şənbə günü, 11 iyul 2026
     

Tikinti şirkətləri yenə şişirdilmiş qiymətlərə keçdilər

Image


Bilindiyi kimi, son söküntü işləri ilə bağlı olaraq ölkədə, xüsusən də paytaxt Bakıda mənzillərin qiyməti sürətlə artır. Bahalaşmanın cari il ərzində bu gedişlə 20 faizdən də yüksək bir hədlə ifadə olunması gözlənir.    Ekspertlər isə qeyd edir ki, əslində, bahalaşmanı tətikləyən əsas amillərdən biri də mənzillərin şişirdilmiş qiymətlərlə satılmasıdır. Bəzi tikinti şirkətləri indiki böyük tələbatı nəzərə alaraq yenidən şişirdilmiş qiymət siyasətindən istifadə edirlər. Real vəziyyət isə bunun üçün əlverişli zəmin yaradır. Belə ki, Bakıda söküntü işlərinin geniş vüsət alması əmlak bazarında mənzilə tələbatı daha da artırıb. Təbii ki, bu amildən istifadə edən bəzi işbazlar mənzil bazarında süni şəkildə qiymət artımları həyata keçirirlər. Ekspertlər hesab edir ki, əmlak bazarında mənzillərin hər kvadratmetrinə düşən qiymət bəzən satıcılar tərəfindən iki dəfəyədək şişirdilir. Elə daşınmaz əmlak bazarında aktivliyin hələ də arzuedilən səviyyəyə çatmamasında bu amil özü də vacib rol oynayır.    Əksər ekspertlər bildirir ki, Bakıda mənzillərin mövcud qiyməti heç bir iqtisadi qanunauyğunluğa sığmır. Ona görə də mənzilin maya dəyərindən neçə dəfə baha satıldığı araşdırılmalıdır. Belə təkliflər də səslənir ki, mənzil bazarında ədalətli qiymət prinsiplərinə əməl etmək üçün dövlət siyasəti müəyyənləşməlidir. Mütəxəssislər deyir ki, dövlət tikinti sektoruna birbaşa yardımlar etmədiyindən, həmçinin şirkətlərin banklardan ucuz və uzunmüddətli kredit əldə etmək imkanları məhdud olduğundan, tikinti şirkətlərinin daha çox sayda mənzil inşa etməsi reallaşmır. Satışa çox mənzil çıxarılmaması isə qiymətlərin yüksək olmasını şərtləndirir. Hazırda tikinti şirkətlərinin əksəriyyəti likvid deyil. Buna görə də həmin şirkətlərin fəaliyyəti sektorda canlanmanın yaranmasına gətirib çıxarmır. Özü də belə şirkətlər məhz daha çox qazanc əldə etmək üçün mənzilləri şişirdilmiş qiymətlə satmağa üstünlük verir.    Təbii ki, mənzil bazarında qiymətlərin qalxmasında maklerlərin fəaliyyəti də əsas rol oynayır. Demək olar ki, mənzil bazarında hegemonluq hələ də maklerlərin əlindədir. Onların bazara təklif etdiyi mənzillər keyfiyyətindən, texniki göstəricilərindən, smeta dəyərindən asılı olmayaraq daha baha qiymətə başa gəlir. Bu zaman əsas göstərici olaraq mənzillərin paytaxtın mərkəzində olması, ətrafında tibb və səhiyyə ocaqlarının yerləşməsi təqdim olunur.    Əslində isə bəzən belə binalarda avtomobil dayanacağı, gəzinti meydançası, binanın giriş-çıxışı, təchizatı və sair göstəriciləri adi sosial tələblərə cavab vermir. Sadəcə, həmin binaların gələcək prespektivləri şişirdilir. Bu baxımdan təkrar mənzil bazarındakı bəzi evlərin qiyməti hələ də yeni tikili binalardakı mənzillərdən üstün olaraq qalır. Bundan başqa qiymətlərə təsir edən amillərdən biri də onun Dövlət Komissiyası tərəfindən qeydə alınması ilə bağlıdır. Məlumdur ki, hazırda paytaxtda kifayət qədər hazır bina var ki, hələ də istismara qəbul edilməyib. Qeydə alınan evlər isə daha baha qiymətə təklif olunur.    Bundan başqa, bahalaşmaya dünya bazarlarında, xüsusən də qonşu ölkələrdə gedən qiymət artımı da təsir edir. Məsələn, ötən il Türkiyədə daşınmaz əmlakın, o cümlədən mənzillərin qiyməti orta hesabla 12,5% artıb. Bu göstəriciyə görə qardaş ölkə Avropada liderliyini saxlayır. Ekspertlər 2014-cü ildə də təxminən eyni bahalaşma tempinin qalacağını, qiymət artımının 10-15% civarında dəyişəcəyini proqnozlaşdırır.    Ümumiyyətlə isə mənzil bazarında aparılmış araşdırmalar göstərir ki, Türkiyə yaşayış evlərinin bahalaşması dinamikasına görə dünyada 6-cı yeri tutur. Ondan əvvəlki yerlərdə isə 28,5%-lik qiymət artımı ilə Dubay əmirliyi, 21,6%-lik artımla Çin, 16,1%-lik artımla Honkonq, 15,4%-lik artımla Tayvan, 13,5%-lik artımla isə İndoneziya qərarlaşıb. Türkiyədən sonra 7-ci yeri isə 11,9%-lik bahalaşma tempi ilə Braziliya tutub. Konkret Türkiyəyə gəlincə, bu ölkədə mənzil bazarına investisiya qoymaq üçün ən münasib ərazi İstanbul şəhəri hesab olunur. Bütün bunlar regionun digər ölkələrinə, o cümlədən Azərbaycana da təsirsiz ötüşmür.
Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

11.07.2026 / 13:44
Azərbaycanın sərt müqavimətindən sonra İsrail geri addım atdı – qondarma “soyqırım" məsələsi gündəmdən çıxarıldı...

11.07.2026 / 13:17
CHP-nin idarə etdiyi daha bir bələdiyyədə həbslər aparıldı – sədrin də aralarında olduğu 36 nəfər qandallandı...

11.07.2026 / 12:50
Sui-qəsd iddiaları Trampı qorxutdu... Orduya əmr verdi - İranı xəritədən siləcəklər...

11.07.2026 / 12:19
İran “səhvini” boynuna aldı? - Tramp danışıqların bərpasına göstəriş verdi

11.07.2026 / 12:15
Ukrayna Azovda 13 rus tankerini vurdu - Rusya Don-Azov kanalını gəmilərə bağladı...

11.07.2026 / 11:53
"Karib hövzəsində dekolonizasiya mövzusu çox vaxt lazımi səviyyədə diqqətdə olmur" - Sen-martinli jurnalist

11.07.2026 / 11:29
Ukrayna üçün “Patriot”lar ilkin mərhələdə Almaniyada istehsal oluna bilər...

11.07.2026 / 11:15
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb

11.07.2026 / 11:03
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışını etdi - FOTO

11.07.2026 / 10:54
Zakir Həsənov Türkiyədə səfərdədir - FOTO

11.07.2026 / 10:45
“Həkəriçay” su anbarının təməli qoyuldu

11.07.2026 / 10:31
Jan-Mişel Brun Fransa mətbuatını ifşa etdi - müstəmləkə xalqlarına qarşı zorakılığı kölgədə saxlayır, təhrif edirdilər...

11.07.2026 / 10:22
Avropa Parlamenti ermənilərdən başqa həm də yunan lobbisinin əsirliyində imiş... SÜBUT...

11.07.2026 / 10:08
Hakan Fidan S-400-lərin üçüncü ölkəyə göndərilməsi ilə bağlı danışıqların davam etdiyini açıqladı...

11.07.2026 / 09:53
“Azərbaycanca-Norveçcə sözlük" yayınlandı

11.07.2026 / 09:48
"Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır" - Abbas Abbasov

11.07.2026 / 09:44
Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!

11.07.2026 / 09:37
Bakıda medianın dekolonizasiya prosesində roluna həsr olunmuş konfrans keçirilir

11.07.2026 / 09:30
Amerikalı mütəxəssislər TRIPP layihəsi ilə bağlı Ermənistana səfər edib...

11.07.2026 / 09:15
İran Trampın iddialarını təkzib etdi – onlardan danışıqların bərpasını istəməmişik...

11.07.2026 / 08:49
İran ABŞ-ın bombaladığı nüvə obyektlərini bərpa edir - peyk görüntüləri ortaya çıxardı...

10.07.2026 / 22:43
Paşinyan hələ də Ermənistanda qalan Azərbaycan kəndlərindən danışdı...

10.07.2026 / 22:18
Kreml rəsmisi ABŞ-ın Ukraynaya “Patriot hədiyyəsini” dəstəklədi - Peskov nə demək istəyir?...

10.07.2026 / 21:44
Paşinyan yeni konstitusiya layihəsini dekabrda Əliyev və Trampla görüşədək təqdim edəcək...

10.07.2026 / 21:16
Avroparlament Putinin devrilməsinə doğru daha bir addım atdı...

10.07.2026 / 20:55
Rusiyada dərin yanacaq qıtlığının Azərbaycana təsirləri gündəmdə...

10.07.2026 / 20:41
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

10.07.2026 / 20:37
Azərbaycan JF-17 qırıcı təyyarələri ilə bütün Xəzəri nəzarətə götürür

10.07.2026 / 20:36
Ərdoğanın hədiyyə etdiyi revolverlərin bir çoxu geri qaytarıldı

10.07.2026 / 20:21
Ermənistan İranın əlindən çıxır, TRIPP layihəsinin də buna birbaşa dəxli var

10.07.2026 / 20:05
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib

10.07.2026 / 19:55
Ermənilərin məhkəməsi çıxışlarla davam etdirilib FOTO

10.07.2026 / 19:39
Tramp İrandan yeni təklif aldığını iddia etdi – “Biz də qəbul etdik”...

10.07.2026 / 19:22
Vasitəçi ölkələr ABŞ-İran gərginliyini azaltmaq üçün hərəkətə keçdi - Qətər Tehrana heyət göndərdi...

10.07.2026 / 18:57
Yaxın Şərqdə gərginliyi daha da artıracaq iddia - ABŞ-dan sonra iki körfəz ölkəsi də İrana hücum etdi...

10.07.2026 / 18:40
Xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi... - "özünü "təhsil ekspertləri" kimi təqdim edənlər..."

10.07.2026 / 18:12
Kreml Türkiyənin S-400-ləri satacağını rəsmən təsdiqlədi – sistemlər üçüncü ölkələr üzərindən Rusiyaya qaytarıla bilər...

10.07.2026 / 17:50
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi - FOTO

10.07.2026 / 17:35
Nazir Vilayət Eyvazovun göstərdiyi rəqəmlərlə bağlı müzakirə başladı - necə və hansı üsullarla?...

10.07.2026 / 17:19
Professor Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olundu - FOTO

10.07.2026 / 16:32
“Zəngəzur dəhlizi bəyanatına” Ermənistan XİN-nin əks-reaksiyası tam yersizdir...

10.07.2026 / 15:58
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib

10.07.2026 / 15:57
Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib

10.07.2026 / 15:52
Beyləqan şəhərində fermerlər üçün aqrar sığorta ilə bağlı maarifləndirici təlim keçirilib

10.07.2026 / 15:49
ABŞ MKİ-nin “əllərini pişik yeyib ki, İsrail kəşfiyyatı önə çıxıb?!”...

10.07.2026 / 15:41
Marketlər yerli istehsalçılardan 100 min manat istəyir? – Deputatdan iddia...

10.07.2026 / 15:27
Ölkədə qulaqdibi xəstəliyinin artması iddiaları ilə bağlı rəsmi açıqlama...

10.07.2026 / 15:10
Azərbaycanın Ermənistandakı eksklav kəndlərinin taleyini özümüz həll edəcəyik...

10.07.2026 / 14:59
Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - ŞƏRH

10.07.2026 / 14:47
Rusiya alimindən Ermənistan iqtisadiyyatı barədə inanılmaz rəylər - böhran olmayacaq...

10.07.2026 / 14:34
Kəlbəcərdə mina partladı...

10.07.2026 / 14:29
İran hakimiyyətində yeni parçalanma? - İranda əhali, ABŞ-da mətbuat radikallaşır...

10.07.2026 / 14:18
Bakıda sərnişinlərdən küsən avtobus sürücüsü ilə bağlı QƏRAR VERİLDİ...

10.07.2026 / 14:12
Türkiyə Rusiyadan aldığı S-400 sistemlərini körfəz ölkəsinə satır – İDDİA...

10.07.2026 / 14:05
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTO

10.07.2026 / 13:56
Azərbaycanın xarici dövlət borcu azaldı - 4 milyard 616,8 milyon...

10.07.2026 / 13:51
Ukrayna Rusiyaya ağır zərbə - neft zavodu, neft terminalı, neft anbarı və böyük bir müdafiə zavodu vuruldu...

10.07.2026 / 13:39
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin yeddinci təlimi

10.07.2026 / 13:17
Qazaxıstan da vitse-prezidentlik institutuna keçir...

10.07.2026 / 13:05
Rusiyaya qarşı yeni sanksiyalar paketi AB-ni parçaladı – birlik ölkələri razılığa gələ bilmir...

10.07.2026 / 12:54
Təbii qazın Azərbaycandan Gürcüstana təchizatı barədə saziş təsdiq edildi

10.07.2026 / 12:16
Trampın Ankaraya yeni təyyarəsi ilə gəlib köhnə təyyarəsi ilə qayıtmasının əsl səbəbi ortaya çıxdı...

10.07.2026 / 11:58
Rusiya Azərbaycan üzərindən Ermənistana propan və gübrə göndərəcək...

10.07.2026 / 11:30
Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır...

10.07.2026 / 10:51
Bakıda media və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçiriləcək..

10.07.2026 / 10:20
Şuşada IV Qlobal Media Forumu keçiriləcək

10.07.2026 / 10:12
Zakir Həsənov Selçuk Bayraktarla görüşdü

10.07.2026 / 09:55
Azərbaycan və Serbiyanın hərbi kibertəhlükəsizlik mütəxəssislərinin görüşü oldu...

10.07.2026 / 09:17
Azərbaycan və Rusiya Samur çayının bölüşdürülməsini müzakirə edib

10.07.2026 / 07:22
İran ABŞ-ı ikinci mərhələ cavab zərbələri ilə hədələdi

10.07.2026 / 07:12
İranın enerji strukturu yenidən hədəfdə - gecə partlayışlar baş verib

10.07.2026 / 06:32
İran Trampa qarşı sui-qəsd planlaşdırır(?) - WSJ…

10.07.2026 / 06:11
Zaxarova Londonun Zelenskini həbs etməməsindən təəccüblənib…

10.07.2026 / 05:56
Tehrandakı Britaniya səfiri İran XİN-ə çağırıldı

10.07.2026 / 05:48
Tramp Netanyahu ilə bölgədəki vəziyyəti müzakirə etdi

10.07.2026 / 05:38
İİKK generalı raketlə vuruldu

09.07.2026 / 22:51
Separatçı qüvvələrin ortaya atdığı “Bakılılar günü”, “Bakılılar milləti” - “Azərbaycançılıq” ideologiyasına qarşı təxribat

09.07.2026 / 22:18
“Qərbi Azərbaycanın sakral coğrafiyası” silsiləsindən - Göyçə gölündən Araz çayınadək uzanan vadi: Türk-Müsəlman Ruhani və İrfan yurdları…

09.07.2026 / 21:52
İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

09.07.2026 / 21:30
Ankara zirvəsində 2 əsas yekun - ABŞ-Avropa konsensusu, hamı Rusiyaya qarşı...

09.07.2026 / 21:06
Zirvədən sonra “daha güclü NATO” yarandımı? - Mübahisə var...

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ