Cümə axşamı günü, 08 oktyabr 2026
     

İş adamlarının nağdsız valyuta əməliyyatlarında hansı çətinliklər yaşanır…

Image


Azərbaycandakı iş adamları nağdız valyuta əməliyyatlarında çətinliklə qarşılaşdıqlarını iddia edirlər.

Sahibkarlar iddia edirlər ki, banklar şirkətlərin və fərdi sahibkarların xaricə köçürmə tapşırıqlarını "konvertasiya edə bilmədiklərindən" icra etmirlər: “Biz idxal ilə məşğuluq. Adətən aldığımız malın dəyərini ödəyən zaman hesabımızdakı məbləğ həmin günün məzənnəsi ilə ABŞ dollarına konvertasiya edilir və sonra köçürmə həyata keçirilir. 2021-ci ilin ilk iş günündən banklar bizim konvertasiya (valyutaya dəyişdirilməsi – red.) istəklərimizi təmin etmirlər. Bizə verilən məlumata görə, yaranmış vəziyyət bankların valyuta hərracından dollar ala bilməmələri ilə bağlıdır. Bu absurddur, Mərkəzi Bankın məlumatına görə, bu gün valyuta hərracında banklara 70,6 milyon dollar satılıb. Həmçinin, "qara bazar"dan istənilən qədər 1.72 manatdan dollar tapmaq mümkündür. Bu gün səhər 11 radələrində İnternet Bankinq vasitəsilə konvertasiya əməliyyatı sifariş etmişik, lakin indiyədək sifarişimiz təmin edilməyib. Xarici tərəfdaşlarımıza yaranmış vəziyyəti izah etməkdə çətinlik çəkirik. Digər tanış sahibkarlar da eyni vəziyyətlə üzləşiblər".

Qeyd edək ki, yaranmış vəziyyətin, iddia edildiyi kimi, bir sıra bank əməkdaşları tərəfindən "bankların valyuta hərracından dollar ala bilməmələri ilə" izah edilməsi inandırıcı deyil. Belə ki, valyuta hərracından alınan dollar vəsaiti nağd əməliyyatlara yönəldilir.

  • “...banklara göstəriş verilə bilər ki, xaricə iri ödənişlər olan zaman onlar məlumat versinlər”

Məsələ ilə bağlı Mərkəzi Bankın məlumatına görə, 2020-ci ilin 9 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4.1% azalaraq 18.7 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 86.7%-i ABŞ dollarında, 13.3%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 36.2%-i banklararası valyuta bazarında (BVB), 63.8%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib. Dövr ərzində BVB-də əməliyyatların 99.3%-i ABŞ dollarında, 0.5%-i avroda, 0.2%-i isə digər valyutalarda aparılıb.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, bu cür durumun yaranmasının bir neçə səbəbi ola bilər: “İlk olaraq qeyd edim ki, banklarda valyuta çatışmazlığının yaranmasının günahı ola bilər ki, Mərkəzi Bankın üzərinə düşür. Bankın sədri ötən ilin sonunda parlamentdəki çıxışında devalvasiya qorxusunun olmadığını bildirdi. Əgər qorxu yoxdursa, onda niyə dollar satılmır? Yeri gəlmişkən, mən də devalvasiyanın olacağına inanmıram, amma bankın əməli bank rəhbərinin sözünü təkzib edir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, bu durum bankların özü tərəfindən də yaradıla bilər: “Ola bilər ki, banklar, sadəcə, “oyun oynayırlar”. Doğrudur, Mərkəzi Bankın sədri devalvasiyanın olmayacağını deyib, amma 2015-ci ildən sonra Elman Rüstəmova etibar edənlərin sayı azalıb. Onun sözlərini bəziləri əksinə qəbul edir. Digər tərəfdən isə benzin və dizelin bahalaşması da, nədənsə, devalvasiya gözləntilərini artırıb, halbuki, bu məsələnin devalvasiya ilə əlaqəsi yoxdur. “Qara bazar” sahiblərinin də vəziyyəti qəsdən bu istiqamətə yönəltməsi mümkündür ki, hər kəs “qara bazar”dan daha yüksək qiymətlərlə dollar alsın. “Qara bazar” iştirakçılarının da banklarla əlaqəsinin olması ilə bağlı böyük ehtimal var. Bankların bilərəkdən belə bir panika yaratması mümkündür. Ola bilər ki, banklara qeyri-rəsmi göstəriş verilib ki, xaricə köçürmələrlə bağlı əvvəlcə Maliyyə Monitorinq Xidmətinə müraciət olunsun. Maliyyə Monitorinq Xidməti “çirkli pulların yuyulması” və terrorçuluğun maliyyələşməsi ilə mübarizə aparan qurumdur. İstənilən vətəndaş və ya hüquqi şəxs bankda pul köçürmək istədiyi zaman həmin əməliyyat şübhəli bilinirsə, bank dərhal Maliyyə Monitorinq Mərkəzinə məlumat verir. Belə olduqda Mərkəz 2 gün müddətində banka cavab verir. Problem yoxdursa, pul köçürülməsi təmin edilir, hansısa problem aşkarlanan zaman əlavə 2 gün də araşdırılma davam etdirilir. Amma müştəriyə bu haqda məlumat verilmir. Müxtəlif bəhanə gətirilə bilər, amma bu zaman həmin şirkətin fəaliyyəti araşdırılır. Bu artıq Maliyyə Monitorinq Xidməti tərəfindən deyil, hüquq-mühafizə orqanları tərəfindən aparılır. Ölkədən valyuta axınının qarşısının alınması üçün banklara göstəriş verilə bilər ki, xaricə iri ödənişlər olan zaman onlar məlumat versinlər”.

Ə.Həsənov hesab edir ki, yaranmış vəziyyət idxalla bağlı problemlər yarada bilər: “Ola bilər ki, hansısa şirkətlər ölkədən valyuta çıxarmaq üçün xaricə köçürmə etsinlər, biz bunun şahidi olmuşuq. Amma yəqin ki, böyük bir qisim xaricdən mal almaq üçün bunu edir. Pul vaxtında köçürülməyəcəksə, mal da gətirilməyəcək. Hamıya da məlumdur ki, Azərbaycanda supermarketlədə satılan malların böyük əksəriyyəti xaricdən gətirilir. Belə bir durumun yaranması qıtlıq yarada bilər. Ümid edirəm ki, aidiyyəti qurumlar bu işlə məşğul olacaq və problemin bu həddə çatmasına imkan verməyəcəklər”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 21:14
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ