 5G texnologiyalarının tətbiqi və məlumat mərkəzlərinin yaradılması rəqəmsal iqtisadiyyatın əsasını təşkil edir. Güclü infrastruktur həm dövlət xidmətlərinin elektronlaşdırılmasına, həm də özəl sektorun innovativ texnologiyalardan daha səmərəli istifadə etməsinə imkan yaradır. Bu isə biznes proseslərinin optimallaşdırılmasına, əməliyyat xərclərinin azalmasına və məhsuldarlığın yüksəlməsinə səbəb olur.

Rəqəmsal iqtisadiyyatın inkişafında elektron hökumət xidmətlərinin xüsusi rolu var. Azərbaycanda son illərdə dövlət xidmətlərinin əhəmiyyətli hissəsi elektron platformalar vasitəsilə təqdim olunur. Elektron xidmətlərin geniş tətbiqi vətəndaşların və sahibkarların vaxt itkisinin azalmasına, şəffaflığın artmasına və korrupsiya risklərinin minimuma endirilməsinə şərait yaradır. Rəqəmsallaşmış dövlət idarəetməsi biznes mühitinin yaxşılaşmasına və investisiya cəlbediciliyinin artmasına da müsbət təsir göstərir. ÜDM-də rəqəmsal sektorun payının artırılmasının əsas istiqamətlərindən biri innovasiya və startap ekosisteminin inkişafıdır. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, rəqəmsal iqtisadiyyatın sürətli inkişafı məhz innovasiya yönümlü sahibkarlığın gücləndirilməsi ilə mümkün olur. İnsan kapitalının inkişafı da rəqəmsal sektorun genişlənməsində mühüm amildir. Rəqəmsal bacarıqlara malik mütəxəssislərin hazırlanması üçün təhsil sistemində informasiya texnologiyalarına xüsusi diqqət ayrılmalıdır. Məktəblərdə proqramlaşdırma, robototexnika və rəqəmsal savadlılıq fənlərinin genişləndirilməsi, ali təhsil müəssisələrində İKT üzrə müasir proqramların tətbiqi və peşəkar ixtisasartırma kurslarının təşkili əmək bazarının tələblərinə uyğun kadr potensialının formalaşmasına kömək edir. Süni intellekt, kibertəhlükəsizlik, məlumat analitikası və proqram təminatının hazırlanması kimi sahələr üzrə ixtisaslı mütəxəssislərin sayı artdıqca rəqəmsal iqtisadiyyatın inkişaf tempi də yüksələcək. Kiçik və orta sahibkarlıq subyektlərinin rəqəmsal transformasiyası da ÜDM-in artımına mühüm töhfə verir. Müəssisələrdə elektron mühasibatlıq sistemlərinin, rəqəmsal marketinq alətlərinin, onlayn satış platformalarının və bulud texnologiyalarının tətbiqi məhsuldarlığı artırır, bazarlara çıxışı genişləndirir və rəqabət qabiliyyətini gücləndirir. Elektron ticarətin inkişafı xüsusilə regionlarda fəaliyyət göstərən sahibkarlar üçün yeni imkanlar yaradır və onların məhsullarını beynəlxalq bazarlara çıxarmağa şərait yaradır. Rəqəmsal maliyyə xidmətlərinin inkişafı da iqtisadi artıma müsbət təsir göstərir. Nağdsız ödənişlərin geniş yayılması, rəqəmsal bankçılıq xidmətləri, elektron pul kisələri maliyyə əməliyyatlarının sürətini və təhlükəsizliyini artırır. Bu proses iqtisadiyyatın şəffaflaşmasına, vergi daxilolmalarının artmasına və qeyri-rəsmi iqtisadi fəaliyyətin azalmasına kömək edir. Eyni zamanda, maliyyə texnologiyalarının inkişafı yeni biznes modellərinin yaranmasını stimullaşdırır. Bununla yanaşı, rəqəmsal iqtisadiyyatın inkişafı müəyyən çağırışlarla da müşayiət olunur. Kibertəhlükəsizlik riskləri, şəxsi məlumatların qorunması, rəqəmsal bərabərsizlik və yüksək ixtisaslı kadr çatışmazlığı bu sahədə həllini gözləyən əsas məsələlərdəndir. Buna görə də informasiya təhlükəsizliyi sistemlərinin gücləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və əhalinin rəqəmsal savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan hökuməti tərəfindən qəbul edilmiş rəqəmsal iqtisadiyyat strategiyası ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsini, sahibkarlığın rəqəmsallaşdırılmasını, innovasiyaların təşviqini və rəqəmsal bacarıqların inkişafını əsas prioritetlər kimi müəyyən edir. Strategiyanın uğurla həyata keçirilməsi nəticəsində qeyri-neft sektorunun genişlənməsi, yeni texnologiya əsaslı istehsal sahələrinin formalaşması və rəqabətqabiliyyətli iqtisadi modelin qurulması gözlənilir. Rəqəmsal sektorun ÜDM-də payının artırılması Azərbaycanın uzunmüddətli iqtisadi inkişafının əsas şərtlərindən biridir. Rəqəmsal infrastrukturun gücləndirilməsi, innovasiya ekosisteminin inkişafı, insan kapitalına investisiyaların artırılması, elektron hökumət və elektron ticarətin genişləndirilməsi ölkənin iqtisadi rəqabət qabiliyyətini yüksəldəcək, yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq və qeyri-neft sektorunun dayanıqlı inkişafını təmin edəcək. Bu istiqamətdə həyata keçirilən islahatların davamlı olması Azərbaycanın rəqəmsal iqtisadiyyat sahəsində regional lider mövqeyini daha da möhkəmləndirir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ