çərşənbə günü, 14 oktyabr 2026
     

Azərbaycan Fars körfəzinə daha rahat çıxış əldə edir

Image


Yaxın tezlikdə Azərbaycanın ixrac coğrafiyasında Fars körfəzi ölkələrinin mühüm yer tutması gözlənir. Buna əsas səbəb körfəz ölkələrinə çıxış üçün əlverişli nəqliyyat infrastrukturunun yaradılmasıdır.

Məhz belə bir vaxtda İranın şəhərsalma və yollar naziri Məhəmməd İslami maraqlı bir açıqlama verib. Nazir qeyd edib ki, Azərbaycan Ərdəbil-Miyana dəmir yolu vasitəsilə körfəz ölkələrinə çıxış əldə edəcək. O bildirib ki, bu məqsədlə Ərdəbil vilayətinin administrasiyası xüsusi büdcə ayırıb:“Yaxın zamanda Azərbaycanla sərhəd regionunda yerləşən Parsabad şəhərindən Ərdəbilə də dəmir yolu xətti çəkiləcək. Parsabad-Ərdəbil-Miyana dəmir yolu Azərbaycanla körfəz ölkələri arasında nəqliyyat əlaqəsi yaradacaq”. Nazir onu da nəzərə çatdırıb ki, tərəflər Rəşt-Astara dəmir yolu xəttinin inşasında əməkdaşlıq edir. Onun sözlərinə görə, Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin çəkilişi ilə iki qonşu və dost dövlətin dəmir yolları birləşib. Hesab edilir ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti tam hazır olduqdan sonra yükdaşımaların həcmi daha da artacaq. Hələlik bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Yaxın gələcəkdə yolun Rəşt-Astara hissəsi də tikilib istifadəyə veriləcək. Bundan sonra İranla Azərbaycanın dəmir yolu sistemləri tam birləşəcək. Hazırda Azərbaycanı İranla birləşdirən Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu fəaliyyət göstərir.

Bundan başqa məlumdur ki, İranın Çabahar limanını ölkənin şimal bölgələri ilə birləşdirəcək Çabahar-Zahidan dəmir yolunun inşasına başlanılıb. Bu yol da gələcəkdə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə birləşəcək. Qeyd olunan yollar tam hazır olduqdan sonra Hindistandan Çabahar limanına daxil olan yüklər qatarla İran, Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Avropaya daşınacaq. İndilikdə isə İran Xəzər dənizini də dəmir yolu vasitəsilə Fars körfəzinə birləşdirmək üçün ciddi addımlar atmaqdadır. Bu dəmir yolu Fars körfəzindən başlayır və “Şimal-Cənub” dəhlizi çərçivəsində Azərbaycana birləşəcək. Azərbaycan vasitəsilə Xəzər dənizi ilə Fars körfəzinin birləşdirilməsi ölkəmiz üçün çox vacib məqamlardan biridir. İran da bu layihə vasitəsilə öz tranzit imkanlarını daha da gücləndirmək istəyir. Layihə, İranla yanaşı, Azərbaycanın da tranzit imkanlarını genişləndirəcək. Belə ki, birbaşa olaraq Azərbaycan dəniz və okeanlara çıxış əldə etmiş olur. Bu da dəniz daşımaçılığının inkişafı üçün kifayət qədər ciddi potensial formalaşdıra bilər. Yerli iqtisadiyyatın iştirakçıları daha az xərc çəkməklə geniş imkanlardan yararlana biləcək. Çünki dəniz daşımaçılığı ən aşağı qiymətə olan daşımaçılıq vasitəsidir. Buna görə də Xəzər dənizi ilə Fars körfəzinin birləşdirilməsi təkcə İran üçün deyil, bütövlükdə region üçün kifayət qədər əhəmiyyətli layihədir. Xəzər dənizinin Fars körfəzi ilə birləşdirilməsi üçün Azərbaycan artıq baza formalaşdırıb. Azərbaycan bu günə kimi həyata keçirdiyi nəqliyyat layihələri ilə artıq buna böyük töhfə verib.

Yuxarıda qeyd olunduğu kimi, bu proses Fars körfəzinin böyük bazarlarına Azərbaycanın çıxışını da asanlaşdırır. Hazırda Azərbaycan bu istiqamətdə əməkdaşlığı genişləndirir. Yeri gəlmişkən qeyd edək ki, cari ilin yanvar-iyul aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb. Hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsinin dəyəri 179,2 milyon dollar, BƏƏ ilə 22,6 milyon dollar, Səudiyyə Ərəbistanı ilə isə 7,1 milyon dollar olub. Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi körfəz ölkələri sırasında da ilk üçlükdədir. Cari ilin yanvar-iyul aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi körfəz ölkələri sırasında ilk üçlükdə yenə İran, BƏƏ və Qətər qərarlaşıb.  İrana ixracın dəyəri 20,7 milyon dollar, BƏƏ-yə 6,3 milyon dollar, Qətərə isə 1,1 milyon dollar olub. İran və Birləşmiş Ərəb Əmirliklərinə ixracın dəyərində azalma, Qətərə isə artım müşahidə edilib.

Amma “Şimal-Cənub” dəhlizi tam işə düşdükdən sonra Azərbaycanın ixracında ciddi artım gözlənilir. Eyni zamanda tranzitdən də gəlirlər artacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bu dəhlizin bütün iştirakçılar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır:“Bu beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında irəliləməyimizə kömək edəcək konkret məsələlərdən Rəşt-Astara yolunun İran hissəsində tikintini başa çatdırmağın zəruri olduğunu bildirirəm. Azərbaycan və Rusiya həm də Astara-Bakı-Həştərxan marşrutunun tamamlanmasında maraqlıdır. Bu marşrut da “Şimal-Cənub” layihəsinə daxildir. Bundan əlavə, Rusiya-Azərbaycan-İran enerji körpüsü olduqca aktual və zəruri layihədir. Əlbəttə, İrana qarşı qeyri-legitim birtərəfli sanksiyalar olmasaydı, bütün bu planların həyata keçirilməsi daha sadə, daha effektiv və daha faydalı olardı, lakin mövcud vəziyyətdə də biz bütün planlarımızı reallaşdıracağıq və bu, Avrasiyanın bu hissəsində böyük bir regionun xeyrinə olacaq”. Bu arada isə o da bəlli olub ki, Tehran yüklərin İran ərazisindən tranzit olaraq dəmir yolu vasitəsilə daşınması haqqında Rusiya və Hindistanla razılıq əldə edib. İranın Dövlət Dəmir Yolları İdarəsinin rəisi Səid Rəsuli bildirib ki, ötən il Rusiya və Hindistan İran ərazisindən 513 milyon ton yük daşıyıb ki, bunun da 208 milyon tonu dəmir yolu ilə daşınıb. Qeyd olunan yüklər qatarla Rusiyadan Azərbaycan ərazisindən tranzit keçərək İrana daxil olur və Çabahar limanından Hindistana göndərilir.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ