çərşənbə günü, 14 oktyabr 2026
     

Mərkəzi Bankın dolların ucuzlaşmasının qarşısını alması müşkülə çevrilir...

Image


Aparılan son təhlillər ölkədə əhali tərəfindən dollar alışının artdığını göstərir. Belə ki, bu ilin 7 ayında banklar tərəfindən əhaliyə satılan nağd dollar 2 milyon 473 min 290,6 ABŞ valyutası təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 1 milyon 108 min 911,3 dollar və ya 81 faiz çoxdur.

Ötən dövrdə banklar tərəfindən əhalidən alınan nağd dollar isə 655 min 743,6 dollar təşkil edib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz azdır. Beləliklə, bu ilin 7 ayında banklar tərəfindən əhaliyə satılan nağd dollar artıb, əhalidən alınan nağd dolların həcmi isə azalıb. İndi maraq doğuran məqam odur ki, banklar tərəfindən əhaliyə satılan nağd dolların artmasının səbəbi nədir və bu davam edə bilərmi?

Ekspertlər hesab edir ki, əslində, yaxın tezlikdə əhali əlində olan dolları satmağa məcbur olacaq. Çünki dollar dünya birjalarında kəskin ucuzlaşır və proses mütləq mənada Azərbaycana da təsirsiz ötüşməyəcək. Real vəziyyət göstərir ki, dollar əksər səbət valyutalara nisbətən dəyər itirməkdədir. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, Avropanın vahid valyutası dollarla müqayisədə son 2 ildə ən yüksək kursla dəyişdirilir:“Hazırda avro-dollar məzənnəsi 1.20 psixoloji həddə yaxınlaşıb”.  Çin yuanı da dollara nisbətdə bahalaşır. Çin Xalq Bankı yuanın dollara qarşı məzənnəsini 12 faiz bəndi qaldıraraq bu il yanvarın 23-dən etibarən ən yüksək olan 6,88 həddinə çatdırıb. Xatırladaq ki, ilin birinci yarısında yuanın məzənnəsi davamlı azalaraq bu il mayın 29-da  7,13 həddinə salınmışdı ki, bu da 2008-ci ilin fevral ayından bu yana ən aşağı hədd idi. Həmin vaxtdan yuan dollara qarşı artmağa başlayıb. Yuanın bahalaşması epidemioloji vəziyyətin düzəlməsi nəticəsində ölkə iqtisadiyyatının dirçəlməsi, digər tərəfdən dolların ucuzlaşması kimi amillərlə bağlıdır.

Bunlar fonunda Vüqar Bayramov bildirib ki, dolların məzənnəsində azalmalar ABŞ Federal Ehtiyat Sisteminin sədri Jerome Pauellin bu il avqustun 27-də təşkil olunan “Jakson Hole” Simpozimundakı çıxışından sonra daha da sürətlənməyə başlayıb: “Belə ki, Federal Ehtiyat Sisteminin sədri bildirib ki, monetar siyasət qərarları zamanı orta inflyasiya hədəf göstəricisindən istifadə olunacaq. Bu isə o deməkdir ki, Federal Ehtiyat Sistemi simmetrik göstəricidən artıq istifadə etməyəcək. Dolların zəifləməsi qızıl bazarına da təsirsiz ötüşməyıb. Son bir ayda 26 faiz dəyər qazanan qıymətli metal bahalaşmaqda davam edir”. O vurğulayıb ki, qlobal bazarda dolların zəifləməsi Azərbaycan milli valyutasının ABŞ puluna nisbətən möhkəmlənməsi anlamına gəlməməlidir:“Tam üzən məzənnəyə keçid başa çatmadığı üçün manatın dollara nisbətən məzənnəsi növbəti aylarda da birbaşa Mərkəzi Bankın qərarlarından asılı olacaq”. Dünya bazarlarında dolların dəyər itirməsi fonunda Mərkəzi Bankın məzənnəni indiki səviyyədə saxlaması mümkünsüz sayılır. Məşhur “Bloomberg Today” nəşri də yazır ki, 2021-ci ildə dollar 35 faiz ucuzlaşa bilər: “Dolların dünyanın əsas ehtiyat valyutası kimi “hədsiz imtiyaz” dövrü sona yaxınlaşır. Dollar üçün əsas təhlükə prezident Donald Trampın idarəçiliyi dövründə ABŞ-ın qlobal liderliyinin zəifləməsidir. Koronavirus pandemiyasının da ABŞ iqtisadiyyatına ciddi zərər vurması dollara ciddi təsir edir.  Eyni zamanda, ABŞ-ın dövlət borcu tarixi rekord səviyyəyə çatıb və koronavirus pandemiyası fonunda 26 trilyon dolları keçib. Bu da dollara inamı sarsıdır”.

ABŞ-ın aparıcı investisiya bankı olan “Goldman Sachs” da gələn ildən dolların ucuzlaşacağını proqnozlaşdırır. Bankın mütəxəssislərinin fikrincə, gələn ildə də avronun bahalaşması daha çox gözlənir. Hesab edilir ki, Amerikada əhali və iqtisadiyyata dəstək üçün ən böyük təklif paketləri icra olunması da prosesə təsir edir. 5,7 trlyon dollarlıq  paket artıq işləyir. Bu, o deməkdir ki, dollar lap çox çap olunacaq. Bu da dolların daha ucuzlaşmasına səbəb olacaq. “Goldman Sachs” qeyd edir ki, qlobal iqtisadiyyatda hər hansı bir gözlənilməz hadisənin baş verməməsi durumunda, 2021-ci ildə iqtisadi artım proqnozlaşdırılmır. Bu da, öz növbəsində, dollara tələbatı azaldaraq onun dəyərdən düşməsini şərtləndirəcək. Bank xüsusi vurğulayır ki, investorlar dollar aktivlərindən çıxır və pulu qızıla köçürürlər. Və bu, ABŞ-da dövlət istiqrazları üzrə dərəcələrin aşağı olması fonunda baş verir. Bank xatırladır ki, ABŞ qiymətli kağızlarının real gəlirliliyi sıfırdadır:“Araşdırmalar da göstərir ki, 2008-ci ilin maliyyə böhranından sonra korporativ sektor daha da zəifləyib, aşağı faiz dərəcələri isə ona borcların həcmini kəskin şəkildə artırmağa imkan verib. Amerika iqtisadiyyatı üzərində federal hökumətin 26 trilyon dollarlıq borcu əmələ gəlib. Bununla dolların sabitliyinə təhdid artır”. Təbii ki, dolların mövqeyinin zəifləməsi müəyyən mənada manatın mövqeyinə müsbət təsir edən amil kimi çıxış edir. Digər tərəfdən müşahidələr onu göstərir ki, dolların zəifləməsi neftin qiymətini yüksəldəcək. Bu halda Azərbaycana daxil olan dollar kütləsi artcaq. Bu da dolların manata nisbətdə zəifləməsini şərtləndirən əsas faktorlardandır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ